73
qanunauyğun olaraq fars və tat dillərində
sil,
sül şəklinə düşmüşdür.
Təsadüfi deyildir ki, tatdilli əhalinin yaşadığı Abşeron, Quba və
İsmayıllı şivələrində
sil, sülüm fonetik variantları Lənkəran və
Masallı rayonu şivələrində
sırd forması qeydə alınmışdır. -
Bacım
dam üstə çıxanda sülümdən yıxıldı (Ab.); Ay uşağ, sırdi gəti görək
(M.); Silimi gətir, dama çıxacam (İ.).
Alınma prosesi yalnız dildə yeni anlayışları ifadə etmək üçün
sözlərin meydana çıxmasına deyil, eyni zamanda müxtəlif məna
çalarlarının və ifadə rəngarəngliyinin artmasına da şərait yaradır. Bu
mənada dialekt və şivələrin lüğət tərkibində İran mənşəli alınma
sözlər omonim, sinonim və antonimlərin yaranmasında fəal iştirak
edir. Onlar əsl Azərbaycan sözləri ilə olduğu kimi öz aralarında da
sinonim, omonim və antonim münasibətlərə daxil olurlar.
3.1. Sinonimlər
Dilin lüğət tərkibini zənginləşdirən söz qruplarından biri kimi
fonetik tərkibcə müxtəlif, məzmunca bir-birinə yaxın məna
çalarlarını ifadə edən sözlər – sinonimlər dildə eyni sözlərin
təkrarına yol vermir və xoşa gəlməyən hər bir ifadəni başqa biri ilə
əvəzləməyə şərait yaradır.
Şərq qrupu dialekt və şivələrində İran mənşəli alınma
sözlərdən sinonimlər müxtəlif səbəb və ehtiyaclardan yaranır. Belə
səbəblərdən biri də həmin ərazidə yaşayan konkret dialekt
nümayəndələrinin müxtəlif etnik qruplarla gündəlik ünsiyyətdə
olmalarıdır. Nəticədə həmin dialekt nümayəndələri ünsiyyətdə
olduqları qeyri-türkdilli qrupların dilindən xeyli leksik material
mənimsəyirlər. «Müxtəlif etnik qruplarla ünsiyyətdə olan yerli
dialekt sahibləri onlarla daha intensiv anlaşmaya nail olmaq üçün
müəyyən məfhumu onların dilindəki sinonimlə işlətməyi etik-
linqvistik zərurət sayır. Təkrar-təkrar baş verən bu proses, nəhayət,
dialektin sinonim cərgəsində əcnəbi sözü fəallaşdırır və sabit-
ləşdirir»
219
.
219
Vəliyeva G.Q. Şərqi Abşeron şivələrində sinonimlər // Türk dillərinin leksik-
morfoloji quruluşu (Elmi əsərlərin tematik məcmuəsi). ADU-nun nəşri, Bakı,
1981, s.106
74
Şərq qrupu dialekt və şivələrində sinonim cərgələrini təşkil
edən sözləri dil mənsubiyyəti baxımından aşağıdakı kimi
qruplaşdırmaq olar:
3.1.1. Azərbaycan və Ġran sözlərinin sinonimliyi
a) Sinonim cərgəsini əmələ gətirən sözlərin biri dialekt, o birisi
ədəbi dildə işlənir.
bəndəm (dial.) ~
saplaq (ədəbi dil)
~ miçə//
müçə (dial.)
sədəf (dial.) ~
düymə (ədəbi dil) ~
pilək (dial.)
tənə ~
sərki (dial.) ~
qaxınc (ədəbi dil)
dəsbəcə (dial.) ~
dərhal (ədəbi dil)
səryan (dial.) ~
mətbəx (ədəbi dil)
b) Komponentlərin hamısı
dialektlərdə işlənir
ücə ~
dümüskil ~ dümbə
çuxur ~ düşbərəxur ~ dəngənə ~ dəmərdə
yovannıq ~ noxarış ~ qafun
gərdə//
gərde ~ pin
3.1.2. Ġran və rus dillərindən alınma sözlərin sinonimliyi
siyəzi//sigezi ~ bardon ~ meşok
bələt ~ dəricə ~ vorota
sərdig ~
krişka
3.1.3. Ġran dillərindən alınma sözlərin sinonimliyi
1.
Fars dilindən
peydəri ~ peşdapeşt ~ peydərpey «fasiləsiz, dalbadal»
sərcam ~ sərpuş ~ sərdik «qapaq»
2.
Fars və tat dillərindən
gavahin (f.) ~
gosun (t.) «xışın ucuna keçirilən iti dəmir»
beybut (f.) ~
gərde//
gorda (t.) «bıçaq növü adı»
lebəleb (f.) ~
sərə (t.) «dolu»
sələ (f.) ~
tasma (t.)
şəbpələ//
şəppərə (f.) ~
şögərd (t.) «gecəquşu»
75
3. Fars və talış dillərindən
balaxana (f.) ~
ləm (tal.)
dəsgirə (f.) ~
şıp (tal.) «səbət»
xışım (f.) ~
mor (tal.) «hirs, qəzəb, acıq»
xanaxarab (f.) ~
kəxərob (tal.) «evi yıxılan»
təkər (f.) ~
tağırsağ (tal.) «dolu»
4. Tat və talış dillərindən
bəğələ (t.) ~
hındıl (tal.) «böyürtkən»
sülüm//
silim (t.) ~
sırd (tal.) «nərdivan»
lağ (t.)
~ hiyə (tal.) «kürək, bel»
tou//
tov (t.) ~
bıxı (tal.) «ocaq, buxarı»
oulə (t.) ~
ovələ (tal.) «çiçək xəstəliyi»
3.2. Omonimlər
Azərbaycan dilinin dialekt və şivələrin lüğət tərkibini
zənginləşdirən leksik kateqoriyalardan biri də omonimlərdir. Şərq
qrupu dialekt və şivələrində omonimlərin yaranmasında İran
mənşəli alınma sözlər də iştirak edir. Qeyd edilən dialekt və
şivələrdə İran mənşəli alınma sözlər iki və daha çox mənaya malik
omonimlər yaradır. Belə sözlərin içərisində fonetik cəhətdən
dəyişikliyə uğramadan Azərbaycan sözləri ilə uyğun gələn leksik
vahidlərə rast gəlindiyi kimi, eyni zamanda təsadüfi olaraq,
tələffüzcə Azərbaycan sözləri ilə səsləşən alınmalar da müşahidə
olunur. Aşağıda omonimlərə aid bir neçə misal verilir.
baca, nəfəslik (Sal.)
ban
dam
arabanın korpusu (C., M., Sal., Y.)
xışın bir hissəsi (B., Q., Ln., Ş.)
bazı//bazu
təpə, dik, hündür yer (Br., Sal.)
bilərzik, qolbaq (İ.)
qaramal
saxlanan yer
binə bünövrə, başlanğıc (Ln., Y.)