17
praktik işi ilə yanaşı, Azərbaycan dilini ilk dəfə dövlət dili səviyyəsinə
qaldırdığına görə qiymətləndiririk. Füzuli Azərbaycan dilinin zəngin
leksik tərkibini, qrammatik xüsusiyyətlərini əhatə edən bir abidə
yaratmışdır. Bu abidə ən zəngin və mürəkkəb fikirlərin hələ 500 il
əvvəl də ifadə edilməsinin mümkün olduğunu sübut etmişdir. Klassik
şerin zirvəsi Füzuli, orta üslubun zirvəsi Xətai, el ədəbiyyatının zirvəsi
Qurbani və onların müasirləri öz böyük sənətləri ilə sadələşdirmə,
xəlqiləşdirmə, demokratikləşdirmə yolu ilə Azərbaycan ədəbi dilini
milli axara yönəltmişlər.
Xalq dili bədii dilə olduğu kimi, xam material şəklində
gətirilməməlidir. Xalq dili materialı yazıçı tərəfindən işlənməli, lazım-
sız elementlərdən təmizlənməli, poetik normalar əsasında
gücləndirilməlidir. Üzərində işlənməmiş dil artıq şeylərlə yüklənmiş
olur, oxucunu yorur. Belə dil təsirsiz və gücsüzdür.
Xalq dilinə bələd olma səviyyəsinə görə həqiqi sənətkar
hamıdan, hətta dilçi-tənqidçidən də fərqlənir və yüksəkdə durur.
Yazıçı imkan daxilində bədii dili alınmalardan, xüsusən yersiz
alınmalardan qorumalıdır; obraz nitqinin tipikləşdirilməsi prosesində
alınmalara son dərəcə ehtiyatla yanaşılmalıdır. Hadi, Cavid kimi
böyük sənətkarların bədbəxtliyi milli dilə birtərəfli münasibətləri, qatı
türkçülük meyilləri ilə bağlıdır. Müasir ədəbi prosesin ən mühüm
keyfiyyətlərindən biri budur ki, bizim yazıçılar milli dilə son dərəcə
həssas olub, ona məhəbbət və sevgi ilə yanaşırlar. Xalq dilinə bələd
olma, ondan faydalanma qabiliyyəti son 20-30 ildə yaranmış nəsr
əsərlərinin dilini sevdirir. Anar, Elçin, F.Kərimzadə, Y.Səmədoğlu,
İ.Məlikzadə, S.Azəri, M.Süleymanlı kimi yazıçılarımızın dili xalq di-
linin dərin qatlarına nüfuz edə bilmə imkanları, bədiilik və obrazlılıq
keyfiyyətləri ilə rəğbətlə qarşılanır, oxucunu özünə çəkir. Onların yazı
maneri bir-birindən fərqlənsə də, ənənəvi nəsr dilini müasir oxucunun
zövq və tələblərinə uyğun səviyyədə qurmaqla sənət xəzinəmizi
zənginləşdirirlər.
Bütün böyük sənətkarlar öz əsərlərində şivə materiallarından
faydalanmışlar. M.Şoloxovun ”Sakit Don” əsərində Panteley Prokof-
yeviç, Qriqori Melexov, Nataşa, Aksinya və başqalarının nitqi Don
kazaklarının ən rəngarəng şivə xüsusiyyətləri ilə işlənmişdir. Mirzə
Cəlil,
Ə.Haqverdiyev, N.Vəzirov, A.Şaiq kimi klassik
sənətkarlarımızla yanaşı, S.Rəhimov, İ.Əfəndiyev, M.Hüseyn,
Ə.Vəliyev və başqa yazıçılarımız da obraz nitqini şivə xüsusiyyətləri
ilə fərdiləşdirmə prinsipindən geniş istifadə etmişlər. Bədii dildə şivə
leksikasından qaçmaq olmaz. Dilin rəngli və bədii olması, obraz
18
nitqinin tipikləşdirilməsi, ədəbi dilin zənginləşdirilməsi üçün ümumx-
alq dilinin qolları - dialekt və şivələr zəngin material verir. Lakin şivə
elementləri ilə dili zibilləmək, bədii dili məhəlli dilə çevirmək olmaz.
Vulqar söz və ifadələr xalq dilinin qədim və təbii laylarından-
dır. Obrazın təbii bir insan kimi hərtərəfli təsviri üçün vulqar söz və
ifadələr müəllifə geniş imkanlar verir. Lakin bədii əsərdə vulqarizm-
lərin hüdudu olmalıdır. Yazıçı vulqarizmlərin yaratdığı süni komiz-
mə aludə olmamalıdır. Bizim yazıçılar bədii dilin bu cəhətinə xü-
susi diqqət yetirmişlər. Lakin bəzən komizm xatirinə kobud sözlərə
əsərdə geniş yer verildikdə tənqid daha amansız olmuş, bir bəhanə ki-
mi, repressiyaya havadarlıq etmişdir
1
.
Yazıçı öz əsərinin dili üzərində işləməyi bacarmalıdır. Bu
sahədə L.N.Tolstoyun təcrübəsi hamıya məlumdur.
Bədii ədəbiyyatın birinci ünsürü, bilavasitə predmeti olan söz
dil işarələri sistemində xüsusi yer tutur. Elmi və bədii fikrin təzahürü
sözdən başlayır. Funksiya dairəsinin genişliyi, universal xarakteri ilə
bir çox cəhətdən yüksək semantik qiymətə malik olan söz adlandırma,
məlumat vermə, ümumiləşdirmə, danışanın və dinləyənin
münasibətini, hisslərini ifadə etmə qüdrətinə malikdir. Dil ”ölü əsər
yox, fəaliyyətdir”, ”əbədi təkrar olunan qüvvədir”. (V.Humbolt), Dilin
fəaliyyəti isə onun daxilində, məna sistemində, onun konkret işlənmə
hallarında təzahür tapır. Buna görə də yazıçı ümumxalq dili dənizini
səbr və zəhmətlə nəzərdən keçirməli, fikrin, anlayışın onlarca
ifadəçilərindən daha dəqiq və sərrast olanını, ekspressiv yüklü dil
vahidlərini sənətin ilkin elementləri kimi birləşdirməli, təsviri zəruri
olan fikrin yüksək səviyyədə ifadəsinə nail olmalıdır.
A.Fadeyev sənətkar əməyinin çətinliklərindən bəhs edərək ya-
zırdı: ”Yazıçının qarşısında nəhəng söz, anlayış dənizi durur: hər hansı
fikrin, obrazın ifadəsi üçün on, on beş, iyirmi söz yada düşür. Lakin
necə edəsən ki, gördüyünü, demək istədiyini son dərəcə dəqiqliklə
deyə biləsən!” 20-30-cu illərin satira ustaları İ.İlf və Y.Petrov yalnız
mövzu, ideya, obraz üçün deyil, hər bir söz üçün də əzablı, ara-
sıkəsilməz mübahisələrlə dolu yaradıcılıq yolu keçmişlər. Bu cəhətdən
bizim ədəbiyyatımızda M.İbrahimovun bədii dili nümunə sayılmalıdır.
”Yazıçını bürüyən ümumxalq dili dənizinin dalğaları sahilsiz
və dibsizdir”. (İ.S.Turgenev) Yazıçı bu dalğaları öz sənət məcrasına
uğurla yönəltdikdə onun əsərinin dili də dəniz dalğaları kimi parlaq və
1
Áó áàðÿäÿ ÿòðàôëû ìÿëóìàò ö÷öí «Êîìèê-áÿäèè âàñèòÿëÿð» (Áàêû, 1983, ñ.41-
45) êèòàáûìûçà áàõìàã îëàð.