Азярбайъан Дювлят Нефт Академийасы


Şəkil 1.2. 2. Boru kəmərlərinin birləşdirilmə sxemi



Yüklə 3,14 Mb.
səhifə8/33
tarix12.05.2022
ölçüsü3,14 Mb.
#86823
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
ELÇİN qiyabi diplom işi

Şəkil 1.2. 2. Boru kəmərlərinin birləşdirilmə sxemi
II qrup məlumatlara yuxarıdakı və ya digər şəkildə gələcək boru kəmərinin vəziyyətindən və təbii şəraitindən asılı olan göstəriciləri aid edilir. Belə məlumatlara aşağıdakılar daxildir: topoqrafik, geoloji və hidrogeoloji şəraitlər, təbii və süni keçidlər, yaşayış məntəqələri və.s .

Trassın planlı və hündürlük vəziyyətinin formalaşmasında topoqrafik, geoloji və hidrogeoloji şərtlərin həmçinin təbii və süni maniələrin xüsusi əhəmiyyəti vardır. Boru kəmərinin layihələndirilməsi təcrübəsi göstəri ki, əksər hallarda məhz söylədiyimiz amillər həm trassın baş istiqamətini və həm də boruların yerlərdə döşənməsini təyin edir.

Trass boyu yerlərin təbii xüsusiyyətlərinin müxtəlifliyi aşağıdakı qaydada təsnif edilir: düzənliklər, səhralar, bataqlıqlar, daşla donmuş qruntlar, təbii çay maniələri, dağlar.

Trassın seçilməsi və digər məsələlərlə əlaqədar həllər təhlil edilərkən, onun sahəsinin ayrılması məsələsində vahid yanaşmanın olması üçün bu tiplərin hər birinin dəqiq xarakteristikalarını verək.

Düzənlik dedikdə, çox böyük məsafələrdə torpağın səthindəki hündürlüklərə nisbətən olan sahələr nəzərdə tutulur. Düzənlikdə mailliklər 8-100-dən çox olmur. Düzənlik sahələrinin əksəriyyəti kənd təsərüffatı əkinlərindən təşkil olunur. Belə yerlərdə yaşayış məntəqələri daha çox olur.Yararlı sahələrdən çəkilən boru kəmərləri adətən yeraltı sxem üzrə çəkilir. Nəticədə tikinti quraşdırıldıqdan sonra həmin sahələrdən kənd təsərüffatı üçün yenidən isitfadə etməyə imkan verir.

Düzənlik sahələr qruntların tərkibinə görə ayrılan və onların işlənməsinə görə mürəkkəb olan qrunt yatımlarından təşkil olunub. Belə sahələrin tərkibi çox vaxt qum, gil, qumluca, çınqıl, əhəng, dağ qruntlarına az rast gəlirik. Düzənlik sahələrdən çəkilən boru kəmərləri çox vaxt meşələrlə örtülən sahələrdən keçir. Əsasən optimal trassı seçərkən iki növ düzənliyə rast gəlinir: meşəli və meşəsiz.

Meşəli düzənliklər sahələrdə orta irilikdə və orta sıxlıqda meşələr aiddir.

Düzənlikdə boru kəməri çəkilişi zamanı mühüm xüsusiyyətlərindən biri qrunt sularının səviyyəsidir.Qrunt sularının səviyyəsi borunun aşağı doğuranından yuxarıda yerləşərsə, onda həmin səviyyə yüksək hesab edilir. Qrunt sularının səviyyəsini o zaman aşağı hesab edilir ki,onun səviyyəsi borunun aşağı doğuranından aşağıda yerləşsin.

Səhralara yaşayış məntəqələri az olan və yaxud olmayan, iqlimi çox isti olan və bitki örtüyü olmayan yerlər aid edilir. Qruntlarının yuxarı layı tərkibinə görə onlar qumlu, gilli və daşlı növlərinə bölünür.

Qumlu səhralar - hərəkət edən,dəyişməz qumlar və gillərdən ibarət məhdud hissələrlə xarakterizə edilir.

Səhralar həm ağac həm də kol bitkiləri ilə bərkidilmiş olurlar.Bərkidilmiş qumlar-sakit dayanıqlı olduğu halda yerli relyefi dayanıqsız, yəni bərkidilməmiş də ola bilər.

bataqlıqlar 0,5m-dən bir neçə metr qalınlığında torf layi ilə örtülmüş yer səthinin həddindən artıq nəmli sahələrinə deyilir.

Bataqlıq qruntlarının fiziki-mexaniki xüsusiyyətləri çox müxtəlif olur. Belə müxtəliflik təkcə müxtəlif bataqlıqlar üçün deyil, həm də eyni bir bataqlığın müxtəlif sahələrində ola bilər.

Layihələndirilmə və tikinti təcrübəsi göstərir ki, ixtiyari konstruksiyalı torflu bataqlıqların həm üstü və həm də bataqlıqların dibi ilə boru kəmərləri çəkmək mümkündür.

Əbədi donmuş qruntlar - donmuş qruntların xarakterik xüsusiyyəti tərkibində donmuş şəkildə suyun olmasıdır. Belə qruntların həyat layının aşağı hissəsində mövsümi əriyən lay əbədi donmuş sular olur. Dəyişən mənfi və müsbət temperaturların təsiri altında olan su, donmuş qruntların fiziki xüsusiyyətlərinin dəyişməsində əsas rol oynayır. Donmuş qruntların üst layında aşınma, donma, ərimə, nəmliyin dəyişməsi və s. kimi daima dəyişən proseslər baş verir. Bitki layının qalınlığı və tərkibindən, qar örtüyünün qalınlığından, günəşin təsiri müddətindən asılı olaraq həyati layın qalınlığı müxtəlif yerlərdə nəzərə çarpacaq dərəcədə dəyişə bilər. Həyati layın aşağı hissəsində, bərk monolit kütlə şəklində olan və böyük yükə tab gətirə bilən qrunt layı olur. Əgər belə qruntlar temperatur təsirinə məruz qalarsa, onda qrunt əriyir və onun tabgətirmə qabiliyyəti azalır, yən həyati layın tərkibində olan buz əriyərsə, həmin hissədəki qruntun həcmi azalır və müxtəlif ölçüdə çökmə baş verir.

Boru kəmərlərinin çəkilməsi üçün belə sahələrin təsnifini verək: I kateqoriya – çökməyən qruntlar, ərimə zamanı nəzərə çarpmayacaq müntəzəm çökmə verir və boru kəmərinin hesabatında nəzərə alınmır. Bu zaman boru kəmərinin çəkilişi üçün ixtiyari konstruktiv sxemi tətbiq etmək olar.

II kateqoriya az çökən qruntlar, əriyən layın qalınlığının 10% miqdarında çökmə verir, tündra və tündra meşəli yerlər üçün xarakterikdir. Çökmə süzülmə üsulu ilə təyin edilir. Bu zaman yerdən yuxarı və yerüstü sxemləri tətbiq etmək mümkündür.

III kateqoriyabuzla doymuş qruntlar, əriyən layın qalınlığının 11-14%-i qədər çökmə verir. Qruntun çökməsi xüsusi təcrübə vasitəsilə təyin edilir. İstilik izolyasiyalı yastıqlar tətbiq etməklə yerdən yuxarı və yerüstü sxemlərlə kəməri çəkmək olar.

Məlum materialların təhlili, çoxsaylı keçidlərin istismarı təcrübəsindən, su keçidləri aşağıdakı kimi təsnif oluna bilər:

I kateqoriya – Belə sahədə çay yatağının dərinliyə yenidən qurulması 1 m-dən artıq deyil, planlı yenidənqurma isə nəzərə alınmayacaq qədərdir. Yataqda tam deformasiya meydana gələn zaman I kateqoriyalı sahələrdə boru kəmərinin yuyulması baş verir. Belə kateqoriyalı sahələrə eni 50 m-dən az olan kiçik çaylar, lentvari ləklər, orta çaylar və həmçinin dayanıqlı sahili və yatağı olan çaylar aiddir. Sualtı boru kəmərinin yuyulması təhlükəsi o zaman aradan qaldırıla bilər ki, kəmərin basdırılması dərinliyi 1 m-dən çox olur, sahilə kəsim çıxışı 3-5 m olsun.

II kateqoriya Ən böyük dərinlik deformasiyası 2 m-ə planlı deformasiyası 10 m-dir. Bu kateqoriyaya böyük və orta çaylar, lentvari ləklər və oxşar tiplər aid edilir.

III kateqoriya maksimal dərinlik bərpaedilməsi 2 m-ə kimidir, planlı yenidən qurulması isə 100 m-dir. Bu kateqoriyaya kiçik, orta və böyük çaylar, yataq prosesləri məhdud tamamlanmamış, sərbəst əyriliyi olan çaylar, çox sahəli subasarı olan sahələr aiddir. Keçid sahələrinin yuyulması mümkünlüyü böyük təhlükə yaradır. Boru kəməri hidrodinamik axının təsirindən, gəmilərin və başqa növ su nəqliyyatı vasitələrindən zədələnməsi təhlükəsi olur.

IV kateqoriyaBurada xüsusi formalı yataq prosesinə malik çay sahələri aiddir. Belə çaylar aşağıdakılar ola bilər:

- dağ çayları;

- dayanıqsız yatağı olan çaylar.



Dağ sahələri elə yerlər hesab edilir ki, uzununa və eninə mailliklər 100-dən böyükdür. Aşkardır ki, belə ayrılışlar şərtidir, lakin bu imkkan verir ki, boru kəmərinin tikintisi zamanı mexanizmlərin bərkidilməsi tələb olunmadıqda və işlərin yerinə yetirilməsi zamanı maşınların ankerləşdirilməsi lazım gəldikdə ayrılışlar nəzərə alınsın. Üzərində tikinti işləri görülən qruntun növü və onun vəziyyəti, işləyən maşınların sürüşməməsi üçün nəzərə çarpacaq təsir göstərir. Qabaqcadan demək olmaz ki, 200 mailliyi olan yerdə maşınlar ankerləşmə aparılmadan işləyə bilər. Qeyd etmək lazımdır ki,magistral boru kəmərlərinin trassı yerin üfuqlərinə perpendikulyar şəkildə çəkilə bilər.

Layihəni hazırlayan institutlarla birlikdə yerin relyefi, qruntun vəziyyəti, təbii və süni keçidlərin xüsusiyyətlərindən asılı olaraq yerin yuxarıdakı kateqoriyası təyin edilir və bütün tikinti işləri tərtib edilmiş kateqoriyaya əsasən yerinə yetirilir.

Optimal trassın axtarışını aydınlaşdırmaq üçün dioqanalsız düzbücaqlı şəbəkəyə baxaq. Tutaq ki, boru kəmərinin şəbəkənin hər bir diaqanalı üzrə tikilməsi dəyəri hər hansı şərti dəyəri bizə məlumdur.Optimal trassın axtarışı ideyasını aşağıdakı alqoritm şəklində yerinə yetirəcəyik.Birinci addımda bütün mümkün yollar, başlanğıc A-nöqtəsindən başlayaraq diqqətlə nəzərdən keçirilir.Hər bir növbəti addımda həmin zamana kimi olan əvvəlki yolların dəyərini hesablayıb əlavə edirik və eləsini saxlayırıq ki dəyəri ən az olsun. İkinci addımda məhz o yolu davam etdiririk və şəbəkənin bütün istiqamətləri üzrə mümkün yollardan biri qövs seçilir. Bu zaman bir neçə yeni yollar alınır. Bütün mümkün yollardan yenə də ən səmərəlisini seçirik. Əməliyyatı son nöqtəyə çatana kimi davam etdiririk.Xülasə optimal trass məlum olaraq işimizə davam edirik.

Atqı xətti daxil olan optimal trassın axtarışını aşağıdakı ardıcıllıqla yerinə yetirilir (Şəkil 1.2.3.). A və C arasında optimallığı birinci olan trassı tapmaq. Bu prosesdən sonra A ilə C arasında optimallığa görə ikinci olan trassı təyin edirik.Fərz edək ki,ikinci trassın dəyəri, əvvəlcə tapdığımız atqılı trassın dəyərindən çoxdursa, onda axtarış prosesini bitmiş sayılır.Onda optimallığa görə birinci atqılı trass axtarılan hesab edilir.Ən optimal variantda ikinci optimal trass üçün, B-dən başlayan optimal atqı təyin edirik.Axtarış prosesi o vaxta kimi davam edir ki, A ilə C arasında trassın dəyəri, ən ucuz atqılı trassın dəyərini ötməsin.Sonda alınmış ən ucuz atqılı trass axtarılan atqılı optimal trass hesab edilir.





Şəkil 1.2.3. Optimal trassın axtarışı ardıcıllığı

magistral neft kəmərləri çəkilən zaman iki növ maniələrlə rastlaşırıq: təbii və süni maniələr.

Təbii maniələr dedikdə insanın müdaxiləsi olmadan yer səthində yaranmış maniələr nəzərdə tutulur. Süni maniələr isə insan fəaliiyəti nəticəsində yaranmışdır.Təbii maniələrə aşağıdakılar aiddir: çaylar,göllər,nohurlar,əbədi donmuş torpaq, bataqlıqlar və s. aiddir. Süni maniələrə isə yaşayış sahələri, dəmir yolları, şosse yolları, boru kəmərləri, rabitə kabelləri, kanallar, süni su hövzələri və s. aiddirlər.Bildiyimiz kimi, təbii və süni maniələri iki əsas qrupa ayırmaq olar.Birinci qrupa xətti uzanan maniələr aiddir ki,buraya çaylar, yollar, boru kəmərləri kanalları və s. İkinci qrupa yer səthinin böyük bir qapalı sahəsini əhatə edən maniələr daxildir.

Xətti-uzanan maniələr, əgər bu maniələr boru kəməri trassının baş istiqamətinin eni istiqamətində yönəlmişlərsə, onda onları kəsib keçmək lazımdır.


Yüklə 3,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə