Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   29   30   31   32   33   34   35   36   ...   99

 
99
olur və sürətli templə, qeyri-əminliklə söylənilən fikirlərdə 
isə - əsas tonun aşağı yüksələn hərəkəti ilə tələffüz edilir.  
 
2.1.7.  İngilis və Azərbaycan dillərində  tərkibində ara söz 
və söz birləşmələri olan frazaların prosodik quruluşu.  
Ara söz və söz birləşmələrinin  əsas rolu fikrin 
aktuallaşdırılması, temp və ritmin fərqləndirilməsi, eləcə  də 
kommunikativ  əhəmiyyətli hissələr arasında  əlaqənin təmin 
olunmasından ibarətdir.  
Ara elementlər arasında fikrin funksional perspektivinə 
əhəmiyyətli təsir göstərən bir sıra söz və söz birləşmələri 
vardır. Bu, onunla bağlıdır ki, onların leksik mənasının özü 
motivizasiya xassəli - yəni məlumatlılıq baxımından 
əhəmiyyətli hissələri qeyd etmək xüsusiyyətli olur ki, bu da 
prosodiyada əks olunur: ara element də, rema da azaldılmış 
templə  tələffüz olunur, ara elementin yekun hissəsində 
yüksək azalan ton olur.  
Ara elementlərdən istifadə edərkən danışan pauza edir.  
Yazılı nitqdə prosodik vasitə rolunu müəyyən mənada 
durğu işarələri yerinə yetirir.  
Tədqiqatlar göstərir ki, ingilis və Azərbaycan dillərində 
yazıda  əlavələr ya vergüllə  fərqləndirilir, ya da qrafik 
baxımdan qeyd olunmur. Yazılı  mətnlərin  şifahi formada 
verilməsi zamanı  əlavələri fərqləndirən vergüllər heç də 
həmişə pauza şəklində prosodik ifadə olunmur.  
Müasir ingilis dilində yazıda  əlavə olunan hissədəki 
məlumatın ikinci dərəcəli olmasını, onun əhəmiyyətsiz, az 
əhəmiyyətli olduğunu bildirmək üçün mötərizə ilə qeyd 
edirlər.  Şifahi nitqdə belə  əlavələr aşağı diapozonla, aşağı 
səs gücü ilə, oxucunun diqqətini cəlb etmək üçün xüsusi 
fərqləndirilməli olan əlavələr isə sürətli templə tələffüz edilir. 
Tire arasında verilən  əlavələr  şifahi nitqdə “ritorik” tonla 
tələffüz edilir.  
Azərbaycan dilində  əlavələr yazıda vergüllə  fərqləndirilir. 
Şifahi nitqdə bu əlavələr dar diapozonda, aşağı səs gücü ilə 
və zəiflədilmiş templə tələffüz edilir.  
Hər iki dildə  əlavələr, bir qayda olaraq, əsas mətndən 
prosodik cəhətdən fərqləndirilir.  


 
100
Əlavələr, bir qayda olaraq, bütün fikirlə müqayisədə 
dar diapozonda, aşağı  səslə  və  zəiflədilmiş templə  tələffüz 
edilərək ayrıca bir sintaqm təşkil edirlər.  
Belə prosodik vasitələr kompleksi fikrin, ifadənin 
tərkibində, deməli daha ümumi şəkildə  hər hansı bir modal 
mənanın olduğunu göstərir, lakin ümumilikdə bu prosodiya 
ara söz və söz birləşmələri ilə ifadə olunan modal mənaların 
verilməsinə  nəinki  şərait yaradır,  əksinə imkan vermir. 
Burada prosodiya yalnız ifadədə ara element olması faktının 
özünü göstərməklə qrammatik funksiya yerinə yetirir və 
beləliklə,  əlavənin modal mənasını ön plana çəkərək 
prosodiya həmin modal məna ifadə olunmasına 
münasibətdə neytral qalır. Həmin fikirlərdə prosodiya 
ifadənin müvafiq hissələrinin  əlavə olunma xassəsini 
göstərir, yəni sintaktik funksiya yerinə yetirir.  
Sintaktik prosodiya, beləliklə,  əlavənin  əsas leksik 
mənasının realizasiyasına şərait yaradır.  
Çox vaxt sintaktik prosodiya modal mənaların digər ifadə 
vasitələri ilə qarşılıqlı  əlaqəli olur. Prosodiya onu 
gücləndirərək, ya bu və ya digər dərəcədə  dəyişdirərək 
istənilən modal mənanın ifadə olunmasını təmin edir.  
Bu situasiyada prosodiya yardımçı rol oynayır, yaxud 
qətiyyətsizlik, təhkiyəyə müəllifin cəlb olunması  və s. kimi 
digər modal mənaların ifadə vasitəsi olur. Bu kateqoriya 
üzrə fikrin müxalifliyinə  tərkibində cümlə  mənalı ara 
elementlər olan fikirlərin, ifadələrin xüsusi prosodik 
quruluşundan istifadə edilməklə nail olunur.  
I think perhaps I should have made a show of the 
indignation I really feet… (S.Maugham, “The Moon and 
Sixpence”, p.63).  
Məsələ  sən deyən kimi deyil, bəlkə  mən deyən kimidir 
[11, s.245]. 
“Perhaps”, “bəlkə” ara sözlərinin leksik mənası ilə ifadə 
olunan cümlələrin mənası bu sözlərin prosodik 
fərqləndirilməsi ilə güclənmiş olur. Ara sözlər və söz 
birləşmələri fikirdə başlanğıc mövqedə dururlarsa azalan 
tonla tələffüz edilir və  əsas tərkibdən pauza ilə (yazıda 
vergüllə) ayrılırlar.  


 
101
Əminlik/qətiyyət modal mənaları hər iki dildə, bir qayda 
olaraq, orta diapozon, orta və ya yüksək ton səviyyəsi, 
azalan ton hərəkəti, orta və ya güclənmiş  səs, orta və ya 
sürətli tələffüz tempinin vəhdəti ilə ifadə olunur.  
Certainly, are you alone?” (S.Maugham, “The Moon and 
Sixpence”, p.56).  
Əlbəttə bədnəzər var oynamasın (Q.Zakir) [12, s.263]. 
Qeyri-əminlik və ya qətiyyətsizlik orta diapozon, orta və 
ya aşağı ton səviyyəsi, aşağı yüksələn və ya azalan-
yüksələn ton, aşağı salınmış  səs və  zəiflədilmiş temp 
kompleksi ilə ifadə olunur.  
But if the difference in tallies turned out to be a clerical 
error – as it might - the D.T.M. would roast him alive (Arthur 
Hailey, “Airport”, 257).  
Mən biləsi (mən bilən) dünyada şəxs gərək elə bir iş 
tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun 
(C.Məmmədquluzadə) [11, s.271]. 
Bu misallarda əlavələr üçün prosodik quruluşun yüksələn 
tonundan istifadə olunması müəllifin fikrə  qətiyyətsizlik 
vermək səyini göstərir.  
Beləliklə, kommunikativ-dinamik sintaksis baxımından ara 
elementləri hər iki dildə fikrin kommunikativ əhəmiyyətli 
hissələr ardıcıllığının müəyyən edilməsində, tema və 
remanın fərqləndirilməsində mühüm rol oynayır.  
Əlavəni fərqləndirmək, dinləyicinin diqqətini ona 
yönəltmək üçün danışan 
şifahi nitqdə tembr 
sintaktikasından istifadə edir.  
 
2.1.8.  İngilis və Azərbaycan dillərində  tərkibində modal 
fellər olan frazaların prosodik quruluşu.  
Tərkibində ingilis dilində  “must, ought to, should” modal 
fellərin məsdərlə birləşməsi, Azərbaycan dilində  -dır/-dir 
modal suffiksinin indiki, keçmiş  və ya gələcək zaman feli 
sifəti və  əsas felin şərt formasının  “gərək”  modal feli ilə 
birləşməsi olan və əsaslılığına danışanın kifayət qədər əmin 
olduğu güman mənasını bildirən frazaların prosodik 
quruluşu üçün bunlar səciyyəvidir: ingilis dilində - ilk 
vurğusuz heca - rəvan və ya azalan ton, ilk vurğulu heca - 
yüksələn və ya yüksələn-azalan ton, Azərbaycan dilində - 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə