170
belə tapmadı. Müdafiəçilərin əzimkarlığını görən rus komandanlığı səhəri
günü aprelin 17-
də Eçmiədzinə qayıtmağa məcbur oldu (416,244; 304,305).
Ümid ancaq Qars
paşalığına göndərilmiş rus dəstəsinə qalırdı. Belə
ki, general Benkendorf
Sərdərabada yürüş qabağı knyaz Sevarsamidzenin
başçılığı altında bir batalyon Şirvan alayını, 3 topa malik 2 tiflis bölüyünü
v
ə 1 kazak alayını ərzaq almaq üçün Osmanlı sərhəddinə göndərmişdi.
Arpaçay çay
ı sahilində dayanan Sevarsamidze Qars paşasından ərzaq və
mal-qara almaq üçün icaz
ə istəmişdi. Lakin paşa Ərzurum sərəsgəri ilə
məsləhətləşdikdən sonra knyaza cavab verir ki, o, sultanla əlaqə saxlamadan
onlara icaz
ə verməyə və hər hansı döyüşən tərəfə kömək etməyə hüququ
yoxdur (416,244-245).
Əslində rusların bu planını Hüseynqulu xan
poz
muşdu. Belə ki, knyaz Sevarsamidzenin Arpaçay çayı istiqamətində
y
ürüşünün məqsədindən xəbərdar olan İrəvan xanı Qars və Bəyazid
paşalarına nümayəndə göndərərək onlara bildirmişdi ki, əgər rus qoşununu
ərzaqla təmin etsələr İrəvan xanlığını təhlükədə qoyacaqlar (177,68).
Hüseynqulu
xanın vaxtında gördüyü bu tədbir öz bəhrəsini verdi. Beləliklə,
Osmanlı paşalıqlarından ərzaq almaq ümidini itirən Sevarsamidze dəstəsi ilə
əliboş geri qayıtdı.
Acınacaqlı vəziyyətdə qalan Benkendorfun dəstəsi rus koman-
danlığının səyi nəticəsində tezliklə, ərzaq köməyi ala bildi. Aprelin 23-də
Tiflisdən göndərilmiş ərzaqla dolu araba karvanı düşərgəyə gəlib çatdı.
Lakin bu
ərzaq rus qoşununu yalnız on gün təmin edə bilərdi (416,307).
Beləliklə, müvəqqəti aclıq problemini həll edən general Benken-
dorfun
dəstəsi İrəvan qalasına hücum etməyi qərara aldı. Qalanı mühasirə
etmək niyyətində olan rus qoşunu müxtəlif dəstələrə bölünüb, aprelin 24-də
Zəngi çayını keçərək cənub şərq istiqamətində yürüşə başladı. Bu xəbəri
eşidən irəvanlılar rus qoşununun hücumunun qarşısını yolda ikən kəsməyi
qərara aldı. Aprelin 24-də qaladan çıxan 500 nəfərlik süvari dəstə rus
qo
şununa doğru hərəkətə başlayır. Tərəflər İrəvana yaxın kəndlərdə üz-üzə
gəldi. İrəvan süvarilərinin inadla döyüşməsinə baxmayaraq, daha yaxşı si-
lahlanmış iki gürcü qrenader alayı onları geri çəkilməyə məcbur etdi.
Qalaya y
axınlaşan bu alay onun cənub şərqində yerləşən «Müxənnət təpə»
adlanan
kurqanı ələ keçirdi. Lakin qala müdafiəçiləri onları güclü top
atəşinə tutmaqda davam edirdi.
Hüseynqulu xan rus
qoşunlarının irəlilədiyini görərək qalanın cənub
v
ə şərq qapıları tərəfində yerləşən bağları əldə saxlamaq üçün piyada və
süv
arilərdən ibarət iki sərbaz bataliyonunu oraya göndərdi. Əhalinin mül-
kləri burada yerləşdiyindən bu bağları əldə saxlamaq İrəvan qoşunu üçün
çox vacib idi. Lakin rus
qoşunu irəvanlıları buradan sıxışdırıb çıxarmaq
171
üçün hücuma keçdi. Döy
üş nəticəsində bağlar İrəvan qoşunundan təmizlən-
di.
Məğlub olmuş piyada qoşun yenidən İrəvan qalasına sığınır, süvarilər isə
Naxçıvan yolu ilə geri çəkildi. General Benkendorf iki karabiner alayını
«
Müxənnət təpə»sində, gürcü alayını isə bağlarda yerləşdirərək, özü digər
dəstələrlə qalanın cənub hissəsində düşərgə saldı (416,256; 304,308).
1827-ci il aprelin 25-
də podpolkovnik Aristovun başçılığı ilə «Şirvan
batalyonu»
qalanın qərb tərəfində yerləşən «İrakli təpəsini» ələ keçirərək
burada artilleriya
quraşdırdı. Yerləşdirilmiş toplardan qala güclü atəşə tu-
tulmağa başladı. Bombardıman nəticəsində qala divarına və xanın sarayına
z
ədə dəydi. Lakin top gülləsindən zədələnmiş qala divarı vaxtında müda-
fiəçilər tərəfindən hörüldü (416,256-257; 304,309). Eyni zamanda qala
müdafiəçiləri rus qoşununa dinclik vermirdi. Onlar da qaladan rus
dəstələrini güclü atəşə tuturdu. Günortaya yaxın atəş səngidi, «Şirvan ba-
talyonu»
düşərgəyə qayıdır, mayor Xamutskinin başçılığı altında iki karabi-
ner alay
ı 4 topla «İrakli təpəsi»ndə saxlanıldı (304,309).
İrəvanlılar müdafiyə olunmaqla bərabər, imkan düşən kimi hücuma
da keçirdi. Aprelin 25-
də saat 4-də qala rəisi Cübhanqulu xanın başçılığı ilə
piyada v
ə süvarilərdən təşkil olunmuş qoşun şəhər bağlarında yerləşən
gürcü alay
ına hücum etdi. Qəflətən yaxalanmış alay geri çəkilməli oldu.
Lakin tez
liklə, onlara əlavə kömək gəldi və döyüş yenidən qızışdı. Nəticədə,
qala müdafiy
əçiləri güclü itki verərək geri çəkildi (416,257; 304,309).
İrəvanın şərq tərəfdən şəhər ətrafı hissəsi açıq qalırdı. Burada bazar,
məscid və Zəngi çayına doğru uzanan mülklər yerləşirdi. Aprelin 27-də
şəhərin bu hissəsi də rus qoşunu tərəfindən ələ keçirildi. Beləliklə, həmin
gün
qalanın mühasirəsi başa çatdırıldı (416,258; 304,310).
İrəvan qalası hər tərəfdən mühasirəyə alınmasına baxmayaraq,
irəvanlılar güclü müdafiə olunurdu. Onların inadkarlığını görən general
Benkendorf Hüseynqulu xanla v
ə qala rəisi Cübhanqulu xanla danışıqlara
girməyə məcbur oldu. V. Umudlu əsərində danışıqların Həsən xanla
getdiyini qeyd edir (53,166). Lakin bu vaxt
Həsən xan qalada deyildi və
qalanın rəisi Hüseynqulu xanın qardaşı oğlu və kürəkəni Cübhanqulu xan
idi (17,2; 304,309).
Əvvəlcə general Benkendorf xanı pulla ələ almaq
niyy
ətində idi. Lakin bunun mənasız olduğunu başa düşən general ona şir-
nikləndirici təklif etdi. O, rus komandanlığı adından söz verirdi ki, əgər
Hüseynqulu xan
qalanı könüllü təslim etsə, Rusiya hökuməti onu
v
əzifəsində saxlayacaq və əvvəlki gəliri özündə qalacaqdır. Lakin İrəvan
xanı rus qoşununu ağır vəziyyətdən çıxarmaq üçün generalın danışıqlar
aparmaqla vaxt qazanmaq niyy
ətində olduğunu başa düşürdü. Xan qalanı
mühasirəyə alan rus qoşununun aclıqdan əziyyət çəkdiyindən xəbərdar idi.
Dostları ilə paylaş: |