Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   37   38   39   40   41   42   43   44   ...   99

 
123
iki və daha artıq vasitə ilə ifadə olunduğunu qeyd etmişdir 
[158, s.3].  
Bizim  əlimizdə olan materiallar içərisində elə misallara 
təsadüf edirik ki, onlarda bir yox, iki modal söz işlənir. 
Məsələn: 
But I thought you’d better be warned because they’ll 
probably want to see you, and maybe someone from the 
FAA (Arthur Hailey, “Airport”, 224) 
“Ona görə, sizi xəbərdar etməyi lazım bildim, çünki onlar, 
yəqin ki, sizinlə, həm də federal aviasiya idarəsinin 
nümayəndələri ilə görüşmək istəyəcəklər” (Artur Heyli, 
“Aeroport”, 207) [Amma mən düşündüm ki, siz yaxşı olardı 
ki, xəbərdar olaydınız (ediləydiniz), çünki onlar ehtimal ki, 
(yəqin ki), sizi və ola bilsin ki (ola bilər ki), FAİ-dən kimi isə 
görmək istəyirlər (istəyəcəklər)].  
Perhaps – Ola bilsin ki, mümkündür ki, bəlkə 
Həmin modal söz və onun Azərbaycan dilindəki 
qarşılıqları imkan, mümkünlük mənaları bildirir. Onlar 
cümlənin  əvvəlində, ortasında və axırında işlənir. Qeyd 
etmək lazımdır ki, Azərbaycan dilində həmin modal mənada 
olan sözlər cümlənin axırında məhdud  şəkildə  işlənir və 
bütün bu qəbildən olan misallarda onlar əlavə söz səciyyəsi 
daşıyır. Bunu da nəzərə almaq vacibdir ki, cümlənin 
ortasında işlənən modal söz olduqca müxtəlif səciyyəli 
cümlə quruluşlarında özünü göstərir. 
Perhaps – cümlənin başında 
Həmin mövqedə  perhaps modal sözü üçün ən çox 
yayılmış funksiya danışanın öz fikrini güman (zənn), 
mümkünat şəklində verməsi ilə bağlıdır. Məsələn: 
Perhaps it is the only intelligent thing I have done tonight 
(Arthur Hailey, “Airport”, 324) 
O da ola bilər ki, bu, mənim bu axşam  ərzində atdığım 
ən ağıllı addımdır” (Artur Heyli, “Aeroport”, 297) [(Ola bilər 
ki, bu mənim bu axşam (gecə) etdiyim ən ağıllı şeydir)]. 
Perhaps I should come back (Arthur Hailey, “Airport”, 
286) 
Bəlkə, bir az sonra gəlim? (Artur Heyli, “Aeroport”, 261) 
[Ola bilsin ki, (bəlkə də) mən geri qayıtmalıyam]. 


 
124
Perhaps Natali had finally lost heart (Arthur Hailey, 
“Airport”, 151) 
Görünür, Natali də cana doymuşdu” (Artur Heyli, 
“Aeroport”, 82) [Ola bilsin ki, (bəlkə də) Natali də artıq cana 
doymuşdu]. 
Perhaps cümlə başında işlənərkən təkcə danışanın öz 
fikrinə münasibətini deyil, danışanın başqasının 
davranışına, eləcə  də onun nitq davranışına münasibətini 
bildirir. Məsələn:  
Perhaps, it comes from being married (Arthur Hailey, 
“Airport”, 151) 
“Görünür,  ərdə olmağınızın sayəsindədir” (Artur Heyli, 
“Aeroport”, 14) [Ola bilsin ki, bu Sizin ərdə olmağınızdan 
(irəli) gəlir]. 
Perhaps you’d better tell me exactly what you mean 
(Arthur Hailey, “Airport”, 71) 
Bəlkə, mənə  dəqiq izah edəsən ki, nəyi nəzərdə 
tutursan?” (Artur Heyli, “Aeroport”, 70) [Bəlkə, mənə əməlli-
başlı (düz-əməlli) deyəsən ki, nəyi nəzərdə tutursan (nə 
demək istəyirsən?)]. 
Cümlə başında gələn  perhaps modal sözünün daha bir 
işlənmə mövqeyi ilə rastlaşırıq. O yenə  də danışanın öz 
fikrinə münasibətini bildirir, amma bununla yanaşı, müəllif 
nitqi ilə  də müşayiət olunur. Müvafiq cümlə quruluşu 
etibarilə tamamlıq budaq cümləsi tabeli mürəkkəb cümlənin 
dəyişdirilmiş formasıdır ki, burada baş cümlə budaq 
cümlədən sonra gəlir və ona münasibətdə  əlavə cümlə 
rolunda çıxış edir. 
Qeyd etməliyik ki, həmin cümlə tiplərinin hər ikisini 
Azərbaycan dilində vermək olur, ancaq bu dil üçün 
tamamlıq budaq cümləli mürəkkəb cümlə tipi daha 
səciyyəvi, daha təbii səslənir. Aşağıdakı cümlənin 
tərcüməsində məhz bu üsuldan istifadə olunmuşdur. 
Perhaps it was well, Mel thought, as he rode the elevator 
down again (Arthur Hailey, “Airport”, 20) 
“Eskalatorla aşağı  mərtəbəyə düşən Mel fikirləşirdi ki
bəlkə  də, belə yaxşıdır” (Artur Heyli, “Aeroport”, 19) [Ola 
bilsin ki, bu, necə lazımdır, elədir, - Mel təzədən eskalatorla 
aşağı düşə-düşə düşünürdü]. 


 
125
Perhaps cümlənin ortasında 
Cümlənin ortasında işlənən  perhaps modal sözü 
cümlədüzəltmə baxımından olduqca müxtəlif vəzifələr 
daşıyır. Bura cümlənin sadəmi, mürəkkəbmi olması ilə 
əlaqədar keyfiyyətlər də  əlavə olunur. Müvafiq cümlə 
tiplərindən aşağıdakıları qeyd edə bilərik. 
a)  perhaps modal sözü sadə cümlənin tərkibində  işlənir. 
Bu zaman modal söz ya zaman zərfliyi, ya da mübtədadan 
sonra gəlir. Aydın məsələdir ki, həmin linqvistik şəraitdə 
modal sözün əsas vəzifəsi cümlədə özündən sonra gələn 
mətn parçasında yaxud cümlə üzvündə ifadə edilən fikrə 
münasibət bildirməkdir. Məsələn: 
One reason, perhaps was that the traffic load was less 
than usual, due to the exceptionally clear weather (Arthur 
Hailey, “Airport”, 198) 
“Əsas səbəblərdən biri, görünür, o idi ki, bu cür qeyri-adi 
təmiz səmada uçuşlara nəzarət xeyli azalmışdı” (Artur Heyli, 
“Aeroport”, 119) [Bir səbəb ola bilsin ki, o idi ki, daşınan yük 
adətən olduğundan az idi; bu isə müstəsna dərəcədə aydın 
(ayaz?) hava ilə bağlıdır]. 
Even now perhaps, it was not too late (Arthur Hailey, 
“Airport”, 299) 
Bəlkə, heç indi də gec deyildi” (Artur Heyli, “Aeroport”, 
274) [Hətta indi də, ola bilsin ki, gec deyildi]. 
Deməliyik ki, perhaps modal sözünün zaman zərfliyi ilə 
qeyd olunan struktur münasibəti heç də mütləq xarakter 
daşımır.  Perhaps sözü, zaman zərfliyi də daxil olmaqla, 
bütün cümləyə də aid ola bilir. Məsələn: 
Elliot Treemantle snapped, “Perhaps at the other time 
there was not enough plain speaking (Arthur Hailey, 
“Airport”, 299) 
“Eliot Frimantl mızıldandı: “Deməli, əvvəlki görüşlərimizdə 
açıq söhbətimiz olmayıb” (Artur Heyli, “Aeroport”, 273) 
[…Yəqin ki (ola bilsin ki), başqa vaxt kifayət qədər açıq 
söhbətimiz olmayıb]. 
b)  perhaps modal sözündən mürəkkəb cümlələrdə  də 
geniş surətdə istifadə olunur. Mürəkkəb cümlələrdə  həmin 
söz tərkib hissələrinin sərhəddində (daha dəqiq desək, aid 
olduğu nitq hissəsinin başında) gəlir. Məsələn: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə