• Bütün türkl
ərin tərcümanı
~
267
~
parçaları sitat gətirir, təhlil edir, dəyərləndirir və nəticə çıxarır:
«bel
ə romanların Şərq əhlinə verəcək dərsi, edəcək hüsni təsiri
n
ədir: Heç bir şey!» İ.Qaspiralı bu qəbildən olan tərcümələrin nəşr
olunmasını zərərli hal olduğuna işarət etməklə kifayətlənmir, milli,
d
əyərli roman yazmaq yollarını göstərir və Şərq həyatının roman
üçün mövzuya yaramadığı fikrini irəli sürənlərlə barışmır: «Paris
fahişəsinin başına gələnlərdən heyrətlənir, onun qəlb sızıltılarından
gözümüz yaşarır. Bursa və Əskişəhər Fatmalarının halını yazan,
hissiyyatlarını bəyan edən kamil ədib tapılsa, Dümaların, Zolyaların
q
ələmlərindən tökülən madamlardan daha artıq ibrətli və təsirli dərs
alınacağı şübhəsizdir». Müəllifə görə, roman və hekayə yazmaq
üçün mütl
əq bulvara, yaxud pianolu salona getmək lazım deyildir.
Çaldıran döyüşü, Vyana mühasirəsi, Cəm Sultan faciəsi, Yunan,
Misir üsyanları, Ankara hadisələri… müstəqil üç cildlik roman ola
bil
ər. Bəla burasındadır ki, Osmanlı mühərrirləri Avropasayağı və
Avropa h
əyatından roman yazmağa meyl göstərirlər, sanki
Avropada romançı azdır və Şərqdən yardım istəmişlər.
İ.Qaspiralı milli roman yazmaq əvəzinə zəif əcnəbi əsərləri
t
ərcümə etməyə üstünlük verənlərlə qətiyyən barışmır: «Bəli, hər
k
əs roman yaza bilməz. Amma bu da tərcümələrə bel bağlamağa
əsas vermir: gözəl, lakin faydasız bir tərcümədənsə, o qədər də
süslü olmayan, lakin faydalıca bir milli hekayə yazmaq daha
əfzəldir». Tənqidçinin fikrincə, Osmanlı, islam tarixi, məişəti, indiki
halı və gələcəyi o qədər dalğalı bir meydandır ki, yazmaqla,
araşdırmaqla tükənməz. Anadolunun hər bir obası bir hekayədir.
Osmanlı həyatı əsrlərcə gecə-gündüz davam edən parlaq bir
hekay
ədir. Psixoloji roman üçün əri Kiritdə, böyük oğlu Qaradağda,
dig
əri Plevnedə döyüşən Fatmaların birinin iç dünyasından uğurlu
mövzu ola bil
ərmi?! Tərcümə ədəbiyyatını birmənalı rədd etməyən
• Abid Tahirli
~
268
~
İ.Qaspiralının qənaəti budur: «Ədəbiyyatın əsası tərcümələr yox,
milli hekay
ələr olmalıdır, milli sevgini, düşüncə və dili inkişaf
etdir
əcək, süstləndirəcək, xarakteri və əxlaqı tərbiyə edəcək milli
hekay
ələr. Buna çalışmaq qələm əhlinin borcudur: millətin siması
ədəbiyyatın şərəfidir».
T
ərcümə ədəbiyyatı problemi İ.Qaspiralını bütün yaradıcılığı
boyu düşündürmüş, narahat etmişdir. Məsələyə dair ayrıca
m
əqalələr həsr etməklə yanaşı, başqa ədəbi mövzularda qələmə
aldığı yazılarda da müəllif yeri gəldikdə bu problemə toxunur.
Bununla da kifay
ətlənmir. «Tərcüman»da əcnəbi dillərdən uğurla
t
ərcümə edilmiş bədii parçalar dərc edir.
İ.Qaspiralının ədəbi-tənqidi görüşlərini araşdırmaq və
d
əyərləndirmək, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlləri
Az
ərbaycan ədəbi-mədəni, mətbu həyatının özəlliklərini, maarifçi
xadiml
ərimizin fəaliyyət dairəsini öyrənmək baxımından
maraqlıdır. Fikrimizcə, gənc tədqiqatçıların bu işə səfərbər olunması
zamanıdır.
“Ədəbiyyat qəzeti”
6 aprel 2012-ci il
• Bütün türkl
ərin tərcümanı
~
269
~
«İSTİQLAL» QƏZETİ İSMAYIL
QASP
İRALI HAQQINDA
H
əmişəyaşar ideyaları və fədakar fəaliyyəti ilə adını türk
tarixin
ə əbədi həkk etdirmiş, Rusiya müsəlmanlarının məktəb,
m
ətbuat, mədəni həyatında, təfəkkür tərzində dəyişiklik, dönüş
yaratmış İsmayıl Qaspiralı (1861-1914) Avrasiya materikinin,
Afrika qit
əsinin müxtəlif ölkələrinə səyahət etmiş, səfərləri ilə bağlı
çox sayda
əsər qələmə almışdır. Çar mütləqiyyəti, sonralar sovet
rejimi onu «panislamist», «pantürkist» adı ilə gözdən salmaq,
unutdurmaq üçün d
əridən-qabıqdan çıxsalar, missionerlər, qatı rus
mill
ətçiləri, şovinistlər, milli satqınlar onu düşmən elan etsələr də,
v
əfatından sonra da – bu dəfə ölümsüz ideyaları ilə türk ellərini
dolaşmaqdadır.
XIX
əsrin sonu XX əsrin ilk 20 ilində Azərbaycanın ədəbi-
m
ədəni, maarif və mətbuat həyatında misilsiz xidmətlər göstərmiş
bütün xadiml
ər İ.Qaspiralını «millətin çırağı» - deyə vəsf etsələr də,
Sovet Az
ərbaycanında İ.Qaspiralı şəxsiyyəti və irsinə münasibət
ür
əkaçan olmamışdır. Təsadüfi deyil ki, Azərbaycan öz
müst
əqilliyini bərpa edənədək – 1991-ci ilə kimi İ.Qaspiralı tənqid
h
ədəflərindən olmuş, irsi, şəxsiyyəti sırf sinfi, partiyalı, ideoloji
baxımından dəyərləndirilmişdir. Mühacirətdəki azərbaycanlılar isə
tam t
ərsinə İ.Qaspiralıya münasibətdə səmimi olmuş, həqiqəti
söyl
əmişlər. 1932-1934-cü illərdə Berlində Məmməd Əmin
R
əsulzadənin baş redaktorluğu ilə buraxılan «İstiqlal» qəzeti də
• Abid Tahirli
~
270
~
istisna deyil. Bu m
ətbu orqan bolşevizmə, sovet rejiminə qarşı
ideoloji mücadil
ədə İ.Qaspiralı irsindən, ideyalarından yetərincə
istifad
ə etmişdir. Bu sətirlərin müəllifi Azərbaycan mühacirəti ilə
bağlı araşdırmalarında «İstiqlal» barədə kifayət qədər söz açsa da,
q
əzetin İ.Qaspiralı ilə əlaqədar yazdıqlarından bəhs etməzdən əvvəl
bir-iki cüml
ə ilə «İstiqlal» haqqında məlumat verməyi
m
əqsədəmüvafiq hesab edirik. Azərbaycan dilində, latın qrafikası
il
ə 10 gündə bir dəfə buraxılan «İstiqlal»ın nəşri ara-sıra fasilələrlə
1934-cü il
ədək davam etmişdir. Mirzə Bala Məmmədzadə, Mir
Yaqub Mirmehdiyev, Hilal Münşi, Mustafa Vəkilli redaksiya ilə sıx
əməkdaşlıq etmişlər. Bizdə olan məlumata görə qəzetin cəmi 64
nömr
əsi buraxılmışdır.
İstiqlalın, millətin istiqbalının təməlində milli özünüdərkin,
milli oyanışın durduğu şübhəsizdir. İsmayıl Qaspiralı istiqlalçı
olmamışdır, lakin o, Rusiya müsəlmanlarını istiqlal yoluna
çıxarmışdır, onları gələcəkdə istiqlal uğrunda mübarizəyə,
mücadil
əyə hazırlamışdır. O, «Zamanımızın məsələləri» mə-
qal
əsində («Tərcüman» qəzeti, № 51, 15 may 1906) yazırdı: «Bir
mill
ətə ən əvvəl lazım olan üç şeydir: milli düşüncə, milli dil, milli
t
əhsil». Bütün bunlara sahib olmuş Azərbaycan istiqlalçıları doğma
V
ətənin kommunist ideologiyası və sovet rejimindən xilas olması
üçün mühacir
ətdə əzmlə mücadilə edirdi.
Sovet İttifaqı rəhbərliyinin dəfələrlə təkidli tələbindən sonra
Türkiy
ədəki fəaliyyətini, o cümlədən nəşri fəaliyyətini
dayandırmağa və ölkəni tərk etməyə məcbur olan Azərbaycanlı
mühacirl
ər bir sıra Avropa ölkələrində məskunlaşdılar. Azərbaycan
tarixind
ə silinməz iz buraxmış M.Ə.Rəsulzadənin «Kəsilməyən səs»
adlı baş məqaləsi ilə ilk nömrəsi işıq üzü görən «İstiqlal» bütün
mühacirl
ərin adından bəyan edirdi ki, harada yaşamasından asılı
Dostları ilə paylaş: |