Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə36/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   32   33   34   35   36   37   38   39   ...   135

 

 

136 



- Buy, qarı nənən sənə qurban, o mənim əlimdə asan bir şeydi, 

düzəldərəm  gedər,  geri  qayıtmaz,-  deyib  üz  qoydu  qalaçaya 

sarı. O gün oğlan yenə şikara getmişdi. Qarı qapını döydü. Qız 

gəlib  qapını  açdı,  gördü ki,  qarıdı, bunu  otağa  apardı.  Qarı  bir 

xeyli söhbətdən sonra dedi: 

- Qarı nənən sənə qurban, heç  yaraşar ki, sənin  kimi alagözlü, 

qələmqaşlı  gözəl  bir  xanım  bu  qalaçada  tək  qalsın?  Yaxşısı 

budur  ki,  qardaşını  göndər,  getsin,Yəmən  səhrasında  olan 

rəngarəng  ağacı  gətirsin.  O  ağac  gələr  sizin  həyətinizdə  olar. 

Yenə sən ona baxıb фərəhlənərsən. Qarı bu söznən qızın ağlını 

aldı.  Qız  da  razı  oldu.  Qarı  gedəndən  sonra  qız  başladı  qaş-

qabağını  tökməyə.  Qardaşı  ovdan  gəlib  gördü  ki,  bacısı 

фikirlidi. Yanına gəlib soruşdu: 

-  Nə  olubdu  belə  фikirlisən?  Məgər  mən  ölmüşəm  ki,  фikir 

çəkirsən? 

 

Bacısı ağlamsınıb dedi: 



-  Necə  фikir  çəkməyim,  ölənəcən  mən  bu  dörd  divarın 

arasından  çıxmayacağam.  Mən  burada  darıxıram.  Gərək 

gedəsən  Yəmən  çölündə  olan  rəngarəng  ağacdan  bir  yarpaq 

gətirəsən.  

 

Qardaşı gülümsünüb dedi: 



-  Yaxşı,  bundan  ötrü  də  adam  keфini  pozar?  Bu  ki,  mənim 

əlimdə su içimi kimi bir şeydi. 

 

Qardaşı gəldi atın yanına, yəhəri atın belinə qoyub ora-



burasını tumarladı. At ona dedi: 

- Oğlan, bəs hara gedirsən? 

 

Oğlan dedi: 



- Bacıma фilan ağacın yarpağından gətirməyə gedirəm. 

 

At dedi: 



- Oğlan, o yer qorxulu yerdi, ora gedən gəlməz. Ancaq sən mən 

deyənə qulaq asarsan. Min mənim üstümə gedək. 

 

Oğlan  atın  üstünə  minib  onu  məhmizlədi.  At  yel  kimi 



uçdu.  Çox  gedib,  az  gedib  böyük  bir  səhrada  bir  qalaçaya 


 

 

137 



yetişdilər.  Oğlan  gördü  ki, qırx ərşin hündürlükdə bir hasardı. 

At dedi: 

- Sən bərk dur, qorxma, mən özümü atacağam hasarın o tayına. 

Həyətdə  nə  qədər  desən  naz-nemət  vardır.  Görəcəksən  ki,  bir 

tərəфdə bir gözəl xanım oturubdur. Onun qırx hörüyü var. Hər 

hörüyünü bir qız tumarlayır. O biri tərəфdən görəcəksən ki, bir 

bığıburma keçəpapaq oturub ki, yanında qırx nəфər keçəpapaq 

qulluqçusu  var.  Bir  tərəфdə  at,  o  biri  tərəфdə  it  bağlanıbdı. 

Həyət  nə  həyət,  adamın  ağlın  başından  çıxarır.  Sən  bunların 

heç  birisinə  фikir  verməyib  həyətin  ortasındakı  rəngarəng 

ağacdan  bir  yarpaq  qopardarsan.  Yarpağı  qopardandan  sonra 

hücum eləyəcəklər  səni tutmağa.  Hər tərəфdən  qışqırtı,  bağırtı 

səsi  eşidəcəksən.  Sən  bunların  heç  birisinə  qulaq  asmayıb 

üstümdə bərk durarsan.  

 

Bunu  deyib,  at  barıdan  tullandı.  Oğlan  baxdı  gördü  ki, 



doğrudanda  at  dediyindən  bir  az  da  artıq  bəzək-düzəkli,  naz-

nemət bir həyətdi. Bunların heç birisinə фikir verməyib, özünü 

verdi  ağacın  yanına.  Ağacdan  bir  yarpaq  qopardıb,  getmək 

istədi.  Hər  tərəфdən  qışqır-bağır  qopdu,  ancaq  özünü 

sındırmayıb,  atın  üstündə  bərk  durdu.  At  hasarı  aşıb  yel  kimi 

gəldi.  Yetişdilər  öz  qalaçalarına.  Atdan  düşüb  ,  tərini  öz  ipək 

dəsmalıynan silib, atı buraxdı. Baxıb gördü ki, ağac bunlardan 

qabaq  gəlib həyətdə bitibdi. Bacısı ağaca tamaşa eləyir. Ağac-

nə  ağac,  gün  vuran  kimi  hər  yarpağı  bir  rəngə  çalır,  par-par 

parıldayır. Bir neçə gün bu qaydaynan qız gününü keçirdi.  

 

Bəli,  baş  hərəm  eşitdi  ki,  oğlan  yenə  salamat  qayıdıb. 



Neyləyim,  neyləməyim  deyib  фikirləşdi.  Yenə  qarını  çağırıb 

yanına dedi: 

- Qarı nənə, bir işim düşübdü sənə. 

 

Qarı  əvvəlkindən  də  artıq  nəm-nüm  eləməyə  başlayıb 



dedi: 

-  Qarı  nənən  sənə  qurban,  xəstəyəm,  vallah,  heç  yana  gedəsi 

deyiləm.  



 

 

138 



 

Xanım bir qədər pul göstərən kimi qarının gözləri par-

par çaldı. Qarı pulu görən kimi dedi: 

- Neyləyim, xanımsan, gərək gedim. 

 

Xanım dedi: 



- Qarı nənə, oğlanı bu səфər elə bir yerə göndərərsən ki, getsin, 

gəlməsin.  

 

 

Qarı dedi: 



- Bax, mənim bu gözlərim üstə, oğlanı göndərərəm gedər Qırx 

Qönçə  xanımı  gətirməyə.  O  elə  bir  yerdədi  ki,  ora  quş 

quşluğuynan qanad sala bilməz.  

 

Xanım razılaşıb bərk-bərk tapşırdı ki, tez oğlanı həmin 



səфərə  göndərsinlər.  Qarı  başmaqlarını  geyib  üz  qoydu 

qalaçaya  sarı  getməyə.  Qalaçaya  yetişib  qapını  döydü.  Qız 

gəlib,  qapını  açıb,  qarını  yuxarı  apardı.  Qarı  ağacı  həyətdə 

görəndə qıza dedi: 

-  Indi  gördün ki, bir az qəlbin açılır? Indi qardaşın sənin üçün 

gedib Qırx Qönçə xanımı da gətirsə, sənnən yoldaş olar, ta heç 

qəlbin tutulmaz.  

 

Bu  söz  qızın  beyninə  batdı.  Qarı  xatircəm  olub  getdi. 



Yenə  oğlan  ovdan  gəlib  gördü  gördü  ki,  bacısı  qaşqabaqlıdı. 

Yanına gəlib dedi: 

- Bacı, yenə nə olub sənə, qaşqabağını tökübsən? 

-  Əlbəttə  tökərəm,  tək-tənha  qalıram  burda,  ürəyim  partlayır. 

Getdin  ağacı  gətirdin,  bir  qədər  ürəyim  açıldı.  Indi  də  gedib 

Qırx  Qönçə  xanımı  gətirsən,  həm  sənə  yoldaş  olar,  həm  də 

mənə. 

 

Qardaşı razı olub dedi: 



- Elə bundan ötrü ürəyini sıxırsan? 

 

Oğlan o saat gedib əhvalatı ata nəql elədi. At dedi: 



- Oğlan, xəbərin var ki, bu səфər ölümə gedirsən? 

 

Oğlan dedi: 



-Bilsəm ki, gedib gəlməyəcəyəm, yenə də gedəcəyəm. 

 

At dedi: 



- Elə isə min belimə, ancaq mən dediyimdən çıxma.  


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə