Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   35   36   37   38   39   40   41   42   ...   99

 
117
“Mən,  əlbəttə, heç bir bəyanat vermirəm (Artur Heyli, 
“Aeroport”,280) 
Bu nümunədə of course modal sözü əsas cümləyə əlavə 
kimi çıxış edir. Tərcümədə onun yeri bir qədər qabağa 
çəkilmişdir (mübtədadan sonraya). Bundan irəliki cümlənin 
tərcüməsində buna oxşar hadisə ilə qarşılaşırıq. Bu o 
deməkdir ki, Azərbaycan dili üçün əlbəttə modal sözünün 
cümlənin sonunda işlənməsi o qədər də səciyyəvi deyil. 
Bütün bu deyilənləri nəzərə almaqla, biz həmin cümləni 
azərbaycanca bu cür verə bilərik: Mən rəsmi (olaraq) 
danışmıram, əlbət ki
Aşağıda verəcəyimiz cümlədə  də  vəziyyət eynilə bunun 
kimidir: 
He fiddled a little himself, though not professionally, of 
course (Arthur Hailey, “Airport”, 295) 
“O özü də az-maz skripkada çalırdı, ancaq, əlbəttə, 
professional deyildi” (Artur Heyli, “Aeroport”, 270) [O özü 
üçün bir az skripkada çala bilirdi, hərçənd professional 
(səviyyədə çalmırdı), əlbət ki]. 
In fact – “faktiki olaraq, əslində, kor-kor, gör-gör” 
In fact modal sözü indeed sözü ilə sinonimlik 
münasibətində olub, onunla müqayisədə daha artıq işləklik 
nümayiş etdirir. 
In fact modal sözü əsasən cümlənin başında və ortasında 
gəlir. 
In fact, her gentleness had been one of the things which 
appealed to Mel when they first met in San-Francisco …he 
on leave from the Navy and Korea (Arthur Hailey, “Airport”, 
67) 
Sözün düzü, o vaxt hərbi hava qüvvələrini və Koreyanı 
tərk edib San-Fransiskoya gedəndən sonra Sindiylə tanış 
olan Meli qızın zərifliyi və incəliyi  əsir etmişdi” (Artur Heyli, 
“Aeroport”, 66) [Əslində, Mel Nəvi və Koreyadan San-
Fransiskoya gələrkən onlar birinci dəfə görüşəndə qızın xoş 
qılığı (xasiyyəti) Melin xoşuna gələn şeylərdən biriydi]. 
Gördüyümüz kimi, in fact modal sözü bir halda sözün 
düzü, başqa halda isə  əslində modal sözləri ilə verilmişdir. 
Hansı yaxşıdır?  In fact modal sözü dildənxaric gerçəkliyə 


 
118
işarə edir. Bu xüsusiyyət  əslində sözündə var, sözün 
düzü ifadəsində isə yoxdur. 
Some among his legal colleagues might have questioned 
if Elliot Freemantle’s intellect was, in fact, superior (Arthur 
Hailey, “Airport”, 88) 
Əslində, həmkarlarının arasında onun fərasətinə  şübhə 
ilə baxanlar da vardı” (Artur Heyli, “Aeroport”, 86) [Əslində
onun qanuni xidmət yoldaşları arasında bəziləri Elliot 
Frimantlın ağıl-kamalının yüksək (səviyyədə) olmasına 
şübhə ilə baxırdılar]. 
Hər iki halda in fact modal sözü azərbaycanca eyni ifadə 
vasitəsi ilə verilmişdir. Həmin tərcümələr arasındakı mühüm 
fərqlər tərcümənin dəqiqliyi, keyfiyyəti ilə bağlı olan 
məsələdir. 
Tərkibində  in fact modal sözü olan daha iki cümləni 
veririk. Bunlardan birincisi onunla diqqəti cəlb edir ki, burada 
daha bir modal söz işlənir: 
In fact, probably was (Arthur Hailey, “Airport”, 312) 
“Güman ki, məhz eləydi” (Artur Heyli, “Aeroport”, 286).  
Tərcümədə maraqlı bir yerdəyişmə ilə qarşılaşırıq: 
burada modal sözlərin yeri dəyişmişdir. Doğrudur, belə  də 
pis deyil. Ancaq bunsuz da ötüşmək olardı: Əslində, yəqin ki 
(ehtimal ki), beləydi”. 
İkinci cümlə heç də bundan az maraqlı deyil: 
D.O.Guerrero wanted no conversation, either now or 
later,  in fact, no more communication with anyone else in 
this life (Arthur Hailey, “Airport”, 297) 
“Nə indi, nə  də sonra D.O.Qyurrero bir kimsəylə  kəlmə 
kəsmək istəmirdi;  əslində, bu, həyatda hər cür münasibətə 
son qoymuşdu” (Artur Heyli, “Aeroport”, 272) [D.O.Qyurrero 
heç bir söhbət (etmək) istəmirdi – nə indi, nə  də sonra; 
əslində  hətta öz həyatı boyu kiminləsə heç bir ünsiyyətdə 
olmaq istəmirdi]. 
Bizə belə  gəlir ki, burada izahatsız da ötüşmək 
(keçinmək) olar. 
*Biz yuxarıdakı  tərcümədə daha çox hərfiliyə fikir 
vermişik. Həmin cümləni bu cür də vermək olar: 
“D.O.Qyurrero heç kəslə danışmaq istəmirdi, nə indi, nə də 


 
119
sonra;  əslində  hətta bu dünyada heç kəslə ünsiyyətdə 
olmaq istəmirdi”. 
Indeed – həqiqətən, gerçəkdən(dan), əslində, düzü 
Yuxarıda qeyd etdiyimiz kimi, indeed modal sözü in fact 
modal sözünə nisbətən az işlənir.  Indeed sözü üçün 
cümlənin sonunda gəlmək xarakterikdir. Bu cür işlənmə tərzi 
Azərbaycan dilindən ötrü xarakterik deyil. 
Indeed sözünə aid əlimizdə yalnız bir misal vardır: 
Mel had replied that he was very interested indeed 
(Arthur Hailey, “Airport”, 65) [Mel cavab vermişdi ki, onun 
həqiqətən buna çox marağı var (bu onu çox 
maraqlandırmışdı]. 
Truly – həqiqətən, doğrudan, gerçəkdən 
He had wondered then: had he ever truly been in love 
himself? (Arthur Hailey, “Airport”, 346) 
“Bu etiraf Vernonun özünü də düşündürmüşdü: görəsən
ömründə bircə  dəfə kimisə sevmişdi? (Artur Heyli, 
“Aeroport”, 316) [Onda təəccüblənmişdi: onun özü doğrudan 
nə vaxtsa kiməsə vurulmuşdumu?]. 
Possibly – mümkündür, imkan daxilində, ola bilər, ola 
bilsin ki, 
He couldn’t possibly pay the installments, though that 
part, at least, was understandable (Arthur Hailey, “Airport”, 
205) 
Axı, o, xırda-xırda da olsa, həmin pulu qaytara 
bilməyəcəkdi” (Artur Heyli, “Aeroport”, 190) [O, yəqin ki
borcun növbəti hissəsini qaytara bilməyəcəkdi, çox da ki 
(hərçənd) həmin hissə barəsində qabaqcadan razılığa 
gəlmişdilər]. 
Gördüyümüz kimi, possibly sözü Azərbaycan dilində bir 
halda axı ədatı, ikinci halda isə yəqin ki, ola bilsin ki, modal 
sözü ilə verilmişdir.  Axı sözü burada o qədər də yerinə 
düşməsə də, növbəti misalda tamamilə yerindədir: 
What more could anyone possibly ask? (Arthur Hailey, 
“Airport”, 296) 
“Yaxşı, adama bundan artıq nə lazımdır?” (Artur Heyli, 
“Aeroport”, 271) [Axı adam bundan artıq nə  tələb edə 
(istəyə, diləyə) bilərdi?!]. 
Probably – ehtimal ki, yəqin ki, güman ki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə