172
Onda olan
məlumata görə, qoşun ərzaqsız idi və bitki kökləri ilə dolanırdı.
Belə bir vəziyyətdə, Hüseynqulu xan rusların heç bir təklifini qəbul etmədi.
Hətta qala rəisi ilə danışıqlar da nəticəsiz qaldı (304,311).
Mühasirə uzansa da, qala müdafiəçiləri rus gözətçi məntəqəsinə tez-
tez hücumlar
təşkil etməkdə davam edirdi. Aprelin 29-dan 30-a keçən gecə
İrəvan süvari dəstəsi Zəngi çayından keçən körpünü qoruyan rus gözətçi
dəstəsinə qəflətən hücum etdi. Lakin rus toplarının köməyi ilə hücum
müv
əffəqiyyətsizliyə uğradı və irəvanlılar yenidən qalaya qayıtdı (304,311).
Tez
liklə, Sərdarabad qalasından Həsən xanın başçılığı ilə süvari
dəstəsinin İrəvan qalasına yaxınlaşması xəbəri gəldi. Qala müdafiəçilərinə
kənardan hər cür köməyin rus qoşunu üçün pis nəticə verəcəyini başa düşən
general Benkendorf
Həsən xanı ciddi cəzalandırmağı qərara aldı. Mayın 4-
də baron Frideriksin başçılığı ilə 2 gürcü qrenader alayı, 1 topa malik qara
dəniz alayına məxsus 200 dəstə Həsən xanın süvarilərinin qarşısını almaq
üçün
Gərni çayı tərəfə göndərildi. Lakin Naxçıvana gedən yolda rus dəstəsi
qəflətən irəvanlıların hücumuna məruz qaldı. Qəflətən yaxalanmasına bax-
mayaraq, ruslar qalib
gəldi. Məğlub olan Həsən xan isə dəstəsi ilə Sərdəra-
bada geri
çəkildi (304,313).
Məğlubiyyətə baxmayaraq, dörd gündən sonra Həsən xan mayın 7-də
4 minlik
qoşunla yenidən yürüşə başlayaraq, Zəngi çayının Araza tökülən
y
erdə düşərgə saldı. Bu xəbəri eşidən general Benkendorf qəfl hücumla
Həsən xanın dəstəsini darmadağın etməyə qərara aldı. İlk növbədə poruçik
Koçebu
İrəvan qoşunu haqqında məlumat toplamaq üçün kəşfiyyata
göndərildi. Özü isə mayın 8-də axşam 1200 nəfərlik kazak süvarisi, 1 topa
malik iki b
ölüklə gizli olaraq irəvanlılırın düşərgəsinə doğru hərəkətə
ba
şladı. Rus qoşunu səhər tezdən Zəngi çayının mənsəbinə gəlib çatdı və
qəflətən İrəvan qoşununa hücum etdi. Qəflətən yaxalanmış Həsən xan
dəstəsilə Abaran çayının əks tərəfinə keçməyə çalışdı. Lakin rus dəstələri
onları qabaqlayaraq irəvanlılara böyük itki verdi. Vəziyyətin çıxılmaz
olduğunu başa düşən Həsən xan Sərdarabad istiqamətində geri çəkilməyə
məcbur oldu. Rus qoşunu onları qalanın 25 verstliyinə qədər təqib edir
(416,261). Döy
üş İrəvan qoşunu üçün acınacaqlı qurtardı. Bu döyüşdə
Həsən xanın dəstəsindən 600 nəfər öldürülmüşdü. Ölənlərin arasında Qara-
dağ və Xoydan olan nüfuzlu əyanlar da vardı. Kürd tayfa başçısı Hüseyn
ağa və qarapapaqların rəisi Mürsəl xan itkin düşmüşdü. İrəvan
süv
arilərindən 53 nəfər əsir götürülmüşdü. Onların arasında Hüseynqulu
xanın qaynatası da vardı (304,314-315). Lakin Şerbatov əsərində İrəvan
qo
şunundan 300 nəfərin öldüyünü və yaralandığını, 54 nəfərin əsir
173
düşdüyünü qeyd etmişdi (360,261). Rus qoşunundan isə 2 nəfər ölmüş, 2-si
isə yaralanmışdı (304,314-315).
Zəngi çayı ətrafında məğlubiyyətə düçar olan Həsən xan Araz çayının
cənubunda yerləşən Bəybulaq kəndində düşərgə saldı. O, yerli tayfalardan
süvari
dəstələr toplayaraq qoşununun sayını 5000-ə çatdırdı (416,262).
Məğlubiyyətdən nəticə çıxaran Həsən xan ehtiyatlı hərəkət edirdi. Onun
əmrinə əsasən, ayrumlar İbrahim ağanın başçılığı ilə İrəvandan Hamamlıya
v
ə Bəykəndinə gedən yolu nəzarətə götürmüşdü. Ayrum dəstələri rus
qo
şununu ərzaqdan məhrum etmək üçün taxıl zəmilərini məhv edir və rus
qo
şununa kömək edən erməni kəndlərini qarət edirdi. Eyni zamanda Həsən
xan
hər bir rus əsgərinin başına 100 rubl (10 tümən-E.Q.), xəyanətkar er-
məni başı üçün 50 rubl gümüş pul (5 tümən-E.Q.) vəd etmişdi. Bundan
əlavə, xan qala ilə əlaqə saxlamaq, onları rus qoşununun vəziyyəti ilə
məlumatlandırmaq üçün gizli olaraq adamlarını oraya göndərirdi. V. Pot-
tonun yaz
dığına görə, 2-3 gün ərzində rus əsgərləri qalaya girmək istəyən
yeddi
xəfiyyə yaxalamışdı (304,315).
General Benkendorf H
əsən xanın cəsarətli fəaliyyətini rus qoşunu
üçün qorxulu hesab edirdi. Onun
əmrinə əsasən, bütün süvari dəstəsi
irəvanlıların düşərgəsinə hücum edərək, Həsən xanın qoşununu geri
çəkilməyə məcbur etdi (304,318).
Həsən xanın məğlubiyyəti ilə kənardan hər cür köməkdən məhrum
olan qala
müdafiəçilərinin vəziyyəti də ürəkaçan deyildi və əhali ruhdan
düşməyə başlamışdı. Digər tərəfdən ermənilər xəyanətkar əməllərindən əl
çəkmirdi. Onlar imkan düşdükcə rus qoşununa köməklik göstərirdi. Hətta
qalanın çətin vəziyyətdə olmasından istifadə edən 150 nəfər erməni qaçaraq
rus
qoşununa qoşulmuşdu (5,617). Lakin Hüseynqulu xanın cəsarətli
hərəkətləri qala müdafiəçilərini ruhdan düşməyə qoymurdu. Xan tez-tez
qala
müdafiəçilərini hücuma həvəsləndirməklə, bu çaşqınlığın qarşısını
al
mağa və onları ruhlandırmağa çalışırdı. Onun göstərişi ilə bir dəstə İrəvan
qoşunu iyunun 6-da qaladan çıxaraq «İrakli təpəsi»ndə mövqe tutmuş rus
dəstəsinə hücum etmişdi. Lakin bu cəhd uğursuzluğa düçar oldu (304,319).
Rus
qoşununun vəziyyəti daha acınacaqlı idi. Mühasirənin uzanması,
irəvanlıların güclü müqaviməti, ərzaq çatışmazlığı və havanın isti keçməsi
general Benkendorfun
dəstəsini əldən salmışdı. Ayrı-ayrı çevik dəstələrə
bölünmüş irəvanlıların qəfl hücumları nəticəsində rus qoşunu çoxlu itkilər
verirdi. Bu cür v
əziyyət general adyutant Paskeviçin başçılığı ilə əsas
qüvv
ələrin İrəvana gəlişinə qədər davam etmişdi.
Rus
qoşunlarının ön dəstəsinin acınacaqlı vəziyyətə düşdüyü belə
v
əziyyətdə baş komandan Paskeviçin başçılığı ilə əsas qüvvələrin cənub
Dostları ilə paylaş: |