Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə31/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   27   28   29   30   31   32   33   34   ...   135

 

 

114 



götürüb,  qapı–qapı  gəzər  və  Xıdır  Nəbiyə  xalqın  illərlə 

qəlbində yaşatdığı ən səmimi istəklərini bildirərdilər: 

 

Xıdıra Xıdır deyəllər



Xıdıra çörək verəllər. 

Mən Xıdırın nəyiyəm? 

Ayağının nalıyam, 

Xanım, ayağa dursana

Yükün dalın açsana. 

Torbanı doldursana, 

Qonağı yola salsana. 

Qara toyuğun qanadı, 

Kim vurdu, kim sanadı? 

Məhlənizə gələndə 

Itlər bizi taladı. 

 

Yalnız  bu  parçanı  dedikdən  sonra  qapılar  açılar  və 



uşaqlara  bayram  payı  verilərdi.  Qovurğadan  həyətdəki  toyuq–

cücəyə  atardılar  ki,  qışdan  çıxmış  toyuqlar  tezliklə  yumurta 

versinlər.  Müqəddəs  bir  bayram  olduğundan  qovurğanın  yerə 

dağılmasına və ayaqlanmasına imkan vermək olmaz. 




 

 

115 



Xına gecəsi 

 

Xına  gecəsi  hakuşka  getməklə  bitmir,  eyni  zamanda 



məclis əhli əlinə–ayağına xına qoyar, qaşlarına rasıx çəkərdilər, 

səhərə qədər  yuxusuz qalıb, deyə–gülə toyun dolmasını bükər, 

düyüsünü arıtlayar, ət çəkər, eyni vaxtda lətifələr söyləyərdilər. 

Bu  zaman  yorğunluqdan  gedib  yatanları  yorğan–döşəyə  tikər, 

saç–saça  hörər,  üz–gözlərini  gülünc  boyayardılar.  Səhər 

oyananlar 

yorğan–döşəkdən 

qalxa 


bilməz, 

saç–saça 

bağlandıqlarından  başlarını  qaldırdıqları  zaman  bir–birini 

incidər, gülüşə səbəb olardılar. Əsl qəhqəhə isə ayna qabağında 

sir–sifətini görüncə qopardı. 

Xına  gecəsi  məzəli  olsun  deyə,  qoca  qarılardan  biri 

cavan  gəlin  kimi  geyinər,  üz–gözünü  bağlayar,  barmaqlarına 

üskük  taxar  və  xına  yaxan,  dolma  bükən,  deyib–gülən 

qadınların  yanına  gələrdi.  Hamı  onun  rəqs  etmək  fikrində 

olduğunu  başa  düşərdi.  Qadınlardan  biri  qədim  bir  hava  ilə 

"gəlini"  yarı  xoş,  yarı  zor  ortalığa  çəkər,  qalanlar  da  bir  neçə 

dəqiqəlik  iş–gücü  buraxıb  əl  çalardılar.  "Gəlin"  bu  rəqsi 

barmaqlarındakı  üskükləri  bir–birinə  vuraraq  çox  məzəli 

oynayardı. Qaval çalan qadın belə oxuyurdu: 

 

Bu torpağın adı Ənzəli, 



Çopur Ağəli! 

Bir addım da tullan irəli

Ay mənim balam! 

 

"Gəlin"  bir  az  da  ortaya  gəldikdə  nəğmənin  davamını 



oxuyardılar: 

 

Oyna bənövşəli xanım, 



Əlləri şüşəli xanım. 

 



 

 

116 



Bu  rəqslər  bitər–bitməz  qadınlardan  biri  yalançı 

"gəlin"in  baş  yaylığını  açar  və  bu  zaman  rəqs  edənin  kim 

olduğu  aşkar  olar,  gülüş  səhərə  qədər  davam  edərdi.  Ortalığa 

çəkilmiş "gəlin" rəqs edə–edə deyərdi: 

 

Qaynanam öləndə özüm ağlaram, 



Şiş götürüb dabanınnan dağlaram. 

Eşşəh kimi samannıxda bağlaram. 

 

Qaynana, qaynana, xanım qaynana, 



Tumanıvı geyim, gedim meydana. 

 

Rəqs  edən  "gəlin"  yaşlı  olduğundan  qayınana–gəlin 



münasibətinə  nə  qədər  sataşsa  da,  ondan  heç  kim  inciməz. 

Əksinə, gülüşərdilər.  Bəzən hakuşkadakı sözlər  həddi–hüdudu 

aşardı. 



