19
təlatümlü olur.
* * *
Bədii dil bədii və obrazlı olmalıdır. Yazıçı adi adamların söy-
lədiyi şəkildə əhvalat söyləməklə vəzifəsini bitmiş hesab etməməlidir.
Xalq yazıçısı M.İbrahimovun qeyd etdiyi kimi: ”Bədii dilin özünün
loqarifması vardır və onu öyrənmək bütün ömrü boyu yazıçının və-
zifəsidir.”
Məlumdur ki, bədiilik sənət əsərinin əsas spesifik keyfiyyəti,
gözəllik forması, estetik məziyyətin ən yüksək təzahürüdür. İctimai
şüurun başqa növlərindən fərqli olaraq, sənət əsəri həyatın obrazlı
təsvirindən ibarət olur. Bədiilik yalnız forma ilə məhdudlaşmır. Bədi-
iliyin həlli yüksək ideya daşıyıcısı olan mövzu ilə bədii təsvirin bütün
əsas vasitələrinin uyğunluğu probleminin həlli əsasında müəyyənləşə
bilir. Bu uyğunluq yazıçının istedadı, yazıçılıq təcrübəsi, seçdiyi möv-
zunun gerçəkliyə münasibəti ilə bağlıdır.
Bədiiliyin ən mühüm əlaməti əsərin dilinin mükəmməlliyidir.
Əsərdə hər bir detal əsas ideyanın açılmasına, mövzunun müəyyən bir
cəhətinin aydınlaşmasına kömək etməlidir. Bədiiliyin yüksək dərəcəsi
məzmun xəlqiliyi və bədii forma demokratikliyinin harmoniyasından
doğur.
Beləliklə, bədiilik çox geniş anlayışdır və ”bədiilik” dedikdə
bədii əsərin janr, quruluş-kompozisiya, süjet məsələləri ilə yanaşı,
əsərin dili, bütün təhkiyə və dialoqlar, hər bir nitq detalı və bütün ob-
razlılıq vasitələri cəm halda nəzərdə tutulur və bunların əsas ideyaya
uyğun şəkildə daxili təşkili əsas götürülür. Dilin obrazlılıq vasitələri
də çox zəngindir.
Dildə hər bir sözdə az və ya çox dərəcədə potensial obrazlılıq
olur. Yazıçı potensial obrazlılığı - sözün mahiyyətində gizli şəkildə
mövcud olan konkret hissi obrazı hərəkətə gətirməyi bacarmalıdır.
Bundan əlavə, dilin təsvir və ifadə vasitələrində - epitet, metafora, mü-
qayisə, frazeoloji vahidlər, atalar sözləri, məsəllər, hikmətli sözlər,
aforizmlər və s.-də mövcud olan obrazlılıq da vardır ki, bədii əsərin
dilinin mükəmməlliyi bu cür obrazlılıq vasitələrinin ustalıqla
işlədilməsindən çox asılıdır.
Bədii əsərin dilinin mükəmməlliyi obyektiv aləmi əks etdir-
məyin bədiilik prinsiplərindən - komizmdən, tragizmdən və ya adi
dramatik təsvirdən asılı deyildir. Bütün bədii əsərlərdə əsas konflikt
xeyirlə şərin, gələcəyi olanla məhvə məhkum olanın mübarizəsi üzə-
20
rində qurulmuş olur. Bu mübarizədə dramatizm əks qütblərin, xarak-
terin zidd cəhətlərinin toqquşması yolu ilə baş verir, hadisələr obraz-
lar arasında gərgin mübarizə, ciddi və mürəkkəb münaqişələrlə da-
vam edib yekunlaşır. Bu zaman əsərdə faciəvi və ya komik epizodlar,
tragik və komik detallar özünü göstərə bilir. Bəzən də mövzu bü-
tövlükdə tragik və ya bütövlükdə komik planda işlənmiş olur. Bu cür
hallarda tragik əsərlərdə komik, komik əsərlərdə tragik detallardan
istifadə edilir. Bədiilik va-sitələrindən, xüsusən dilin obrazlılıq im-
kanlarından istifadəyə görə tragik və dramatik əsərlər bədiiliyin ko-
mizm prinsipi əsasında yazılmış əsərlərdən fərqlənir. Daha doğrusu,
komizm spesifik satira və yumor vasitələrinin, komizm üsullarının tət-
biqi ilə reallaşır. Əslində, satirik əsərlərlə qeyri-satirik əsərlərin dil
vasitələri eynidir, yəni hər iki halda yazıçı dilin eyni materiallarına
əsaslanır. Lakin intonasiya, sözlərin müxtəlif şəkildə ustalıqla
əlaqələndirilməsi və dilin özündə mövcud olan komik yüklü sözlər,
ifadələr bədii əsərin yumorla və ya satirik ruhda firmalaşmasına səbəb
olur. Yazıçı satirik yazıçı olmaya bilər, lakin onda yumor duyğusu, sa-
tira qüvvəsi daim ehtiyatda olmalıdır, yeri gəldikcə o bunlardan us-
talıqla istifadə etməyi bacarmalıdır. M.İbrahimov satirik yazıçı deyil-
dir, lakin onun əsərlərində komizm elementlərinin rolu böyükdür.
”Yastı yerişi isə o qədər yastı idi ki, kənardan baxan onun yeridiyini
və ya suda üzdüyünü birdən-birə ayırd edə bilməzdi” (”Böyük da-
yaq”) cümləsi və bu tipli cümlələr qəlpə-qəlpə əsas ideyanın açılma-
sını, yaramaz qüvvələrin, o cümlədən Yastı Salman kimilərin ifşasını
başa çatdırır. Anarın istifadə etdiyi satirik detallar öz tipikliyi, səciyyə-
viliyi ilə yazıçıya böyük rəğbət yaradır. Ticarət işçisinin, vərəqləri
arasında pul gizlədiyi tanınmaz bir yazıçının əsərini tərifləməsi və ya
şairin ilk kitabını çəki ilə qiymətləndirməsi Ü.Hacıbəyovun məşhur
komik nitq detalları kimi geniş yayılmışdır. S.Əhmədovun romanlarını
ötəri oxuduqda həmin əsərlər ciddi epik əsər təsiri bağışlayır, lakin
diqqətlə fikir verdikdə onun təsvirinin ilk hüceyrələrinin istehza ilə
yoğrulmuş olduğunu görürük. Bu istehza gözəgörünməz bir pərdə ki-
mi çox dərin qatda yerləşmişdir.
Epizodik-komik detallarla yaradılmış əsərlər ilə komizm
prinsipləri əsasında yaradılmış əsərləri eyniləşdirmək düzgün olmadığı
kimi, satirik və qeyri-satirik əsərləri də eyniləşdirmək olmaz. Lakin
yazıçı obyektiv aləmi təsvir etməyin hansı bədiilik prinsipindən
istifadə edir-etsin, onun əsərinin dili mükəmməllik tələbini ödəməli,
forma və məzmun vəhdətini gözləməlidir.
Nəsr - bədii yaradıcılığın iki əsas tipindən biridir. Poeziya və
21
nəsr ədəbiyyatın həm məzmun, həm də formaca fərqlənən iki spesifik
sahəsidir. Tarixən nəsrin qafiyəli, vəznli formaları olmuşdur. İntibah
dövründən başlayaraq nəsr janrları tədricən səlisləşmiş və müstə-
qilləşmişdir. Nəsrdə vəzn və qafiyə indiki halda anaxronizm hesab
olunur, yəni realist nəsr qafiyə və vəznə ehtiyac duymur. Buna görə də
nəsr dilini adi danışıqdan fərqləndirməyənlər var. Nəzərə almaq
lazımdır ki, nəsr dili ilə insanın adi şifahi və yazılı nitqini
eyniləşdirmək olmaz. Şeirdə olduğu şəkildə olmasa da, nəsrin də
özünəməxsus ritmik quruluşu olur (bunu aşkar ritmlə qurulmuş nəsrlə
eyniləşdirməməli). Nəsr əsəri xüsusi intonasiya ilə başlanır və usta
yazıçılar axıra qədər həmin intonasiyanı qoruya bilir, yüksələn xətlə
davam etdirir. Məzmun, həmin məzmunun əks etdirdiyi ideya gözəl
olduqda, bədiilik vasitələri həyat həqiqətinə - tapılmış ideyaya tam
müvafiq təşkil olunduqda nəsr əsərində bir şeriyyət yaranır. Tarixən,
məsələn, XIX əsrin əvvəllərinə - A.S.Puşkinə qədər rus ədəbiyyatında
nəsr müəyyənləşməmişdi və rus ədəbiyyatında nəsrin yaradıcısı
Puşkin sayılır, buna görə də bu dövr rus ədəbi tənqidində yalnız”şair”
sözünə rast gəlmək olur, söz ustaları şair adlandırılır. N.V.Qoqolun
”Ölü canlar” əsərinin üzərinə yazılan ”poema” sözü və
V.Q.Belinskinin aşağıdakı sözləri də bu fikri təsdiq edir: ”... əgər mən
cənab Qoqolu şair adlandırdımsa, mən bununla da artıq hər şeyi
demişəm. Hal-hazırda bizdə ”şair” sözü öz mənasını itirmişdir. Onu
”yazıçı” sözü ilə qarışdırmışlar. Bizdə yazıçı çoxdur. Hətta onların
bəzilərində qabiliyyət də vardır; lakin bizdə şair yoxdur. Şair sözü
yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən əbədi bir şöhrət
vardır!” “...cənab Qoqol qeyri-adi, qüvvətli və yüksək bir istedada
malikdir. Ən azı belə demək olar ki, o, hal-hazırda ədəbiyyatın və
şairlərin başçısıdır. O, Puşkinin qoyub getdiyi yerə keçəcəkdir.”
1
V.Q.Belinski bu sözləri N.V.Qoqolun ilk povestlərindən aldığı
təəssürat əsasında söyləmişdir və böyük tənqidçinin sözlərindən aydın
olur ki, o, ”şair” dedikdə mənzum əsərlər müəllifini deyil, əsl iste-
dad sahiblərini nəzərdə tutur. Beləliklə, V.Q.Belinskinin nəzərində
yüksək istedad və ilhamla yaradılmış hər bir sənət əsəri poeziya
nümunəsidir, şair əməyinin məhsuludur: ”Cənab Qoqolun povestlərini
fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, bu əsərlərdə verilən
məzmun sadədir, onlarda təsvir edilən həyatda xəlqilik və əsl həqiqət
vardır, bu əsərlər orijinaldır, onlarda həmişə dərin bir kədər və
məyusluq hissi ilə məğlub edilən komik bir canlanma vardır.
1
Â.Ã.Áåëèíñêè. Ðóñ ÿäÿáèééàòû êëàññèêëÿðè ùàããûíäà,Áàêû, 1954, ñ.286..
Dostları ilə paylaş: |