Азярбайъан Дювлят Нефт Академийасы


FƏSİL I. MÜXTƏFİL ŞƏRAİTLƏRDƏ NEFT KƏMƏRLƏRİNİN



Yüklə 3,14 Mb.
səhifə6/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   2   3   4   5   6   7   8   9   ...   33
ELÇİN qiyabi diplom işi

FƏSİL I. MÜXTƏFİL ŞƏRAİTLƏRDƏ NEFT KƏMƏRLƏRİNİN

ÇƏKİLMƏSİ

1.1. Neftin boru kəməri ilə nəqlinin əsas xüsusiyyətləri
Neftin boru kəməri ilə nəqli digər nəqliyyat növlərinə nisbətən daha geniş yayılmışdır. Neftin boru kəməri vasitəsilə nəqli aşağıdakı üstünlüklərə malikdir.

  • böyük miqdarda neftin uzaq məsafələrə fasiləsiz olaraq nəql edilməsi

  • neft itfkilərinin az olması

  • nisbətən asan mexanikiləşdirilə və avtomatlaşdırıla bilməsidir

Bu növ nəqlin nöqsanı böyuk metal sərfi,korroziyadan mühafizə vasitələrinin qurulması və sonradan trassın istiqamətinin dəyişdirilə bilməməsidir.

Neft kəmərləri vəzifəsinə görə aşağıdakı qruplara bölünür :

Daxili kəmərlər –neft mədən,neft emalı və neft bazalarındakı müxtəlif qurğuları və obyektləri əlaqələndirir.

Yerli kəmərlər-neft mədənləri və ya emal zavodlarını magistral neft kəmərlərinin baş stansiyasına dəmir yolu və su nəqliyyatı vasitələrinə neft doldurma-boşaltma qurğuları ilə əlaqələndirir.

Magistral kəmərlər - böyuk uzunluğu xarakterizə olunur və neft vurma trassı üzrə yerləşdirilmiş bir neçə stansiyanı əlaqələndirir.Boru kəmərinin iş rejimi fasiləsizdir.Lakin təmirlə əlaqədar qısa müddətli fasilə yarana bilir.

|Magistral boru kəmərlərinin tərkibinə əsasən aşağıdakı qurğular daxildir:

- boru kəmərləri qolları və lupinqlər,bağlayıcı armaturları,süni və təbii keçidləri,

Nasos və komperossor stansiyalarına qoşulma qovşaqları,təmizləyici qurğunun kəmərə buraxılma və qəbul qovşaqları,kondensat tutucuları və metanol vurmaq üçün dazator qurğuları aiddir.

- boru kəmərinin korroziyadan elektrokimyəvi mühafizə qurğuları,texnoloji rabitə qurğu xətləri və kəmərin telemexanika vasitələri .

- elektrik ötürmə xətləri(sistemi) – boru kəmərlərinə, elektrik təchizatı qurğularına xidmət etmək,bağlayıcı qurğuları kənardan idarə etmək üçündür

-yanğına və kəmərin erroziyasına qarşı mühafizə qurğuları.

- boru kəmərlərinin istismarına xidmət üçün bina və qurğular.

-qəza hallarında nefti və digər maye karbohidrogenləri buraxmaq üçün torpaq anbarlar

-yol və vertolyot meydançaları.

-baş və aralıq vurucu və doldurub-boşaldıcı nasos stansiyaları,çənlər,park

- nefti qızdırma məntəqələri

-göstərici və xəbərdaredici nişanlar.

Boru kəmərlərinin tərkibinə daxil olan vasitə, bina, avadanlıq və qurğuların layihələndirilməsi və istismarı,onaların müvafiq normativ-texniki sənədlərinə əsaslanmalıdır.

Magistral boru kəmərləri xüsusi yeraltı dəhlizlərdə yerləşdirirlər.Magistral neft kəmərləri diametrlərindən aslı olaraq 4 sinifə ayrılırlar.

I sinif – (1000 1200) mm;

II sinif – (500 1000) mm;

III sinif – (300 500) mm;

IV sinif – 300 mm–dən kiçik.

Boru kəmərləri üçün trassı seçərkən gətirilmiş xərclər,istismar zamanı kəmərə texniki xidmət və onun təmiri,ekoloji mühafizə üzrə tədbirlərə xərclər,həmçinin kəmərin metal tutum,təhlükəsizliyi və keçid sənədləri nəzərə alınmalıdır.

Layihələndirmənin texnoloji normalarına görə magistral neft və neft məhsulları kəmərlərini seçərkən diametr, təzyiq və buraxma qabiliyyətindən asılı olaraq cədvəl 1.1.1-də göstərilən asılılıqlardan istifadə olunması tövsiyyə olunur.Boru kəmərlərinin diametri layihə normalarına uyğun olaraq təyin edilir.Boru kəmərini horizontal və şaquli müstəvilər üzrə yolveriləbilən əyilmə radiusu,onun divarının möhkəmliyi şərtlərindən aslı olaraq müəyyən olunur.Boru kəmərinin minimum əyilmə radiusu SKR-tipli qurğunun keçməsi üçün çox olmalıdır.Boru kəmərləri hesabat üzrə bir-birindən 30 km qədər məsafə bağlayıcı armaturlar qoyulur.Diametri 400mm və ondan böyük olan bağlayıcı qurğu piltə üzərində qoyulur.Yeraltı boru kəmərinin yuxarı hissəsinin yer səthinindən məsafəsi şəraitdən aslı olaraq 0,6 – 1,0 m arasında dəyişir.Kəmərin diametri 700 mm qədər olanlar üçün xəndəyin eni D+300 mm olur.Diametri 700 mm-dən yuxarı olan kəmərlər üçün isə 1,5D ; 1200 – 1400mm diametr olan kəmərlə üçün xəndəyin eni D+500 mm qəbul edilir.


Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə