Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   26   27   28   29   30   31   32   33   ...   99

 
89
aydın büruzə verir. Məhz buna görə  də  bədii mətnin 
adekvat qavranılması üçün modallıq kateqoriyasının 
vacibliyinin təhlili prosesində prosodiyanın aparıcı rolu 
nəzərə alınmalıdır. Elmi mətnlərdə prosodiya, səslənmə 
prosesində intonasiya olmadan da keçinmək olar. Belə 
mətnlərin başa düşülməsi üçün minimal prosodiya sabit 
sintaktik quruluş  və minimal işarələrin köməyi ilə adekvat 
verilə bilər. Bədii ifadə üslubu isə elmi üslubdan bu cəhətə 
görə  kəskin surətdə  fərqlənir. Bədii yazılı  mətn səslənən 
nitqə istiqamətlənir. Burada prosodik vasitələr, intonasiyanın 
müxtəlif məna variantları olmadan keçinmək qeyri-
mümkündür.  
Qeyd etmək lazımdır ki, çox vaxt prosodiya və  tələffüz 
(intonasiya) terminləri sinonim kimi işlədilir. Termin 
dolaşıqlığına yol verməmək üçün tədqiqat işində “prosodiya” 
termini həm sintaktik təzahürlərin, həm də modal məna 
çalarlarının ifadə olunmasına xidmət edən bütün prosodik 
vasitələr kompleksinin - melodika, dinamika, temp, pauza, 
ritm, səsin gücü, tembrin ifadəsi üçün istifadə olunur. 
İntonasiya isə yalnız sitatlarda, başqa müəlliflərin fikirlərinin 
izahında verilir.  
Hər iki dildə subyektiv modallığın ifadə edilməsində 
prosodik vasitələr daha fəal iştirak edir. Aparılmış fonetik 
eksperimentlər göstərir ki, cümlədə modallıq mənalarının 
digər ifadə vasitələri olmadıqda prosodiyanın rolu xüsusilə 
qabarıq nəzərə çarpır.  
Tədqiqatlar göstərir ki, prosodik vasitələrin köməyi ilə 
eyni bir modal ifadədə müxtəlif mənalar ifadə etmək olar.  
Danışanın fikrin məzmununa münasibətini bildirən vasitə 
olmaqla prosodiya struktur-sintaktik və leksik əlamətlər 
olmadıqda, yəni modal mənanın implisit ifadəsi zamanı 
əvəzedici vasitə kimi çıxış edir. Bu zaman prosodiya eyni 
vaxtda struktur və ya leksik əlamətləri tamamlayır və 
bununla modal mənanın eksplisit ifadəsində müşaiyətedici 
vasitə funksiyasını yerinə yetirir. Artıq qeyd olunduğu kimi 
prosodiya istənilən cümləni emosional rəyə çevirə  və ya 
ifadənin eksplisit xarakterini əks istiqamətdə dəyişə bilər.  
Yazılı  mətndə prosodiyanın verdiyi mənanın müəyyən 
olunmasında kontekstin rolu artır. Prosodiya kontekstdə 


 
90
möhkəmlənir və onun köməyi ilə cümlənin obyektiv 
struktur elementi kimi çıxış edir.  
Prosodiyanı araşdırmış bütün tədqiqatçılar dil kollektivi 
təfəkküründə müəyyən semantika ilə müntəzəm uyğunluğu 
olan intonasiya vahidlərini fərqləndirirlər. Bu vahidlər hər bir 
dil üçün spesifikdir və ünsiyyət prosesində hər dəfə yenidən 
kəşf olunmur, dil öyrənilməsi prosesində mənimsənilir.  
Danışanın fikrin məzmununa münasibətini bildirən 
mühüm vasitə olmaqla prosodiya ən xırda modal çalarlar və 
insani hissləri ifadə etməyə qadirdir. Ünsiyyət prosesində 
prosodik vasitələr leksik və qrammatik vasitələrlə müxtəlif 
üsullarla qarşılıqlı  əlaqədə olur və bununla da istənilən fikir 
modal çalarla əhəmiyyətli dərəcədə  zənginləşir. Bu zaman 
modallığın leksik-qrammatik ifadə vasitələri - bir tərəfdən 
prosodik vasitələr, digər tərəfdən öz aralarında tərs 
mütənasib asılılıqda olurlar, yəni biri çox olduqda, digəri az 
olur və  əksinə. Araşdırmalar göstərir ki, leksik-qrammatik 
cəhətdən ikimənalı olmayan mənaların xüsusi prosodik 
vasitələr kompleksi ilə tərtib olunmağa ehtiyacı yoxdur, lakin 
fikirdə müəyyən modal münasibət olduqda və o, leksik-
qrammatik vasitələrlə ifadə olunmadıqda prosodik vasitələr 
zəruri olur.  
Frazaların prosodik quruluşu üzrə  hər bir eksperimental-
fonetik tədqiqatın son məqsədi bu və ya digər mənanın 
ifadə olunmasına  şərait yaradan relevant əlamətlərin 
müəyyən edilməsi olmalıdır. Bir sıra hallarda frazaların 
leksik-qrammatik tərkibinin və prosodik quruluşunun 
uyğunsuzluğu müşahidə olunur, yəni frazanın prosodik 
quruluşu fikrin leksik-qrammatik məzmunu ilə ziddiyyət təşkil 
edir.  
Modal mənaların ifadə olunması fikrin mənaca hissələrə 
bölünməsi vasitəsi ilə verilə bilər: gizli məna yarandığı 
hallarda bunu daha aydın görmək olar. Bölünmənin  əsası 
kimi məna vacibliyinə fikrin “verilmişdən” “yeniyə” doğru 
hərəkəti daxildir. Məlumatda “yeni” həmişə  ən vacib olmur. 
Frazanın yeni heç nə bildirməyən hissəsi daha vacib ola 
bilər. Fikirdə vaciblik dərəcəsinin ifadə olunması zamanı 
yalnız prosodik göstəricilər deyil, modal mənalar ifadə 
olunmasında geniş  tətbiq olunan leksik-əlamətlər də 


 
91
əhəmiyyət kəsb edir. Məna bölünməsi prosodik 
göstəricilərin digər dil səviyyələri göstəriciləri ilə necə 
əlaqədə olduğunu göstərə bilər. Rəvan və ritmik baxımdan 
kamil nitq üçün onun təbii olaraq parçalandığı sintaqmların 
xarakteri (sintaqmda vurğulu və vurğusuz hecaların 
növbələnməsi) böyük əhəmiyyət daşıyır. Bədii mətn üçün 
müxtəlif uzunluqlu sintaqmların heç bir ardıcıllıq 
gözlənilmədən növbələnməsi çox səciyyəvidir.  
Modal mənaların ifadəsində pauzalar (fasilə) də  fəal 
iştirak edir. Bədii üslubda bu prosodik vasitədən çox geniş 
istifadə olunur. İngilis və Azərbaycan dillərində  əvəzlik və 
önlüklər pauza ilə ayrılır.  
Azərbaycan dilində sual cümlələrinin intonasiya 
xüsusiyyətlərinin eksperimental-fonetik üsulla tədqiqi 
sahəsində müəyyən işlər görülmüş  və bir sıra mühüm elmi 
nəticələr  əldə edilmişdir. S.Babayevin “Müasir Azərbaycan 
dilində feli bağlama tərkibli sadə nəqli cümlələrin intonasiya 
xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası  və 
A.Axundovun “Azərbaycan dilinin fonemlər sistemi” adlı 
monoqrafiyasında  əldə olunmuş  nəticələrə  əsaslanmaqla 
C.Axundov M.Torez adına Moskva Pedaqoci Xarici Dillər 
İnstitutunun Eksperimental Fonetika və Nitqin Psixologiyası 
laboratoriyasında geniş  təcrübələr aparmış, sual cümlə-
lərinin eksperimental-fonetik səciyyəsini verməyə müvəffəq 
olmuşdur [4; 15; 6].  
Osilloqraf yazılarının təhlili zamanı C.Axundov aşağıda-
kıları müəyyənləşdirmişdir: kompleks səs yazısı  əsasında 
periodlar  şəklində bir-birindən fərqlənən ayrı-ayrı  səslər və 
onların sərhədləri; xüsusi vaxt göstəricisinin köməyi ilə  hər 
bir səsin millisaniyələrlə  tələffüz müddəti; rəqs tezliyinin 
herslərlə hesablanması, bununla bir saitin səs tonunun 
səviyyəsi; rəqs amplitudalarının həcmi  əsasında hecaların 
şərti intensivliyi; əsas tonun istiqaməti; sintaqmlararası 
fasilələr.  
Beləliklə, ilk dəfə olaraq sual cümləsinin bir kommunikativ 
tipinin başqa bir kommunikativ tipindən nə ilə  fərqləndiyini, 
nəqli və  əmr cümlələrindən hansı intonasiya xüsusiyyəti ilə 
xarakterizə edildiyini müəyyənləşdirmək mümkün olmuşdur 
[6, s.169].  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə