Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə32/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   28   29   30   31   32   33   34   35   ...   135

 

 

119 



Görənnər  der,  bir  vaxtdan  sora  güllə  dəən  yer  şişir,  sora  da 

körpə uşax şəklini alır. 

 



 



 



 

Muğannı  kəndində  biri  yaman  xəsdələnir.  Heş  yerdən 

də  şəfa  görünmür.  Bir  axşam  bunun  gözdərinə  bir  nurani  kişi 

görsənir,  buna  der  ki,  səən  nicatın  Mirəziz  ağanın  ocağındadı. 

Bu  üç  gün  hər  axşam  geer  ocağa,  səri  dönür  gəlir.  Dördüncü 

gün sağalır. 

 

Odu ki, deyillər, Mirəziz ağanın ocağı köməyin olsun. 



 

 



 



 

Der  ki,  bu  ocaqda  gecələr  şam  yanarmış.  Xəsdələr  o 

şamı əlinə götürəndə nicat taparmış. 

 



 

 



 

Bu  ocaqda  bir  daş  var.  O  daş,  der,  hər  axşam  yerini 



dəyişir. 

 

Qutan təpə 



 

 

Qutan təpənin başında ocax olup. Qədimnərdən hələ ora 



nəzir deyəllər. Nə niyyət eləsən, əmələ gələr. 

 



 

 

120 



VII. YUXU YOZMALAR 

 

* Yuxuda pencəh, şalvar arxa, köməhdi.  



*Yuxuda üzüm görməx göz yaşıdı. 

 

* Təndir qəbirdi.  



 

* Ip yoldu.  

 

* Quyrux bolluxdu.  



 

* Qurd ajlıxdı.  

 

* Qılınc müharibədi.  



 

* Xalça yoldu.  

 

* Qan qovuşuxdu.  



 

* Pul səsdi.  

 

* Su aydınnıxdı.  



 

* Öpuşməh ayrılıxdı. 

 

* At ucalıxdı.  



 

* Alma övladdı.  

 

* Çörəh urzadı.  



* Ilan – nəфəsdi.  

 

* It – düşməndi.  



 

* Pıçax – oğlandı.  

 

* Konфet, şokalad – şirinnikdir.  



 

* Tut, üzüm – göz yaşıdı.  

 

* Yuxuda yol getmək – qəşənhdi. 



* Yuxuda ilan görməx, elə bil ki, nəfisdi. Sən, məsələn, 

bir şey yemisən,    

   qonşuna, yanındakına verməmisən. 

* Yuxuda qoyun, keçi görməx dəvlətdi. 

* Yuxuda qız görməx xoşbaxlıxdı. 

*  At  görməx,  bala,  ucalıxdı.  Yuxuda  at  görən,  həyatda 

get – gedə ucalır. 

* Su oldux qədər aydınnıxdı. 

  Allah hər qapıdan su axıtsın. 

* Yuxuda ölüyə pay verməx yaxşı deil. 




 

 

121 



* Yuxuda diş çəhməx görməx yana yozar,  yanı  özündə 

olmaz da o çıxıntı.      

  Elə bil ki, ayrı yerdə olar. 

*  Yuxuda  özünü  asan  görməx  adamın  günahdan 

silkinməyidi. 

* Yuxuda yağ görürsən, deyirsən, bılaşıxdı. 

* Qət görəndə, bal görəndə, deyirsən, şirinnixdi. 

 *Yuxuda  yağ  bulanıxdı,  bal  şirinniydi,  soğan  acılıxdı, 

üzüm göz yaşıdı. 

* Yuxuda çəmənlik görmək, deyir, yaxşı əlamətdi. 

* Yuxuda balıq görmək xeyirliyədi. 

*  Gözü  nəzərli  adamın  ayaqqabısının  bir  tayının 

murdarlanmağı yaxşıdı.    

   Belədə gözünün nəzəri itər. 

*  Yuxuda  özünü  çörək  yapan  görsən,  sevin.  Ruzin 

artacaq. 

* Yuxuda yanan təndir görsən, zərər çəkərsən. 

* Yuxuda görülən qurbağa düşmən kimi yozular. 

* Yuxuda ziyarət yerlərini görmək savab qazanmaqdı. 

* Yuxuda nanə görmək xeyirliyədi. 

*  Yuxuda  ata–ananın  səni  vurmağı  yaxşı  deyil,– 

deyərlər. Deməli, onnar   

   sənnən narazıdırlar. 

* Yuxuda zərgər görmək, deyərlər, pis əlamətdi. 

*  Yuxuda  lil  su  bulanıxlıxdı.  Həmişə  deyərih  görən, 

bulanıx su nəyin       

    işarəsidi, nə baş verəcəh? 

*  Yuxuda  üzüm  görməh  göz  yaşıdı.  Deyəllər,  yuxuda 

üzüm görmüşəm,  

   Allah, sən axırın xeyir elə. 

* Yuxuda qırmızı görməh yaxşıdı. 

 



 

 

122 



VIII. OVSUNLAR 

 

Yağış yağdırma ovsunu 



 

 

 



Çax daşı,  

Çaxmaq daşı,  

 

  

Allah versin  



 

 

Yağışı… 



 

 

Su səpdim.. 



 

 

Dağdan gələn 



 

 

Seldi ho… 



 

 

Dərələrdə göldü ho… 



 

 

Su səpdim,  



 

 

Suyu səpdim,  



 

 

Çal daşı,  



 

 

Çaxmaq daşı,  



 

 

Allah versin  



 

 

Yağışı.  



 

 



 



 

 

 



Daş başıma,  

 

 



Yaş başım,  

 

 



Yaş oldu,  

 

 



Üst başım,  

 

 



Suda daşım  

 

    



Quda daşım. 

 

 



Bala daşım  

 

 



Gələr, 

 

 



Getməz,  

 

 



Yağışım,  

 

 



Daş başım,  

 

 



Yaş başım,  

 

 



Yaş oldu 

 

 



Üst başım.  

 


 

 

123 



 

Yağış kəsmə  

 

 



Qodu daşı,  

 

 



Odu daşı,  

 

 



Qodu kəssin  

 

 



Yağışı.  

 

 



Odu daşı,  

 

 



Budu daşı,  

 

 



Buludların  

 

 



Gudu daşı,  

 

 



Bişirmişəm  

 

 



Xəmir aşı,  

 

 



Qonaq gəlsin 

 

 



Hodu daşı,  

 

 



Dərirdim,  

 

 



Qızıl günü  

 

 



Aparsın 

 

 



Yağışı.  

 

 



Qodu daşı,  

 

 



Odu daşı,  

 

 



Qodu kəssin  

 

 



Yağışı. 

 

Baş ağrısı ovsunu 



 

 

 



Humay üst humaya,    

 

 



 

Davud hökmü humaya.  

 

 

Lalın qu so… 



 

 

Başın qu so… 



 

 

Yataq yanı 



 

 

Balışın qu so…  



 

 

Asdım davanı 



 

 

Qovdum havanı 



 

 

Qu so, qu so… 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə