Азярбайъан Дювлят Нефт Академийасы



Yüklə 3,14 Mb.
səhifə5/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   2   3   4   5   6   7   8   9   ...   33
ELÇİN qiyabi diplom işi

M ündəricat

Giriş...................................................................................................................7

FƏSİL 1. Müxtəlif şəraitlərdə neft kəmərlərinin çəkilməsi.........................9

1.1. Neftin boru kəməri ilə nəqlinin əsas xüsusiyyətləri...................................9

1.2.Tikintinin mürəkkəbliyinə əsasən neft kəməri sahələrinin təsnifi.............12

1.3. Magistral neft kəmərlərinin bataqlıq və sulaşmış sahələrdə inşaası ........20


FƏSİL 2. Korroziya nəzəriyyəsinin əsasları.................................................24

2.1. Korroziyanın yaranma səbəbləri................................................................24

2.2 . Korroziyanın növləri.................................................................................30
FƏSİL 3. Korroziyadan mühafizə metodları................................................37

3.1 Aktiv mühafizə............................................................................................37

3.2 Passiv mühafizə – inhibitorlar.....................................................................40

3.3 Elektrokimyəvi üsul.....................................................................................43


Hesbat hissəsi ..................................................................................56

Nəticə.................................................................................................................59

Ədəbiyyat...........................................................................................................60

GİRİŞ

Azərbaycan Respublikası müstəqillik əldə etdikdə və xalqımız öz milli sərvətlərinin və təbii resurslarının həqiqi sahibi olduqdan sonra aparıcı xarici şirkətlərin neft və qaz sənayesi sahələrinə iri sərmayə qoyulmasına maraqları artmışdır. Ona görə də, Respublikada neft və qaz-kondensat hasilatını artırmaq ,neft və qaz kompleksinin texniki – iqtisadi göstəricilərini yaxşılaşdırmaq üçün neft və qazın çıxarılması,saxlanılması və boru vasitəsilə nəqli müasir tələblərə cavab verən yeni üsulların və etibarlı qurğu və avadanlıqların işlənilməsini və istehsalatda geniş tətbiqini birinci dərəcəli məsələ edir. Bununla əlaqədar olaraq neft və qazın mədənlərdə ilkin hazırlanma problemlərinin həlli,neft yataqlarının işlənməsi və istismarının əsas aspektlərini, neft və qazın magistral boru kəmərləri ilə nəqli proseslərinin xüsusiyyətlərini nəzərə almadan mümkün deyildir.Quyudan çıxarılan neftin miqdarında adətən çoxlu miqdarda su, duzlar, mexaniki qarışıqlar və kükürd birləşmələri olur ki, bu da neftin hazırlanmasının texniki iqtisadi göstəricilərini aşağı salır, emal zavodlarının, boru kəmərlərinin qurğu və avadanlıqlarının korroziyasını sürətləndirir, işləmə müddətlərini azaldır, neftin hazırlanma və nəqli xərclərini artırır.Neft və neft məhsullarının boru kəməri ilə nəqlinin inkişafı birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Boru kəməri ilə neft və neft məhsulları nəqli tanker daşımaları ilə yanaşı bu məhsulların orta və uzaq məsafələrə daşınmasında əsas vasitə hesab edilir.Boru kəməri vasitəsilə nəqliyyat digər nəqliyyat növlərindən kifayət qədər fərqlənir. Belə ki, boru xətləri yerin üstü və altında salınmaqla yanaşı, suyun altında da çəkilir. Bununla yanaşı boru nəqliyyatı ən ucuz nəqliyyat növlərindən biri hesab olunur. Boru komərlərinin inşa edilməsi bir sıra təbii və iqtisadi amillərdən asılıdır. Ümumiyyətlə boru kəmərlərinin coğrafiyası ilk öncə nəql olunan xammal mənbələrinin və istehlakçılarm yerləşməsi əsasında formalaşır. Bu iki mərkəz arasında mövcüd olan məkanın relyefi,infrastruktur şəbəkəsinin yerləşmə xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi, regionun coğrafi,ekoloji vəziyyəti və digər amillər inşa ediləcək boru xətlərinin istiqamətinin müəyyən edilməsind başlıca rol oynayır.Boru nəqliyyatı vasitəsi ilə əsasən qaz və maye halında olan məhsullar nəql edilir. Burada aparıcı yeri təbii karbohidrogen mənşəli xammal tutur.

Boru vasitəsilə nəqliyyatının tarixi neft sənayesinin tarixi kimi XIX əsrin ortalarına təsadüf edir. Belə ki, ilk neft kəməri 1865-ci ildə ABŞ-da (6 km uzunluğunda) çəkilmişdir. Bir müddət sonra Pensilvaniyada 100 km uzunluğunda neft kəməri çəkilmişdir. Azərbaycanda ilk boru kəməri 1878-ci ildə Balaxanı ilə «Qara şəhər»dəki neftayırma zavodları arasında çəkilmişdir.

Azərbaycanda boru nəqliyyatının yaranması neft sənayesinin inkişafı dövründə başlanmışdır.İlk boru kəməri 1878-ci il Balaxanı mədənlərindən Bakının neftayırma zavoduna çəkilib. XX əsrin əvvəlləri isə Bakı – Batumi neft kəməri istifadəyə verilib. Xəzər dənizində respublikanın digər regionlarından neft yataqlarının istismarı yeni kəmərlərin çəkilməsinə səbəb olur. Əlibayramlı – Bakı, Neftdaşları – Bakı, Siyəzən –Bakı ölkə daxilində olan əsas neft kəmərləridir.Avropaya məxsus neft şirkətləri ilə Xəzərin Aksektorunda çıxarılan neftin dünya bazarına göndərilməsi üçün iki neft kəməri çəkilib. Bakı – Qrozni– Novorossiysk neft kəməri 1997-ci il istifadəyə verilmişdir.1999-cu il istifadəyə verilmiş Bakı – Supsa (Gürcüstan) neft kəməri ilə məhsulun əsas hissəsi daşınır.Bu neft kəmərləri ilə Qazağıstan və Türkmənistanda hasil edilən neft digər ölkələrə göndərilir.

Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz-kondensat hasilatı, nəqli və emalı zamanı metal avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır.Xəzər hövzəsinin daimi təsiri altında olduğunu nəzərə alsaq, istər iqtisadi, istərsə də ekoloji aspektdən baxdıqda korroziya probleminin həllinin ölkəmizin iqtisadiyyatı üçün prioritet olduğu aydın görünür.İqtisadi itkilərlə nəticələnən korroziya problemləri son 150 ildə tədqiqatçıların diqqətini cəlb etmişdir.


Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə