Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə40/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   36   37   38   39   40   41   42   43   ...   135

 

 

149 



 

Padşah  nə  qədər  buna  qızıl,  gümüş,  mamənal  təkliф 

elədisə, dərviş iki ayağın taxdı bir başmağa, dedi:  

 

–    Olmaz  ki,  olmaz.  Şərtimiz  bu  idi  ki,  oğlanlarının 



birini verəssən mənə. Kişi gərək sözündən qaçmaya.  

 

Padşah çox фikirdən sonra dedi:  



 

– Dərviş, sən gəl belə eləmə! Axı bu uşaqlar hərəsi bir 

ananın gözünün ağı–qarasıdı. Hansı ana razı olar?  

 

Dərviş heç bir söz deməyib qalxdı.  



 

Padşah dedi:  

 

– Hara?  



 

Dərviş dedi:  

 

– Şah sağ olsun, sənin heç bir şeyin mənə lazım deyil. 



Əhdinə vəфa eləmədin, məni mürəxxəs elə!  

 

Dərviş  çıxıb  getdi.  Küçədə  baxdı  ki,  budu  Məlik 



Cümşüd  məktəbdən  gəlir.  Onu  aldadıb,  götürüb  apardı.  Az 

getdilər,  çox  getdilər,  uzaqdan  böyük  bir  qalaça  göründü. 

Dərviş Məlik Cümşüdə dedi:  

 

– Bax, ora bizim evimizdi. Gedib gecəni orada yatarıq, 



sabah Allah qoysa padşahın istədiyini də götürüb sənlə bərabər 

qayıdarıq evinizə.  

 

Dərviş  Məlik  Cümşüdü  aldadırdı.  O,  uşağı  yalandan 



aldatmışdı  ki,  atan  məndən  bir  at  alıb,  gedək,  verim  gətir. 

Məlik  Cümşüd  də  uşaqlığından  yaman  atbaz  olduğundan 

şirnikib  getmişdi.  Dərviş  qabaqda,  Məlik  Cümşüd  də  dalda 

gəlir.  Məlik  Cümşüd  birdən  bir  səs  eşitdi.  Döndü,  gördü  bir 

kəllədi, bunun yanınca atıla–atıla gəlir, özü də deyir:  

 

–  Gözəl  oğlan,  qəşəng  oğlan,  məni  də  sənin  kimi 



aldadıb gətirdi, yandırıb ətimdən, sümüyümdən qızıl qayırdı.  

 

Bu sözləri eşidən kimi Məlik Cümşüdün başında tükləri 



biz–biz durdu. Kəllə deyirdi:  

 

–  Ancaq  qorxma!  Evə  yetişən  kimi  o  xamır  eləyəcək, 



sənə də təndir yandırtdıracaq. Sonra özü əppəyi açacaq, sənə də 

əmr eləyəcək ki, təndirə yapasan. Nəbadə–nəbadə onun sözünə 

qulaq asasan. Yoxsa əyilcək səni basacaq təndirə.  



 

 

150 



 

Məlik Cümşüd dedi:  

 

– Bə mən neynim?  



 

Kəllə deydi:  

 

–  Sən  onu  aldat.  Qoy  birinci  əppəyi  özü  yapsın.  Onda 



sən  onu  tez  təndirə  salıb,  duvağını  qoy  ağzına,  otur  üstündə. 

Qorxma,  hər  tərəфdən  səs–küy  qalxacaq.  Amma  sən  təndirin 

üstündən  durma.  Elə  ki,  səs  yatdı.  Demək  öldü,  onda  dura 

bilərsən.  

 

Bunu deyib kəllə atıldı girdi daşın altına. Dərvişlə oğlan 



gəldilər  qalaçaya.  Dərviş  yetişcək  qollarını  çırmalayıb  başladı 

xamır eləməyə.  

 

– Bala, mən deyirəm bir az əppək bişirib yeyək. Yaman 



acmışam. Mən xamır eləyincə, sən də dur, təndiri yandır!  

 

Oğlan  təndiri  yandırdı,  elə  ki, xamır  hazır  oldu, dərviş 



bir kündə açıb verdi oğlana ki, bala, al bunu vur təndirə. Oğlan 

bir  təndirə  baxdı,  təndir  cəhənnəm  kimi  zəbanə  çəkib  yanırdı, 

bir də gözlərin döndərib dərvişin üzünə baxdı. Dərvişin üzü elə 

bil  ki,  dəyişilmişdi.  Gözləri  kabab  şişi  kimi  qızarmışdı.  Məlik 

Cümşüdün ondan lap zəhləsi getməyə başladı, dedi:  

 

–  Ağa  dərviş,  özün  bilirsən  ki,  mən  padşah  oğluyam, 



indiyə  kimi  nə  təndir  görmüşəm,  nə  də  ki,  çörək  yapmışam. 

Sən  qabaqca  birini  yap,  mən  baxım,  öyrənim,  sonra  qalanını 

mən yaparam.  

Dərviş  durdu  ayağa,  əppəyi  götürdü  əlinə  ki,  təndirə 

yapsın,  Məlik  Cümşüd  vaxt  itirməyib  tez  onu  təndirə  basdı, 

duvağı  ağzına  qoyub  oturdu  üstündə.  Bir  qışqırıq  qopdu,  bir 

qışqırıq qopdu ki, nə deyim. Elə bil ki, yerin göbəyi çatlayır.  

Məlik Cümşüd kəllənin dediklərini yadında saxlamışdı. 

Hər nə qiyamət qopdusa kəndirqayış kimi yerindən tərpənmədi 

ki, tərpənmədi. Yavaş–yavaş səs yatdı. Elə ki, hər şey qurtardı, 

Məlik  Cümşüd  durdu  ayağa.  Gördü  bir  qapı  var.  Açıb  girdi 

içəriyə,  burada  o  qədər  qızıl,  gümüş  vardı  ki,  çınqıl  kimi. 

Ondan keçdi o biri otağa. Orda qızıldan adam bədənləri gördü. 

Otaq başdan ayağa belə qızıl adam bədənləri ilə dolu idi. Belə–




 

 

151 



belə bütün otaqları gəzib, axırda gəlib bir otağa çıxdı. Burda bir 

at var idi,  yanında iki balası, bir zümrüd quşu var idi,  yanında 

iki  balası,  bir  də  bir  Aslan  var  idi,  yenə  yanında  iki  balası. 

Ancaq  atın  qabağına  ət  tökülmüşdü,  quşun  qabağına  bir  az  ot 

qoyulmuşdu,  aslanın  qabağına  da  bir  az  arpa.  Məlik  Cümşüd 

baxdı  ki,  bu  yazıqlar  heç  birisi  bir  şey  yeyə  bilmir.  Götürüb 

dəyişdirdi. Əti qoydu quşla aslanın qabağına, otla arpanı tökdü 

atın qabağına. At işi belə görəndə dedi:  

 

– Məlik Cümşüd, neçə vaxtdı ki, bu dərviş bizi beləcə 



saxlayır,  indi  ki,  sən  bunları  dəyişdirib  hərəyə  öz  xörəyini 

verdin, al mən də öz balamın birini verirəm sənə.  

 

Bunu görəndə Aslan da dedi:  



 

– Məlik Cümşüd mən də bir balamı sənə verirəm.  

 

Zümrüd  də  bir  balasını  Məlik  Cümşüdə  verdi.  Məlik 



Cümşüd atın bir balasını, zümrüdün bir balasını, aslanın da bir 

balasını  götürüb  dərvişin  qalaçasından  çıxdı.  Elə  bir  az 

getmişdi ki, həmin kəllə yenə atlandı, onun qabağına:  

 

– Sağ ol, Məlik Cümşüd! Ananın südü sənə halal olsun! 



Indi ki, sən mənim dediklərimə qulaq asıb dərvişi öldürdün, gəl 

mən də sənə bir  yaxşı şey öyrədim. Gedərsən bir azdan sonra 

qabağına  bir  ağ  su  çıxacaq,  həmin  suda  çimərsən,  sonra 

qabağına  bir  qara  su  çıxacaq,  ondan  gözlərinə,  kirpiklərinə 

çəkərsən,  sonra  qırmızı  su  çıxacaq  ki,  ondan  yanaqlarına 

sürtərsən.  Lap  axırda  bir  gümüşü  su  çıxacaq  ki,  onunla  da 

başını  yuyarsan.  Məlik  Cümşüd  kəllənin  dediklərinə  əməl 

eləyəndən  sonra  axırıncı  suda  başını  yudu.  Oldu  on  dörd 

gecəlik bir ay. Başının bir tərəфi qızıl, bir tərəфi gümüş. Gəldi 

yetişdi bir şəhərə. Şəhərin kənarında atdan düşdü. Atın, quşun, 

aslanın hərəsinin tükündən bir az çəkib qoydu cibinə. Üçünü də 

buraxdı,  gəldi  şəhərin  qırağına  bir  çobanın  yanına.  Ondan  bir 

qoyun  alıb,  kəsdi.  Ətin  verdi  çobana,  qarnını  tərsə  çevirib 

keçirtdi başına, girdi şəhərə. Bir az o yana, bu yana dolanandan 

sonra, gəldi padşahın bağbanının yanına, dedi:  



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə