168
tez
ləşdirmək idi. Rus komandanlığının ermənilər tərəfindən aldadılaraq ər-
zaq
çatışmazlığından ağır vəziyyətə düşdüyünü və onlara olan ümidin boşa
çıxdığını general adyutant Paskeviç də etiraf etmişdi. Onun 1828-ci il noy-
abrın 16-da yazdığı məxfi məktubda Benkendorfun dəstəsinin vəziyyətini
belə təsvir edirdi: «Onu (Benkendorfu-E.T.) müşayət edən arxiyepiskop
Nerses y
ürüşü sürətləndirmək üçün inandırmışdı ki, onun dəstəsi Eçmiədzin
kilsəsində iki aylıq ərzaq ehtiyatı tapacaqdır. Lakin nə orada, nə də bütün
xanlıqda heç bir taxıl ehtiyatı tapılmadı. Nerses tərəfindən aldadılmış bütün
qoşun o dərəcədə aclıq keçirirdi ki, əsgərlər bitki kökləri ilə qidalanmağa
başlamışdı…» (221,259). Daha sonra baş komandan erməni əhalisini qorxaq
v
ə yalançı adlandıraraq, onlara olan ümidin boşa çıxmasından bəhs edərək
qeyd edirdi ki, «ancaq
dağlıq mahalların bir neçə kəndində ermənilər şah
qoşunu əleyhinə silahlı müqavimət göstərməyə cəsarət etmişdilər. İrəvan
xanlığında bir neçə erməni bizim qoşuna qoşulmuşdu. Ümumiyyətlə, bütün
əhali sərdar tərəfindən dağlara köçürülmüşdü. Belə ki, mən onlardan (er-
məni əhalisindən-E.T.) heç bir yardım görmədim» (221,259). Erməni əhalis-
inin y
ardımına bəslənən ümidin boşa çıxması Paskeviçin başçılığı ilə əsas
qüvv
ələrin aprelin 24-ə planlaşdırdığı İrəvan xanlığına yürüşün təxirə
salınmasına səbəb oldu (304,287).
Bacarıqlı, uzaqgörən sərkərdə olan Hüseynqulu xan rus qoşunlarının
tez
liklə İrəvan xanlığına hücum edəcəyini bildiyindən əvvəldən müdafiə
haz
ırlığı görmüşdü. İrəvan qalası daha da möhkəmləndirilmişdi. Bu
məqsədlə ingilis mühəndislərinin məsləhətlərindən də istifadə edilmişdi
(11,173).
Xanın əmri ilə bütün taxıl ehtiyatı kəndlərdən qalaya daşınmışdı.
Qala qarnizonu daha da
gücləndirilmişdi. Dövrün məlumatına görə, təkcə
İrəvan qalasında olan qarnizonun sayı 5000-ə çatırdı. Qalada 26 top yer-
ləşdirilmişdi (185,28). Yerli əhalinin bir hissəsi Arazın cənubuna köçürül-
müş, bir hissəsi əlçatmaz dağlara çəkilmiş, digər hissəsi isə qalalara
sığınmışdı. Xüsusilə, Qırxbulaq və Göyçə mahallarının əhalisi kütləvi
surətdə Arazın cənubuna köçmüşdülər (11,176). Məlumata görə, təkcə
İrəvan qalasına 18 min sakin köçürülmüşdü (416,322). Məhz bu səbəbdən
rus
qoşununun kəndlərdən ərzaq toplamaq cəhdi heç bir nəticə vermədi.
Digər tərəfdən ayrı-ayrı çevik dəstələrə bölünmüş İrəvan qoşunu Benken-
dorfun
dəstəsinə qəfl hücumlar edərək onlara itkilər verirdi (304,300-301).
Erməni əhalisinin xəyanətini dərk edən Hüseynqulu xan Eçmiədzin
ki
lsəsinə qarşı müəyyən tədbirlər görmüşdü. Rus qoşunu gələnə qədər
kilsədə 400 nəfərdən ibarət qarnizon yerləşdirilmişdi. Lakin bu qüvvələr
sonradan geri
çəkilmişdi. Digər tərəfdən kilsədə bir neçə nəfər arximandr və
rahib
saxlanılmış, qalanları qalaya göndərilmişdı. Erməni din xadimlərindən
169
çox az
hissəsi qaça bilmişdi. Kilsədə olan bütün ərzaq ehtiyatı qalaya
da
şınmış, ətrafda yerləşən erməni kəndləri isə tamamilə qarət olunmuşdu
(11,216-217; 416,233).
Bundan
əlavə, Hüseynqulu xan kömək üçün şah sarayına da müraciət
etmişdi. Əvvəlcə şah hökuməti İrəvan qalasını müdafiə etmək üçün hərbi
qüvv
ə göndərməyi qərara almışdı. Lakin Qacar komandanlığının rus qoşun-
larının hücum istiqaməti haqqında məlumatı olmadığından, bütün
qüvv
ələrin bir istiqamətdə cəmləşməsinin əleyhinə olaraq kömək
göndərməmişdi (5,616). Beləliklə, irəvanlılar xanlığı öz qüvvələri hesabına
qorumağa qərara aldı.
Eçmiədzin kilsəsində düşərgə salan rus qoşunu aclıqdan əziyyət
çəkirdi. Bunun qarşısını almaq üçün general Benkendorf Sərdarabad qal-
as
ına hücum etməyi qərara aldı. General İrəvan xanlığının qərb hissəsində
y
erləşən bu qalaya hücum etməklə iki məqsəd güdürdü. Birinci, bu qalanı
tutmaqla burada v
ə onun ətraf kəndlərindən qoşun üçün ərzaq toplamaq,
ikinci, bu hücum
baş tutmadıqda, bu təlabatı Qars paşalığından əldə etmək
ümidində idi (304,302).
Sərdarabad qalası xanlıqda İrəvan qalasından sonra ikinci ən böyük
qala idi. General Benkendorf
Sərdarabad qalasını qəflətən ələ keçirməyi
qərara aldı. O, 1827-ci il aprelin 16-da səhər 5 alay və 4 topla Sərdarabad
qalasına doğru hərəkət etdi. General Benkendorf rus qoşununun hərəkətini
iz
ləyən irəvanlıların diqqətini əsas qüvvələrdən yayındırmaq üçün Şirvan
alay
ının üç bölüyünü İrəvan yoluna göndərdi. Lakin qala müdafiəçiləri rus
qoşununun bu niyyətindən vaxtında xəbər tuta bilmişdi. Sərdarabad qalasın-
dan 10 verst
aralı Həsən xan 1000 süvari dəstəsi ilə rusların ön dəstəsinə
hücum etdi. Döy
üş nəticəsində xanın dəstəsi məğlub olaraq qalaya doğru
geri
cəkildi. Bu döyüşdə irəvanlılardan 100 nəfər ölən və yaralanan olmuş,
İsmayıl xan və kürd Hüseyn ağanın qardaşı oğlu əsir düşmüşdü (416,243).
Onları təqib edən rus qoşunu həmin günü axşam qalaya yaxınlaşdı.
Lakin qala
müdafiəçiləri toplardan atəş açmaqla onlara aman vermirdı.
Plan
ının baş tutmadığını görən Benkendorf qala rəisinin yanına könüllü
təslim olmaq üçün elçi göndərdi. Qala rəisi Benkendorfun bu tələbini rədd
edərək bildirir ki, «qalanı təslim etməkdənsə, onun dağıntıları altında dəfn
olunmasına razı olardı» (304,304-305). İrəvanlılardan rədd cavabı alan
Benkendorf aprelin 16-dan 17-
ə keçən gecə qalanı güclü top atəşinə tutmağa
əmr etdi. Qala toplardan güclü atəşə tutuldu. Lakin qala müdafiəçiləri
ruslara
əks zərbə endirməklə lazımi cavab verirdi. Digər tərəfdən ətraf
kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Hətta rus qoşunu su və odun
Dostları ilə paylaş: |