 

 

117 



VI. PIRLƏR, OCAQLAR 

 

Ocaqtəpə 



 

Ocaxtəpə ziyarətgahdı. Der, burda qədim şəhər ətəyində 

çoban qoyun otarır, görür ki, şəhərdən toz – duman qalxdı. Der, 

bu,  o  qədər  dəhşətdi  olup  ki,  dağlar  da  silkələnip.  Ocaxtəpiyə 

qayıdan  çoban  gözdərinə  inanmır.  Göör  ki,  Lələ  köçüp,  yurdu 

qalıp,  nə  şəhər  var,  nə  də  ins  –  cins.  Indi  də  Ocaxtəpədəki 

qədim evlərin xarabalıxları durur.  

 

Piri piri 



 

 

Pəzməri  kəndinin  yaxınnığında  «Piri  piri»  adlanan  pir 



vardı. Belə rəvayət edillər ki,  həmin  yer kəndlilərin  yaylağına 

çevrilmişdi.  Burada  çobannar  çadır  qurup,  payıza  kimi 

qalırdılar.  Bir  gün  çoban  günorta  obuya  gələrkən  çadırın 

içinnən çıxan ilan  görür. Çoban qaçır ki, ilanı öldürsün, ancaq 

ilan çınqılın içinə girir. Çoban başlıyır çınqılı qazmağa ki, ilanı 

öldürsün.  Çınqılın  içində  dərin  bir  yuva  görünür.  O,  başqa 

çobannarnan  birlihdə  oranı  qazır  və  çox  heyrətdənillər. 

Qazdıxları  quyunun  içində  iki  məzar  görüllər.  Məzarın  biri 

balaca,  biri  isə  böyüh  idi.  Belə  güman  edillər  ki,  həmin 

məzarlar imamlarımızın nəslinnən olan ata və balanındı. Həmin 

günnən ora ziyarətgaha çevrilip. 

 

Kənddərdən  hamı  ora  nəzir  deyir.  Hamı  «Piri  piri»ni 



ziyarət edir. Son zamannara kimi bu pirin qapısında həmişə bir 

ilan  durur,  girənə  heç  nə  etmirdi.  Ancaq  kim  içəridən  bir əşya 

götürüb  çıxırdısa  ilan  qapının  ağzında  durub  o  şəxsi  çölə 

buraxmırdı, ta ki o əşyanı yerinə qoymuyunca.  

 

 

 

 



 

 

118 



Kündəli   pir 

 

 

Kəndimizin  qırağında  bir  kündəli  pir  var.  Ora  cındalı 



pir də deyərik. Kimin ki, bir niyyəti, diləyi olsa, aparıb oradakı 

dağdağan  ağacının  budaqlarına  parça  bağlayar.  Dağdağannan 

bir  az  o  yana  təndirdi.  Təndirin  daşlarının  üstü  elədi  ki, 

deyirsən bə xamır kündələridi, quruyub–qalıb. 

 

Deyir, bir vaxtlar çörək yaman boluymuş. Odur ki, aclıq 



əzabı, Allah sınağı yaddan çıxıbmış. Çörəyi zibilliyə atırmışlar. 

 

Bir  gün  arvadlar  bu  təndirdə  çörək  yapırmışlar. 



Uşaqlardan  biri  çörəyə  dilinən  demək  olmayan  hörmətsizlik 

eləyir.  

 

Təndir  də  daşa  çöyrülür,  kündələr  də.  O  vaxtdan 



buranın adı qalır Kündəli pir. 

 

Vaxım  yerlər 

 

 

Bizlər  vaxım  yerləri  müqəddəs  bilərik.  Oraları  əkmək, 



qazanc götürmək olmaz, günahdı. Əkib–becərsən də əlin boşda 

qalar,  xeyir  gotürməzsən,  xəstəlik  taparsan.  Bir  də  necə 

əkəsən? Odey, Kündəli pirdən azca bu yana da vaxımdı.  

 

Dədə–babadan  deyərlər  ki,  orda  buynuzlu,  qocalıb–



qartalmış  bir  ilan  var.  Kim  oranı  əkmək  istəsə,  ilan  gələr 

üstünə, vaxımın qırağınacan onu qovar. 



 

Mirməjlum ağa ocağı 

 

 

Muğannı  kəndində  Mirməjlum  ağa  ocağı  hamının  and 



yeridi. Der, bu ocağa axşmçağılar ovlar gələrmiş sağılmağa. 

 



 

 



 

Der, bir gün Mirəziz ağa bərk hesdənir, elə hala gəlir ki, 



tüfəngi  götürüp  evin  qabağındakı  tut  ağacına  güllə  atır. 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə