22
Bütün bu keyfiyyətlərin hamısının səbəbi yalnız bir mənbədəndir ki,
cənab Qoqol şairdir, əsl həyat şairidir...”
1
V.Q. Belinski bu sözlərlə əsl
poeziya nümunələrinin - həqiqi şerin və nəsrin xəlqilik, sadəlik,
həqiqət, orijinallıq kimi mühüm keyfiyyətləri ilə yanaşı, həyat
həqiqətini təsvir etməyin bədiilik prinsipinin - komizmin də mühüm
rolunu ümumiləşdirmişdir.
”Yazıçının vəzifəsi həqiqəti söyləməkdir. Və onu elə
söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusun və başa düşsün”
deyən məşhur Amerika yazıçısı U.Folkner də həqiqi nəsr
nümunələrinin şair əməyinin məhsulu kimi meydana çıxdığını qeyd
etmişdir. ”Mənim nəsrim poeziyadır” - deyən yazıçı janrlar arasındakı
rabitəni qəribə düşünmüşdür: ”Mənə elə gəlir ki, hər bir romançı uğur-
suzluğa uğramış şairdir. Daha doğrusu, adam əvvəlcə şeir yazmağa
çalışıb, əmin olub ki, bacarmır. Bunun ardınca, öz formasının
mürəkkəbliyinə görə poeziyadan sonra ikinci yerdə duran hekayə jan-
rını təcrübədən keçirib. Lakin burada da məğlubiyyətə uğrayaraq, ro-
man yazmağa başlayıb.”
2
Folkner burada konkret bir yazıçıdan deyil,
ümumən romançı-yazıçının yaradıcılıq yolundan danışır və bu
sözlərdən o da aydın olur ki, hər bir nəsr əsəri həyat həqiqətini yüksək
bədii formada əks etdirirsə, o, bir poeziya nümunəsi kimi qəbul ol-
unur.
Bizim ədəbiyyatımız yeni realist nəsrin inkişafı sahəsində
C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, B.Talıblı,
T.Ş.Simürğ, Qantəmir, M.S.Ordubadi, Mir Cəlal, S.Rəhman,
M.İbrahimov, S.Rəhimov, H.Mehdi, Ə.Əbülhəsən, Ə.Vəliyev,
B.Bayramov, İ.Şıxlı kimi görkəmli sənət ustalarına minnətdardır.
Hazırkı nəsrin aparıcı qüvvələri - İ.Hüseynov, S.Əhmədov,
F.Kərimzadə, Anar, Elçin, Y.Səmədoğlu, Ə.Əylisli, İ.Məlikzadə,
S.Azəri, M.Süleymanlı və b. hekayə və povestlərlə irəliləyərək 70-80-
ci illərdə ədəbiyyatımızı zənginləşdirmişlər. İ.Hüseynovun ”Məhşər”,
”İdeal”, F.Kərimzadənin ”Qarlı aşırım”, ”Xudafərin körpüsü”,
”Çaldıran döyüşü” romanları, S. Əhmədovun dalbadal nəşr etdirdiyi
”Yaşıl teatr”, ”Toğana” və s. əsərləri, Anar, Elçin, Y.Səmədoğlu,
İ.Məlikzadə, S.Azəri və başqalarının 80-ci illərdə meydana çıxan ilk
romanları (”Beşmərtəbəli evin altıncı mərtəbəsi”, ”Mahmud və
Məryəm”, ”Qətl günü”, ”Qırmızı yağış”, ”Dalanda” və s.)
ədəbiyyatımızda roman janrı sahəsində böyük bir canlanma idi.
1
Â.Ã.Áåëèíñêè. Ðóñ ÿäÿáèééàòû êëàññèêëÿðè ùàããûíäà,Áàêû, 1954, ñ.286..
2
Ó.Ôîëüêíåð. Ñòàòüè. Ðå÷è. Èíòåðâüþ.Ïèñüìà.- Ìîñêâà,1985, ñ.21
23
Ən müdrik olan zaman özüdür və zaman özü bu əsərləri saf-
çürük edəcəkdir. İndilikdə onu deyə bilərik ki, bu əsərlər içərisində
həqiqi poeziya nümunələri var və onlar gələcəkdə də oxucunu özünə
cəlb edəcəkdir. Bu əsərlərdən və xüsusilə İ. Əfəndiyevin həqiqi
poeziya nümunəsi olan nəsrindən çox şey öyrənmək olar.
Biz burada nəsrin bir sıra səciyyəvi əlamətlərini nəzərdən ke-
çirməyə çalışdıq. Bütövlükdə nəsr problemlərinin tədqiqi böyük qüvvə
və uzun axtarışlar tələb edir.
1982-1996
24
MİRZƏ CƏLİLİN HAQ YOLU
M. F. Axundovun milli dilimizin inkişafı sahəsində
xidmətlərindən bəhs edərkən prof. B.Çobanzadə yazırdı ki, onun ədəbi
dilimizə gətirdiyi yenilik ”Kolumb yumurtası kimi çox sadə və bəsit
idi: canlı dili ədəbiyyata daxil etmək.”
1
. Kolumb bütün əfsanələri puç
edərək Yerin kürə şəklində olduğunu əməli şəkildə sübut etdiyi kimi,
M. F. Axundov da milli dilimizin inkişafı üçün canlı xalq danışıq
dilinin yeganə və əsas mənbə olduğunu, ədəbi dil ilə canlı xalq dili
arasındakı uçurumun məhv edilməsinin labüdlüyünü öz yaradıcılığı ilə
parlaq şəkildə isbat etdi. Onun nəzəri və xüsusən praktik işi - ko-
mediya dili milli ədəbi dilin elə sürətli inkişafını təmin etdi ki,
Volqaboyu tatarları müstəsna olmaqla, qalan türkdilli xalqlar belə bir
inkişaf səviyyəsinə yalnız 1905-ci il inqilabından sonra nail oldular
2
.
İndi XX əsrin başlanğıcında, kapitalizmin sürətli inkişafı dövründə -
ədəbi dilin müxtəlif təmayüllər tərəfindən milli zəmindən uzaqlaş-
dırıldığı, Mirzə Fətəlinin böyük ideyalarının təhlükə qarşısında qaldığı
dövrdə canlı xalq dili ilə əlaqəni daha da möhkəmləndirmək, rəsmi
dairələrdə, mətbuatda, elmi və bədii kitablarda onun hüquqlarını təmin
etmək və genişləndirmək uğrunda gərgin mübarizə zərurəti ortaya çıx-
ırdı. C. Məmmədquluzadə bu zərurəti vaxtında və tam mənası ilə başa
düşən, onu həyata keçirmək uğrunda var qüvvəsi ilə çalışan ən
görkəmli sənətkarlarımızdan biri oldu.
C. Məmmədquluzadə hələ inqilabdan əvvəl ədəbi-bədii dilin,
mətbuat dilinin təmizliyi və inkişafı, bədii dil ilə xalq dili arasındakı
səddin məhv edilməsi, xalq dili söz və ifadələrinin bədii dildə üstün və
aparıcı mövqeyi, dilin sadəliyi, təbiiliyi və təmizliyi uğrunda görkəmli
bir jurnalist və yazıçı kimi yorulmadan mübarizə aparmışdır. Böyük
ədib 20-dən artıq felyetonunda ya bilavasitə, ya da dolayı yolla dilin
saflığı, əlifba və orfoqrafiya, ədəbi-bədii dil və mətbuat dili kimi
mühüm məsələlərə toxunmuşdur. O, publisistik məqalə və çıxışları,
kəskin ifşaçı felyetonları ilə canlı xalq dilini təbliğ və təşviq etməklə,
yad təmayüllərə qarşı amansız mübariz kimi tanınmış, monumental
hekayə və pyesləri ilə xalq dilinin ecazkar qüvvəsini, sadəlik, şirinlik,
ifadəlilik xüsusiyyətlərini praktik və əyani şəkildə ortaya çıxarmışdır.
Böyük ədib cəmiyyətin, millətin həyatında dilin misilsiz rolunu
1
Á.×îáàíçàäÿ.Éàçû÷ûëàðûìûçûí äèëè ùàããûíäà. «Èíãèëàá âÿ ìÿäÿíèééÿò»,
1933, ¹ 3.
2
Á.×îáàíçàäÿ. Ì.Ô.Àõóíäîâäà àçÿðè ëÿùúÿñè. «Ìààðèô èø÷èñè»,1928, ¹ 3.