Азярбайъан Дювлят Нефт Академийасы


Neft və neft məhsulları kəmərlərinin uyğun parametrləri



Yüklə 3,14 Mb.
səhifə7/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   2   3   4   5   6   7   8   9   10   ...   33
ELÇİN qiyabi diplom işi

Neft və neft məhsulları kəmərlərinin uyğun parametrləri.

Cədvəl 1.1.1

Neft kəmərləri

Neft məhsulları kəmərləri

Xarici diametr, mm

İşçi təzyiqi, Mpa

Buraxma qabiliyyəti,mln.t/il

Xarici

diametr,mm

İşçi təzyiqi,

MPa

Buraxma qabiliyyəti,mln.t/il

530

630


720

820


920

1020


1220

5,4-6,5

5,2-6,2


5,0-6,0

4,8-5,8


4,6-5,6

4,6-5,6


4,4-5,4

6-8

10-12


14-18

22-26


32-36

42-50


70-78

219

273


325

377


426

530



9,010,0

7,8-8,5 6,5-7,5 5,5-6,5 5,5-6,5 5,5-6,5



0,7-0,9

1,3-1,6


1,8-2,3

2,5-3,2


3,5-4,8

6,8-8,5



1.2. Tikintinin mürəkkəbliyinə əsasən neft kəməri sahələrinin təsnifi
U yğun konstruktiv variantlar seçilmiş və boru kəmərinin etibarlı istismarı təmin olunmalıdır.Boru kəmərlərinin tikinitsi zamanı yeraltı, yarımyeraltı, yerüstü və yerdən yuxarı sxemlər tətbiq edilməkdədir.


Şəkil 1.2.1. Boru kəmərinin çəkilməsi sxemi

Yeraltı sxemlə çəkiliş ən geniş yayılanı üsuldur (97%). Yeraltı sxemlə çəkiliş zamanı borunun yuxarı doğuranı qruntun gündüz səthində aşağıda yerləşir (şəkil 1.2.1, a)

Yarımyeraltı çəkiliş zamanı borunun aşağı doğuranı qruntun gündüz səthindən aşağıda, yuxarı doğuranı isə həmin səthdən yuxarıda yerləşir (şəkil 1.2.1, b).

Yerüstü çəkiliş sxemində boru kəmərinin aşağı doğuranı qruntun görünən səthi üzərində, yaxud bir qədər yuxarıda yerləşir. Belə çəkiliş sxemində boru kəmərinin üstü ya yerli, ya da gətirmə torpaqla örtülür (şəkil 1.2.1, v).

Yerdənyuxarı çəkiliş sxemində kəmərlər müxtəlif növ dayaq qurğuları üzərində quraşdırılır (şəkil 1.2.1, q).

Tikinti işi başlanmadan öncə inşaat mühəndislərini aşağıdakı məsələlər maraqlandırır.Tikintidə hansı ehtiyatlar (əmək, texniki) tələb olunacaq.Boru kəmərinin layihələndirilməsi zamanı boru kəmərinin tikintisinin mürəkkəblik dərəcəsinin dəqiq müəyyən etmək önəmlidir .

İşin yerinə yetirilməsinin mürəkkəbliyinə əsasən trassın sahələrini 3 kateqoriyaya ayırmaq olar:

I kateqoriyaya – mürəkkəb sahələri, suyun səthində 50m-dən çox oan çay keçidi, sualtı və suüstü sahələri, II və III tipli bataqlıqlar, bərkidilməmiş qumlu təpələr, ayrı-ayrı uzununa mailliyi olan təpələr mailliyi 100 və daha çox olan enişli-yoxuşlu 120 m-dən uzun olan dağ sahələrini, döngəli və ixtiyari maillikli yarğanları, daimi buzlu qruntları aid etmək olar.

II kateqoriyalı sahələrə - səthi 50 m-dən az olan sualtı və suüstü çay keçidləri, bərkidilmiş qumlu təpələr,birinci tipli bataqlıqlar mailliyi 300-yə kimi olan hündürlüklər, dəmir yollarından yeraltı və üstdən keçidlər, uzunluğu 100-dən az olan, mailliyi 300-dən az olan ayrı-ayrı hündürlüklər, yarğanlar aid edilirlər.

Optimal trassın seçilməsi əsas məsələlərdən biridir. Bu zaman bir sıra zəruri məlumatlar toplanmalıdır. İstismara verilən gələcək boru kəməri haqqında məlumat dedikdə, kəmərin tikilməsini və istismarını xarakterizə etməyə imkan verən kompleks məlumatlar və həmçinin dəyər göstəriciləri nəzərdə tutulur. Bu məlumatlardan düzgün istifadə edilmədikdə ən yaxşı trassın itirilməsi baş verə bilər. Ona görə də çox böyük sayda amillərdən layihəçi gələcək trassın baş istiqamətini müəyyən edən ən mühüm amillərini seçməlidir. Sonra isə layihə məsələlərinin ayrı-ayrı xırdalıqları araşdırıldıqda mühüm əhəmiyyət kəsb etməyən, lakin baş trassın ayrı-ayrı hissələrinin istiqamətini dəyişə biləcək faktorların təsiri nəzərə alınır.

Bütün bu məlumatları iki əsas qrupa bölmək məqsədə uyğundur :


  1. Gələcəkdə istismar olunacaq boru kəməri keçəcək yerlərin iqlim, topoqrafik və hidrogeoloji şəraitləri;

  2. Bu müxtəlif şəraitlərdə təyin edilən məlumatlar

I qrup məlumatlara aşağıdakılar aiddir:

- boru kəmərinin başlanğıc və son nöqtələri;

- boru kəmərinin diametri;

- başlanğıc və son nöqtələr arasındakı ən qısa məsafə.

Aşağıdakı şəkildə boru kəmərinin verilmiş nöqtələrinin mümkün birləşdirilmə sxemi verilmişdir (Şəkil 1.2.2 ).

A və D kənar nöqtələrini AD-düz xətti ilə birləşdirmək olar, lakin burada nəzərə alınmışdır ki,qabaqcadan ABCED kənar nöqtələri mövcüd deyil.Trassın seçilməsi üçün belə birləşdirilmə üçün yalnız I qrup məlumatların olması kifayətdir.Çox nadir hallarda şəkildə seçilmiş trass bütün başqa variantlara nəzərən ən ideal olsun.Bu o zaman mümkündür ki,boru kəməri tam düzənlikdən keçsin və bütün trass boyu heç bir süni və təbii maniə olmasın.Bir qayda olaraq həqiqətdə belə şərait olmur.Ona görə də trassın seçilməsi zamanı yalnız birinci qrup məlumatlarla kifayətlənmək olmaz.






Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə