14
səviyyəsində qurulmur. Onun nitqi daha çox aid olduğu təbəqənin nitq
səviyyəsinə uyğun qurulur. Qantəmirin ”Mənim tələbəm” hekayəsində
təhkiyəçi obrazının - harın və tüfeyli ”tələbə”nin nitqi də öz həyatı
kimi vulqardır. İ.Əfəndiyevin Səriyyə obrazının (”Körpüsalanlar”)
nitqi etik və estetik baxımdan çox yüksəkdir və s.
Şərti müəllif obrazının nitqini qurmaqda müəllif sərbəstdir.
Faktlar göstərir ki, bəzən yazıçı şərti təhkiyəçi obrazının nitqini öz
nitqinə yaxın qurmağa çalışır. Bu hal özü də müəllifin üslubu, dilə
münasibəti, fərdi dünyagörüşü ilə bağlıdır. Yazıçı həqiqi müəllif
təhkiyəsində şərti müəllif təhkiyəsində olduğu qədər sərbəst deyildir.
Söz obrazlara verildikdə, müəyyən hüdud dairəsində yazıçının
əl-qolu daha çox açılır. Məhəlli kolorit yaratma və fərdiləşdirmə adına
normaların hər cür pozulması halları obraz nitqinə məxsusdur. Şivə
tələffüzü, şivə leksikası, arqotik ifadələr, söz sırasının bol-bol po-
zulması obraz nitqinə müəllifin mədəni-estetik tələblərinin səviyyəsi
ilə bağlıdır. Gənc yazıçılar bir çox hallarda doğulduğu ərazinin
məhəlli tələffüzünə üstünlük verirlər. Bu cür hallar geniş oxucu da-
irəsində müsbət qarşılanmır və oxucunu mətləbdən yayındırır. Usta və
böyük sənətkarlar obraz nitqini məharətlə fərdiləşdirə bilirlər.
Lirik-epik əsərlərdə, mənsur şeirlərdə qrammatik normaların,
xüsusən söz sırasının pozulması halları, əsər uğurlu olduqda, nəsrin
poeziyasını gücləndirir.
Beləliklə, bədii əsərin dili müəllif nitqi, şərti təhkiyəçi obraz-
ının nitqi və ayrı-ayrı obrazların nitqinin sintezindən ibarət olur.
Yazıçının bədii dili onun ictimai-ədəbi mövqeyi və bu sahələrin hər
birinin ayrı-ayrılıqda analizi və nəhayət, ümumiləşdirilməsi yolu ilə
qiymətləndirilə bilər. Müəllif nitqi ədəbi normalara uyğun olsa da,
normadan çıxma halları ilə də səciyyələnir, çünki yazıçı təhkiyəsi də
bədii dil nümunəsidir və hadisələri, obrazları xarakterizə etmək, dili
rəngləmək, bədiiləşdirmək, zənginləşdirmək üçün yazıçı yalnız ədəbi
normalarla məhdudlaşa bilməz. Ən sadə və təmiz yazıçı təhkiyəsində
də qeyri-ədəbi nitq vasitələrinə, ədəbi normaların pozulması hallarına
rast gəlmək mümkündür. Bu hal fərdi-bədii dil üçün təbii sayılmalıdır,
çünki bədii dil ədəbi dil olmayıb, onun spesifik bir üslubudur.
* * *
Yazıçı, hər şeydən əvvəl, xalq dilini dərindən öyrənməlidir.
Xalq dili elə zəngin xəzinədir ki, yazıçını yalnız o öz sərvəti ilə yazıçı
edə bilər. Mirzə Cəlilin, Ə. Haqverdiyevin böyüklüyü orasında idi ki,
15
onlar bir tərəfdən ərəb, fars dillərinin, bir tərəfdən, türk-osmanlı
dilinin, bir tərəfdən də rus dilinin ağır təzyiqi altında olan Azərbaycan
dilini qorumaq, yaşatmaq üçün o dövrün müxtəlif təmayüllərini təmsil
edən ziyalıların deyil, xalqın səviyyəsinə müvafiq yazıb-yaratmış, belə
ziyalıların keçici, xalqın dilinin əbədi olduğunu dahiliklə dərk
etmişlər. İndi onları yaşadan da budur. Bu cür münasibət
mədəniyyətin bütün inkişaf pillələrində qorunmalıdır.
Bu da nəzərə alınmalıdır ki, indiki dövrdə xalq dilinə
əsaslanmaq bədii dili Mirzə Cəlil səviyyəsində xalq dilinə ”endirmək”
demək deyildir. Mollanəsrəddinçilər bunu şüurlu surətdə, başqa
dillərin zərərli təsirlərinə qarşı mübarizə məqsədilə edirdilər. İndi belə
təhlükələrin əsasən sovuşub getdiyi bir dövrdə yazıçıdan geriyə qa-
yıtmaq yox, dilin quruluş və semantik imkanlarını daha dərindən öy-
rənmək, dilin mədəni səviyyəsini yüksəltmək tələb olunur.
Xalq dilinin dərin qatlarına baş vura bilməməyin nəticəsidir
ki, bizim indiki bir sıra yazıçılarımızın dili qov kimi boş, solğun və öl-
gündür. Belə əsərlər adətən quru pafosla yazılır, tərbiyəvi gücü az olur
və heç kimin qəlbinə təsir edə bilmir. Mirzə Cəlilin, Ə.Haqverdiyevin
hekayələrini oxuduqdan sonra indiki bəzi nəsr nümunələrinə nəzər
saldıqda əlvan boyalı bir tabloya baxdıqdan sonra rəngsiz və solğun
bir şəklə baxan kimi olursan.
Hələ Nəsimi və Füzuli kimi sənətkarların bədii dili neçə yüz il
əvvəl əməli şəkildə sübut etmişdir ki, ümumxalq Azərbaycan dili
yüksək sənət əsərləri üçün hər cür material verir. Hər hansı fikrin ifa-
dəsi üçün obrazlılıq, emosionallıq etibarilə fərqlənən laylar vardır və
sənətkarın fərdi üslubu dilin bu və ya digər səviyyəsinə nüfuz edə
bilmə qabiliyyəti ilə səciyyələnir. Yalnız böyük sənətkarlar əzablı yol-
lar keçərək dilin dərin qatlarına enə bilir, bu qatları hərəkətə gətirir.
Üzdə olanlarla böyük sənət əsərləri yaratmaq olmaz.
Ümumxalq dili bir xalqın milli özünəməxsusluğunu əks
etdirən ən mühüm vasitədir. Ədəbi dil ümumxalq dilinin tacıdır. Bədii
dil ümumxalq dili ilə ədəbi dilin sintezindən ibarət olub, dilin zəngin
ifadəlilik vasitələrini özündə cəmləşdirə bilən yaradıcılıq üslubudur.
Bədii dil ən uzaq, ən qaranlıq guşələrə işıq saça bilmə im-
kanları ilə bütün başqa üslublardan fərqlənir. Həqiqi yazıçı ana dilinin
tarixinə dair aldığı biliklər əsasında, yüksək yazıçı duyğusu ilə dilin ən
incə, zərif, emosional, eyni zamanda ən kütləvi, kütləviləşə bilən
tərkib elementlərini bədii dilə gətirir, ədəbi dili zənginləşdirir.
Təsadüfi deyil ki, dilçi mütəxəssis öz tədqiqlərində daha çox bədii dilə
əsaslanır, leksik və qrammatik normalar üçün nümunələri əksərən
16
bədii dil materiallarından götürür. Bunlar yazıçının məsuliyyət hissini
artırır, onu ədəbi dil orbitinə çıxarır.
Yazıçının ədəbi dilə xidməti dövrdən, zamandan asılıdır. Bu
cəhətdən orta əsr şairləri ilə müasir yazıçıları eyni cür
qiymətləndirmək olmaz. Şübhəsiz, heç bir yazıçı yeni dil yaratmır.
Hesablamışlar ki, A.S.Puşkin bütün yaradıcılığı boyu cəmi 3-4 yeni
söz yaratmışdır; V.V.Mayakovskidə belə sözlər 10-a qədərdir. Bizim
R. Rza bunlara nisbətən daha çox yeni söz yaratmışdır. Lakin bu
sözlər nə qədər olur-olsun, dil yaratmaq demək deyildir və həmin
sözlərin sonrakı taleyi uğurlu da ola bilər, uğursuz da.
Bəs yazıçının ədəbi dilə xidməti nədən ibarətdir?
Yazıçı ədəbi dilin təşəkkülündə və sonrakı inkişafında mi-
silsiz iş görür. Lakin bu cəhətdən bütün yazıçıların, yəni bütün poe-
ziya və nəsr ustalarının üzərinə eyni dərəcədə yük düşmür. İndi güclü
mətbuat, nəhəng elmi-tədqiqat işləri, Azərbaycan dilində rəsmi sənəd
üslubunun geniş fəaliyyəti, radio və televiziya verilişləri, orta və ali
məktəblər, qurultay, konfrans və müşavirələr ədəbi dil normalarının
möhkəmlənməsində, şifahi və yazılı ədəbi dilimizin inkişafında,
dilimizin dövlət dili kimi mədəni yüksəlişində böyük rol oynayır. Belə
bir dövrdə yazıçı sənəti də bu ümumi işin aparıcı vasitələrindəndir.
İndi birdən-birə, məsələn, XIII -XIV əsrlərə qayıdaq. Bu im-
kanların heç biri yoxdur. Qapalı-natural təsərrüfat hökm sürür. Şivələr
güclü fəaliyyətdədir. Dövlət dili yad dildir. Belə bir dövrdə ədəbi dilin
fonetik, leksik, qrammatik normalarının yayıcısı, təbliğatçısı yalnız
söz ustalarıdır - şifahi və yazılı ədəbiyyatın yaradıcılarıdır. Radionu
da, televiziyanı da, mətbuatı da, yığıncaqları da sənətkar Sözü əvəz
edir. Yalnız həqiqi istedad sahibləri yüksək ideyaları böyük sənətkar
duyğusu ilə, yüksək bir dil ilə ifadə etməklə bütün qaranlıq guşələrə
yol tapa bilirlər. Belə bir dövrdə sənətkar xalq dilinin zərif,
ümumişlək, emosional, kütləvi vahidlərini seçib bədii dilə gətirir və
nəticədə, ədəbi normaların müəyyənləşməsinə, tədricən sabitləşməsinə
səbəb olur. Onun düzgün seçə bilmədiyi dil vasitələri, təbii olaraq,
sonrakı inkişaf prosesində arxaikləşir. Bu cür bədii yaradıcılıq ilk
dövrlərdə ədəbi dilin təşəkkülünə, sonrakı dövrlərdə inkişafına kömək
edir. Biz XIII əsrin şairi Həsənoğlunu, cəmi bir-iki şeri qorunmuş olsa
da, bu cəhətə görə qiymətləndiririk, bilirik ki, onun bir-iki şeri yox,
dilimizin inkişaf xüsusiyyətlərini yayan, mühafizə edib gələcəyə
aparan bir yaradıcılığı var imiş. Biz Nəsimini ona görə
qiymətləndiririk ki, yazılı ədəbi dilin bütün imkan və gerçəkliklərini
şeirlərində əbədiləşdirmişdir. Biz Şah İsmayıl Xətaini bu sahədəki
Dostları ilə paylaş: |