Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   34   35   36   37   38   39   40   41   ...   99

 
114
Heç  şübhəsiz, çovğunun və  nəqliyyatın çoxluğu 
ucbatından beləydi” Arthur Hailey, “Airport”, 239) [heç 
şübhəsiz, səbəb nəqliyyat və çovğunda idi]. 
No doubt modal sözü təklikdə  işləndiyi kimi, to have feli 
ilə  tərkib  əmələ  gətirməklə  də  işlənə bilir. Həmin üsul 
Azərbaycan dilinə  də yad deyil. Biz həmin modal sözə aid 
verdiyimiz birinci nümunənin tərcüməsində  şübhə yoxdur 
ifadəsindən istifadə etmişik. Həmin yoxdur ifadəsi semantik 
fon kimi vardır ifadəsini tələb edir. 
No doubt modal sözü to have feli ilə birlikdə işləndikdə də 
ona azərbaycanca  şübhə yoxdur modal birləşməsi müvafiq 
gəlir. Nəzərə almaq lazımdır ki, bu zaman şübhə sözü şəxs 
şəkilçisi ilə işlənir. 
So I have no doubt that you are licensed to taxi airplanes 
(Arthur Hailey, “Airport”, 321) 
“Deməli,  heç  şübhə yox ki, yerüstü manevrlər etməyə 
Sizin icazəniz var” (Artur Heyli, “Aeroport”, 3) [Beləliklə, 
mənim  heç bir şübhəm yoxdur ki, (yerdə) təyyarə sürməyə 
Sizin icazəniz var”]. 
Of course – Əlbəttə 
Həmin modal söz cümlənin başında, ortasında və 
sonunda gələ bilir. O, cümlənin başında və sonunda 
gələrkən bütövlükdə cümlənin ümumi məzmununa, 
cümlənin ortasında gələndə isə özündən sonra gələn 
hissəyə aid olur. Həmin halları konkret misallar əsasında 
nəzərdən keçirək. 
Of course cümlənin başında: 
Of course, I’l help (Arthur Hailey, “Airport”, 235) 
Əlbəttə, kömək edərəm” (Artur Heyli, “Aeroport”, 217). 
Of course, the flight might be full (Arthur Hailey, “Airport”, 
233) 
Əlbəttə, təyyarə tamamilə dolu ola bilər” (Artur Heyli, 
“Aeroport”, 216). Burada tamamilə sözü artıqdır, amma 
modallığa isti-soyuğu yoxdur. 
Of course, there might be no connection (Arthur Hailey, 
“Airport”, 313) 
Əlbəttə, olsun ki, bunların bir-birinə heç bir zidiyyəti yox 
idi” (Artur Heyli, “Aeroport”, 287) [Əlbəttə, burada (bunlar 
arasında) heç bir əlaqə (rabitə, bağlılıq) olmaya bilər]. 


 
115
Gördüyümüz kimi, of course modal sözünün 
Azərbaycan dilində müqabili olaraq hər yerdə  əlbəttə sözü 
çıxış edir. Bu iki söz istər semantik, istərsə  də qrammatik 
(sintaktik) baxımdan bir-birinə müvafiq gəlir. Bununla belə, 
yuxarıda da qeyd etdiyimiz kimi, ingilis dilində  of course 
modal sözünün mənsub olduğu dil sistemində  fəal surətdə 
işlənən qohum kökü (sözü) vardır:  course. Bu isə  həmin 
modal sözün işlənməsindən ötrü semantik fon təşkil edir. 
Daha bir misal: 
Of course, Freemantle realized, this whole proceeding 
was cust an exercise in semantics (Arthur Hailey, “Airport”, 
301) 
Əlbəttə, Frimantl orasını da başa düşürdü ki, bu təkcə 
gəlişigözəl söz güləşdirməkdir” (Artur Heyli, “Aeroport”, 275) 
[Əlbəttə, Frimantl aydın başa düşürdü ki, bütün proses 
semantika təmrinidir (söz güləşdirməkdir)]. 
Of course cümlənin ortasında: 
At the moment, of course, she had no idea what he was 
talking about (Arthur Hailey, “Airport”, 353) 
“Hələlik isə, qarı,  əlbəttə, baş açmırdı ki, kişi nəyə  işarə 
edir” (Artur Heyli, “Aeroport”, 323) [Bu anda, əlbəttə, o 
(qadın, qarı) təsəvvür etmirdi ki, o (kişi) nə deyir]. 
Verilən nümunədə  of course modal sözü cümlənin 
ortasında gəlsə  də, həmin məqamda onun rolu cümlə 
başındakının eynidir. İş burasındadır ki, at the moment 
ifadəsi zaman zərfliyi olub, özünə modal münasibət tələb 
etmir. 
My late husband would have so encoyed meeting you, 
though,  of course you are very much younger (Arthur 
Hailey, “Airport”, 296) 
“Kaş, mənim rəhmətlik  ərim Sizi tanıyaydı, ancaq Siz, 
əlbəttə, ona nisbətən çox cavansınız” (Artur Heyli, 
“Aeroport”, 271) [Mənim mərhum  ərim Sizi görsəydi, elə 
məmnun olardı ki, çox da Siz, əlbəttə, (ondan) xeyli 
cavansınız]. 
Bu cümlədə isə  vəziyyət tamamilə bu dilin sintaktik 
normalarına müvafiqdir. Burada of course modal sözü məhz 
cümlənin ikinci hissəsində ifadə olunan fikrə münasibət 
bildirir. 


 
116
Demək lazımdır ki, həmin cümlənin azərbaycanca hər 
iki tərcüməsində, onlar arasındakı bütün fərqlərə 
baxmayaraq, həmin vəziyyət düzgün ifadəsini tapmışdır. 
It was strange, of course, that this man was going 
overseas without money (Arthur Hailey, “Airport”, 242) 
“Çox qəribəydi,  əlbəttə, cibində bir qəpiyi olmayan bu 
adam okeanın o tayına uçur” (Artur Heyli, “Aeroport”, 224). 
Burada istər  əlbəttə sözünün cümlədə mövqeyi, istərsə 
də  mətnin ümumi məzmunu oricinala tam müvafiq gəlir. 
Bununla belə, həmin cümlə Azərbaycan dilinin qrammatik 
normaları baxımından qaneedici deyil. Biz belə hesab edirik 
ki, həmin cümləni daha səlis  şəklə salmaq üçün 
aşağıdakılara əməl etmək lazımdır: 
a) ya əlbəttə sözündən sonra iki nöqtə  işarəsi qoyub, 
qalan hissəni olduğu kimi saxlamaq; 
b) ya da cümlədə daha əsaslı struktur və semantik 
dəyişikliklər etmək. 
İkinci tələbə uyğun olaraq, biz aşağıdakı  tərcüməni 
təqdim edirik: Əlbəttə, qəribəydi ki, bu adam pulsuz dənizin 
(okeanın) o tayına gedir. 
Əlbəttə modal sözünü oricinalda olduğu kimi işlətmək ona 
görə mümkün deyil ki, həmin mətn mürəkkəb cümlə 
quruluşundadır:  Qəribəydi ki – baş cümlə, qalan hissə 
mübtəda budaq cümləsidir. Azərbaycan dilinin sintaktik 
qaydalarına görə isə, baş cümlə ilə ona aid olan mübtəda 
budaq cümləsi arasında kənar söz işlənə bilməz. 
Of course modal sözü cümlənin axırında da işlənir: 
My ticket? Why, of course (Arthur Hailey, “Airport”, 350) 
“Mənim biletimə? Ah, əlbəttə, olar” (Artur Heyli, 
“Aeroport”, 320) [Mənim biletimə? Əlbət ki!]. 
Burada  why  və  of course ifadələrinin semantik-sintaktik 
vəzifələri qovuşur və  tərcümədə onlara ayrı-ayrı müqabillər 
tapmaq vacib deyil. Ah nidasının mətnə daxil edilməsi isə 
mətləbə o qədər də aydınlıq gətirmir. Həmin mətndə 
diqqətəlayiq cəhətlərdən biri də odur kiof course modal 
ifadəsinin işləndiyi cümlə özündən qabaqkı cümlədə ifadə 
olunan fikrə münasibət bildirir. 
I’m not speaking officially of course (Arthur Hailey, 
“Airport”, 305) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə