Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   39   40   41   42   43   44   45   46   ...   135

 

 

158 



elədi  düşmənə.  Gün  əyilənə  yaxın  düşmən  tab  gətirməyib 

qaçmağa  başladı.  Nə  təhər  oldusa  davada  Məlik  Cümşüd 

əlindən  yaralandı.  Elə  özü  də  padşahın  həndəvərindəydi. 

Padşah  əlüstü  cibindən  dəsmalını  çıxarıb,  onun  əlini  bağladı. 

Düşmən qaçdı, dava qurtardı, hamı qayıtdı evə. Məlik Cümşüd 

yenə aradan çıxdı, heç kəs onu tanımadı. Gedib qatırını mindi, 

gəldi evinə. Arvadı onu bu halda görcək, soruşdu:  

 

– Əlinə nə olub?  



 

Dedi:  


 

–  Heç  zad.  Elə  durmuşdum,  yaylım  ox  gəlib  dəydi 

əlimə.  

 

Gecə  yara  Məlik  Cümşüdü  çox  narahat  elədi.  Heç 



özün–sözün  bilmirdi.  Qız  onun  yarasını  açıb  təzədən  məlhəm 

qoyub bağladı. Dəsmal  da çox qanlı olduğuna görə dəyişdirib, 

yuyub  sərdi  həyətdə  şəritə.  Səhər  padşah  çıxmışdı  həyətə,  bir 

də  baxdı  ki,  dünənki  atlının  yarasına  bağladığı  dəsmal  sərilib 

həyətdəki şəritə. Tez qızı çağırtdırıb soruşdu:  

 

– Bu nə dəsmaldı?  



 

Qız dedi:  

 

–  Hal–hekayə  belə…  dünən  oğlanın  əlinə  yaylım  ox 



dəyib, bu dəsmal onun yarasının dəsmalıdır.  

 

Padşah dedi:  



 

– Hey gidi namərd, burada iş var deyəsən.  

 

Çağırdı vəziri, əhvalatı ona danışdı. Vəzir durdu ayağa, 



getdi  Məlik  Cümşüdün  yanına,  gördü  həmin  oğlandı  ki,  var. 

Məlik Cümşüd yatmışdı deyən qarını da başından çıxartmışdı, 

qızıl–gümüş tükləri görünürdü. Dedi:  

 

–  Oğlan,  sən  niyə  özünü  bizdən  gizlədirsən?  Padşah 



səni görmək istəyir. Aç görək sən kimsən?  

 

Məlik Cümşüd dedi:  



 

–  Gedin  axşamüstü  balaxananın  eyvanında  olun,  gəlib 

oradan keçəcəyəm. Görüb, onda kim olduğumu bilərsiniz.  

 

Vəzir gəlib əhvalatı padşaha danışdı. Bəli, xəbər verildi, 



bütün  əyan–əşrəф  yığıldı  balaxananın  eyvanına.  Bir  də 


 

 

159 



gördülər  ki,  budur  əvvəldən  keçəl  bildikləri  Məlik  Cümşüd 

həmin qırmızı dava paltarı əynində, həmin  at altında,  yanında 

aslan, başının üstündə zümrüd quşu ona kölgəlik eyləyə–eyləyə 

ley  kimi  gəlir.  Padşah  bunu  görcək  utandığından  qıp–qırmızı 

qızardı.  Ona  indiyə  kimi  pislik  elədiyinə  peşman  oldu.  De 

oğlan  gəldi,  atdan  düşüb  ehtiramla  padşahın  əlindən  öpdü. 

Padşah  göz  gəzdirib  gördü  ki,  o  bir  kürəkənləri  yoxdu.  Məlik 

Cümşüd bunu görüb dedi:  

 

–  Padşah  sağ  olsun,  əmr  eləyin  sizin  kürəkənləriniz 



gəlsin. Onlar mənim həlqəbəguşumdurlar.  

 

Padşah məhəttəl qalıb soruşdu:  



 

– Bu nə sirrdi?  

 

Məlik  Cümşüd  ov  məsələsini,  necə  ov  satıb  hərəsinin 



buduna  bir  damğa  basmışdı,  bizim  dediyimiz  kimi,  açıb 

padşaha  dedi.  Padşah  adam  göndərdi  kürəkənlərinin  dalınca. 

Gəlib  xəbər  gətirdilər  ki,  kürəkənlər  naxoşlayıb  yatıblar. 

Padşah  bildi  ki,  onlar  yəqin  məsələni  başa  düşüb  oğlanı 

tanıyıblar,  ona  görə  utandıqlarından  gizləniblər.  Əmr  elədi  ki, 

bu  saat  nə  təhər  olsa,  gərək  gələlər  bura.  Gedib  oğlanları 

gətirdilər. Əmr elədi, onların  budlarını  açıb baxdılar,  gördülər 

ki,  doğrudan  da  Məlik  Cümşüdün  dediyi  kimi,  hərəsinə  bir 

damğa  vurulub.  Padşah  əmr  elədi,  indi  də  o  biri  kürəkənin 

birini  saman  damına,  o  birini  də  təndirəsərə  köçürdüb,  Məlik 

Cümşüdlə  kiçik  qızı  köçürtdü  öz  yanına.  Özünü  də  bütün 

qoşuna böyük elədi.  

 

Ay  keçdi,  gün  dolandı,  günlərin  bir  günündə  oğlan 



evdən çıxıb bazara gedirdi, bir də gördü ki,  yolun üstündə bir 

qoca qarı durub ağlayır. Qarı oğlanı görcək dedi:  

 

– Ay bala, başına dönüm, belə o gözlərinin qadasın mən 



alım.  Qürbətdə  bir  oğlum  var,  ondan  kağız  gəlib  bir  adam 

tapmıram ki, oxusun.  

 

Oğlanın yazığı gəlib ondan kağızı aldı ki, oxuya, arvad 



dedi:  


 

 

160 



 

–  Ay  bala,  zamana  dönüb,  camaat  xarab  olub,  belə 

durmuşuq  küçədə,  sonra  qonum–qonşudan  biri  bizi  görər, 

biyabır  olarıq,  sabah  bir  sicirrəmə  söz  qoşub,  bir  zurna–qaval 

çıxardarlar  ki,  sənin  də  adın  bədnam  olar,  mənim  də.  Yaxşısı 

budur, gəl zəhmət çək, gir həyətdə oxu!  

 

Oğlan girdi həyətə. Elə qarı qapını örtcək dəyişilib oldu 



bir  küpəgirən  iфritə.  Oğlan  baxdı  ki,  bura  tilsimmiş.  Qarı 

əlindəki ağacı havada silkələyib dedi:  

 

–  De  görüm,  Gül  Sənavərə  neynədi,  Sənavər  Gülə 



neynədi?  

 

Oğlan məəttəl qalıb dedi:  



 

– Mən nə bilim?  

 

Qarı bu cavabı eşitcəyin əlindəki ağacla onu vurub dedi:  



 

– Onda ol daş!  

 

Oğlan oldu daş, qaldı yerində.  



 

Bu  burada,  bu  dəmdə  qalsın,  biz  qayıdaq  dala.  Elə  ki, 

dərviş  padşah oğlu Məlik Cümşüdü aldadıb apardı, padşah ha 

gözlədi  oğlan  qayıtmadı,  de  ətraф–əknaф,  ora–bura  adamlar 

saldı,  car  çəkdi,  bütün  hər  yeri  ələk–фələk  elədi  oğlan 

tapılmadı  ki,  tapılmadı.  Bəli,  bildilər  ki,  oğlan  dərvişin 

hiyləsinə  düçar  olub.  Yas  tutdular,  qara  geydilər,  bütün  şəhər 

yasa batdı.  

 

Bu  dərd  oğlanın  qardaşlarına  yaman  əsər  eləmişdi. 



Uşaqlıqda  bir–birinə  bab  olmuşdular,  musayıb  olmuşdular. 

Qardaşlar ikisi də gündən günə əriyirdilər. Neçə dəфə ortancıl 

qardaş  Məlik  Əhməd  qardaşının  dalınca  getmək  istədisə, 

padşah qoymadı ki, gedər, dərviş onun da başına əngəl gətirər. 

Axırda gördü ki,  yox, əgər belə  getsə onsuz da  Məlik Əhməd 

qardaşının  dərdindən əriyib–əriyib axırda bir gün öləcək, çar–

naçar axırda rüsxət verdi. Elə Məlik Əhməd bir belə şeyə bənd 

idi.  O  saat  atı  minib  yola  düzəldi.  Bir  neçə  gün  yol  gedəndən 

sonra,  gördü  uzaqda  bir  qalaça  görünür.  Üz  qoydu  qalaçaya 

tərəф. Elə bir az getmişdi ki, bir də gördü deyəsən yanından bir 

səs gəlir. Dönüb baxanda gördü bir kəllədi, atıla–atıla yanınca 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə