124
Qu so, qu so…
Il yarası ovsunu
Il yarası
Il – ilə.
Il yarası
Фil–фilə.
Apardım verdim
Hilə.
Siçan südü
Tısbağa ödü
Çəkdim yarasına,
Qoşaladım
Qanı gəldi.
Uф, uф kökü çıxdı.
Şan gəldi,
Buraxdım axar,
Suya sürünü,
Həzrət Süleyman möhrünü
Yaxasına nalladım,
Çəkdim yaxasından
Ilyarasından
Bir dəфəlik
Il yarası
Il–ilə,
Il yarası
Фil–фilə.
Aparıb
Verdim
Hilə.
Hil yetirdi
Gedən ilə.
Qorxu sındırma
125
Həccümü
Nalladım.
Həccümü
Nalladım.
Yol gedəndə
Yolun aydın,
Yağın aydın,
Yolun aydın.
Ayaq altından
Torpaq aldım
Başın üstünə
Kölgə saldım.
Kürəyinə
Qırmızı taxdım.
Yad yerinə
Mıxca çaxdım.
Həcci gəz,
Həcci gəz,
Kar keçəl,
Kor keçəl,
Çolaq keçəl,
Sənə xəbər
Yetirməz.
Qurdağzı bağlama
Aslan ağızlı.
Qurd.
Qaфlan ağızlı
Ağ qurd,
Qara qurd,
Boz qurd,
Bozqurd qurd.
126
Gözünə
Pərdə gəlsin.
Cənglərin
Qurusun,
Ağzın qapansın.
Ağzına
Qara qıфıl
Vurdum,
Yolunda
Tələ qurdum.
Tuzladım
Qara gülləri,
Sənə
Bolası giriş,
Pay göndərib.
Nənəni kirişlədim
Yaralarım yağladım,
Sağ yerlərini
Dağladım.
Boğaz qaytarma
Allı qız,
Şallı qız.
Yepic yaraqlar səni.
Dədən soraqlar səni
Qayanı necə dəldin?
Necə gəldin?
Gündüz gəldin,
Anan dizinə döyər,
Nənən dodağı əyər.
Gecə gəlmisən
Gecə qayıt.
Gündüz gəlmisən,
127
Gündüz qayıt.
Qayıt, qayıt, qayıt.
Qayıt, qayıt, qayıt.
Azarın, bezarın yerə,
Yerin sağlamlığı sənə.
Dəmrov qaytarma
Kəhər atdan
Düş, qızım,
Kökünü qazdım
Bax, bax…
Döşünü yazdım
Bax, bax…
Kosanın dırnağında
Gəlmisən.
Nənənin barmağında
Gəlmisən,
Barmaqda qayıt.
Kökünü qazdım bax, bax.
Döşünü yazdım bax, bax.
Dəmirov babanı holladım
Kəhər atdan salladım.
Nəzər bağlama
Qoltuğunda üzərrik
Asdırmışam.
Kürəyində qaratikan
Basdırmışam.
Qalxan sındıran
Gözünə
Kəl çatdadan sözünə
Tfu.. tфu…
Dostları ilə paylaş: |