11
nümunələrinin dil və sənətkarlıq məsələləri barədə ilk sözü əksərən
özləri söyləmişlər. Ədəbiyyatşünas alimlərin öz tədqiq və araşdırma-
larının sonunda ayrı-ayrı əsərlərin dil və sənətkarlıq məsələlərinə dair
ötəri qeydləri də bu dövr üçün çox səciyyəvidir.
Hər dövrün öz tənqidçilər nəsli olmalıdır. 30-cular nəslinin
dilçi-tənqidçiləri olmadı. Onlar öz milli ruhu, mübarizlik və döyüş-
kənliyi ilə gələcəyə yol açdılar. Onlar elə bir qüvvə idilər ki, əslində,
dilçi-tənqidçi onların önündə kölgədə qalardı. Ə. Dəmirçizadə kimilər
yönünü tarixə tutmaqda düz etmişdilər. O, hələ keçmişi öyrənməli idi
ki, gələcəyə nüfuz edə, düz baxa bilsin. Odur ki yeni əsərlərin ideya-
estetik keyfiyyətlərinə hər cəhətdən sənət ustaları özləri baxırdılar.
Onlar həm yazıçı, şair, həm də görkəmli filoloq-tənqidçi idilər.
Onların bir çoxu, bədii irsi bir yana, ədəbi-tənqidi fəaliyyət və görüş-
ləri ilə mədəniyyət tariximizə imza atmışlar.
Tarixi araşdırmalar müəyyən həddə çatdıqda müasir ədəbiy-
yatın tənqid meydanına çəkilməsi lazım gəldi və 60-cılar nəslinin ar-
dınca və onlarla paralel surətdə A.Axundov, T.Hacıyev, Y.Seyidov,
bir qədər sonra A.Məmmədov, K.Vəliyev, K.Abdullayev və b. iste-
dadlı dilçi-tənqidçilər nəsli yetişdi. Bu nəslin nümayəndələri böyük bir
məktəb şəklində 60-cılar ədəbiyyatının dil və sənətkarlıq məsələləri ilə
yanaşı, bu ədəbiyyatın ideya-estetik keyfiyyətlərinin, sosial-ictimai
dəyərinin araşdırılması sahəsində ədəbiyyatşünas-tənqidçilərdən az iş
görmədilər.
Yaradıcılığa yeni başlayan yazıçı çox vaxt dilin nəzəri
məsələləri, dilə estetik münasibətin prinsipləri ilə maraqlanmır,
bunları elmi şəkildə izah etməyə ehtiyac duymur. Yazıçı bütövlükdə
daha çox praktikdir və onu əsər maraqlandırır. Lakin yazıçının əsərdə
reallaşan bədii dili onun mövqeyini, ümumxalq dilinə, ədəbi dilə
münasibətini, əsaslandığı estetik prinsipləri müəyyənləşdirməyə im-
kan verir və bütün bunlar cəm halda yazıçının fərdi bədii üslubunu sə-
ciyyələndirir. Fərdi üslub isə əsasdır və yazıçının orijinallığı onun fər-
di üslubu ilə müəyyənləşir. Məhz bu cəhətə əsasən, A.P.Çexov ya-
radıcılığa yeni başlayanların gələcək yazıçı taleyi barədə onların ilk
əsərlərindən alınan təəssüratla fikir söyləmək mümkün olduğunu qeyd
edirdi:”Bilirsinizmi, ...təzə yazmağa başlayan yazıçını hər şeydən
əvvəl, dilinə görə mühakimə etmək olar. Əgər müəllifin ”üslubu”
yoxdursa, o heç vaxt yazıçı olmayacaqdır. Əgər onun öz üslubu, öz
dili varsa, o, bir yazıçı kimi ümidsiz deyildir. Onda onun yazısının
12
başqa cəhətləri haqqında da mühakimə yürütmək olar”
1
.
Sənətkarın fərdi üslubu onun təhkiyə ustalığı, xalq dilindən
necə istifadə etməsi və hansı bədiilik prinsipinə əsaslanması ilə
şərtlənir.
***
Yazıçının dil mədəniyyəti, bir tərəfdən, onun dil-nitq normala-
rına necə əməl etməsi ilə, digər tərəfdən, dilin təbii imkanlarından
istifadə ustalığı ilə bağlıdır. Nitqin səlisliyi, aydınlığı, məntiqiliyi, sa-
dəliyi, dəqiqliyi, zənginliyi, ardıcıllığı, təmizliyi, təsirliliyi, axıcılığı,
sinonim vasitələrlə, məcaz növləri ilə dolğunlaşdırılması kimi
əlamətləri var ki, bunlar daha çox bədii dilə aiddir. Normalar şərt say-
ılırsa, ədəbi dilin bütün normaları (fonetik, leksik, frazeoloji, qram-
matik və üslubi normalar) eyni dərəcədə nəzərə alınmalıdır. Bu nor-
malar daxilində bədii üslub materiallarının yuxarıda qeyd etdiyimiz
bütün əlamətlərini yoxlamaq, yazıçının uğur və nöqsanlarını üzə çıx-
armaq mümkündür. Hər bir yazıçının sənətkarlığı onun dildən istifadə
ustalığı ilə bağlıdır.
Qrammatik normalarla yanaşı, üslubi normalar da var və
bunlar yazıçının istedadından, dili duyma qabiliyyətindən, zövqündən
daha çox asılıdır. Buna görə də yazıçıları bəzən dili ”distillə” etməkdə,
bəzən də əksinə, onu şivə materialları, jarqon ünsürləri, xüsusi sahə
sözləri ilə yükləməkdə təqsirləndirmişlər. Dilin qrammatik dəqiqlik
meyarı ilə poetik dəqiqlik meyarı arasında fərq var. Bədii əsərin dili
üzərində işləyərkən yazıçını fikir və hisslərin təbiiliyi, hadisə və
obrazların müəyyən metod əsasında təsviri maraqlandırır. İncsənətin
dili, hər şeydən əvvəl, incəsənətin öz mövqeyi ilə müəyyən edilir. Rus
həyatını təbii əks etdirən A.İ.Gertsenin dili haqqında İ.S.Turgenev de-
yirdi:”Onun dili ağılsız dərəcədə qaydasızdır, bərbaddır.” A.S.Puşkin
zarafatla deyirdi: ”Mən rus dilini qrammatik səhvsiz sevə bilmirəm”.
Bu cür ”səhvlər” üslub korluğu, qrammatik savadsızlıq deyil,
dilin mövcud qaydalarına istinad edərək, onu semantik və üslubi
cəhətdən zənginləşdirmək yolu ilə normadan çıxmadır. L.V.Şerba
göstərirdi ki, ”adamda norma hissi tərbiyə edilmiş olduqda, o,
əsaslandırılmış şəkildə normadan kənara çıxma hallarının ecazkar-
lığını hiss etməyə başlayır.”
Yazıçı dilində normadan kənara çıxma halları bir də onunla
1
À.Ï.×åõîâ î ëèòåðàòóðå. Ìîñêâà, 1955, ñ.301.
13
əlaqədardır ki, bədii dil, xüsusən nəsr dili yekcins deyildir. Nəsr dilin-
də yazıçı təhkiyəsi obraz nitqi ilə çulğaşmış şəkildə olur, bədii dil bu
ikisinin sintezindən yaranır. Lakin müəllif təhkiyəsinin özü də yekcins
olmur. Həqiqi müəllif təhkiyəsi ilə (məs.: ”Böyük dayaq” romanında
M.İbrahimovun yazıçı təhkiyəsi) şərti müəllif təhkiyəsini (məs.: ”Kör-
püsalanlar”da Səriyyənin, Adilin təhkiyəsi) və eyni zamanda, həqiqi
müəllif təhkiyəsi ilə şərti müəllif təhkiyəsinin qarışdığı, qovuşduğu,
növbələşdiyi halları fərqləndirmək lazımdır. Şərti müəllif təhkiyəsi
obrazın mövqeyindən, peşəsindən, ictimai və fərdi-psixoloji
keyfiyyətlərindən asılıdır. Bütün bunlar bədii əsərdə müəllif və
obrazların nitq normallığının amplitudlarını təyin edir.
Ciddi-ənənəvi nəsr dilində - M.İbrahimov, H.Mehdi kimi
yazıçılarımızın əsərlərində yazıçı təhkiyəsi əksərən ədəbi dil norma-
larına uyğun olur. Yazıçı imkan daxilində ədəbi dilin söz sırasına, mü-
rəkkəb cümlə komponentlərinin yerinə, söz və ifadələrin, morfoloji
vahidlərin düzgün seçilib işlədilməsinə əməl edir, loru, vulqar
sözlərdən, dildə sabitləşməmiş alınmalardan qaçır, hadisə və
obrazların dolğun və hərtərəfli təsviri üçün çoxmənalılıq və sinonimlik
prinsiplərini ön plana çəkir, lazım gəldikdə təhkiyəyə kinayə çaları
hopdura bilir. Bu zaman səlislik və təmizlik baxımından gözə dəyən
qüsurlar əksərən yazıçının fərdi yaradıcılıq qüsurlarıdır. Məsələn,
”Biçənək düzünə doğru gedən hündür boylu, enli kürəkli kişi niyəsə
ulduzları aysız görüb belə fikirləşirdi” (S. Azəri. ”Duman çəkilir”)
cümləsində ”niyəsə” sözü məhdud şivə çaları ilə yazıçı təhkiyəsində
yerinə düşmür və bu cür qüsurlar çoxaldıqda yazıçı üslubunun mədəni
səviyyəsinə mənfi təsir göstərir.
Ciddi-ənənəvi nəsr dilindən danışarkən bir xüsusiyyəti də un-
utmaq olmaz. Bəzən müəllif təhkiyəsi obraz nitqi ilə birləşdirilir,
müəllif öz nitqində obraz düşüncəsinin məhsulu olan söz və ifadələr
işlədir, xarakterin, hadisənin təsviri üçün öz nitqini obraz nitqi
səviyyəsinə ”endirir”: ”Yenə adamlar yığıldı. Bu gün qara camaatdan
başqa, ”qazonni” adamlar da var idi. Misri çuxasının boynu yağlan-
mış, Buxara papağının zağarası getmiş bir çal kişi böyük yerlərdən da-
nışırdı.” (Mir Cəlal,”Dirilən adam”) Burada”qazonni” sözünü müəllif
ona görə dırnağa almışdır ki, həmin söz obraz nitqinin elementidir.
Həmçinin bu parçadakı ”qara camaat”, ”zağarası getmiş”, ”böyük
yerlər” ifadələri də müəllif təhkiyəsində Qədirin düşüncəsinin
məhsuludur.
Qeyd etdiyimiz kimi, şərti müəllif obrazı ilə təhkiyəçi müəllif
obrazını eyniləşdirmək olmaz. Şərti müəllif obrazı müəllif nitqi
Dostları ilə paylaş: |