Азярбайжан милли елмляр академийасы


Dialoq mətnlərində ekzotizmlər



Yüklə 1,58 Mb.
səhifə41/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   37   38   39   40   41   42   43   44   ...   78
Flora-Namazova-Dissertasiya

Dialoq mətnlərində ekzotizmlər. Ekzotizmlər yad dilin elementləri, leksik varlığı olub, həmin xalqın, millətin məişət tərzini, adət-ənənəsini, milli mentalitetini əks etdirir. Ekzotizmlər dialoji mətnlərdə hər hansı bir xalqın mədəni və etnoqrafik detallarını nəzərə çatdırmaq üçün istifadə olunur. Məs.: madmazel, viski, tuzem, mafiya və s.

Canişin – Xoş gəlmisiniz, madmazel. Sizi gördüyümə çox şadam [46, s.5]. Bu fransız ekzotizmidir, müraciət bildirir. Müraciət bildirən ekzotlara ser, mister, cənab və s. sözləri də misal göstərmək olar.

Seyid Hüseyn – Xaricilər bizim köçəriləri tuzem adlandırırlar [46, s.35].

Dramların dilində italyan ekzotizmi olan “mafiya” sözünə də rast gəlirik. Aynur – Mafiya yaradanlar, alçaqlar! [46, s.88].

Dildə işlənən ekzotizmlər alınma sözə çevrilə bilər. Bu, əsasən, ekzotik sözün ifadə etdiyi əşya ilə birlikdə mənimsənilməsi zamanı olur. Ümumiyyətlə, ekzo­tizm­lə­rin alınma sözə çevrilməsi prosesi dildə proqressiv hadisədir. Bu hadisə dilin leksik tər­kibinin zənginləşməsinə öz müsbət təsirini göstərir. Məsələn, vaxtilə ekzotik söz olan piano (musiqi alətinin adı) indi dilimizdə alınma sözlər cərgəsində xüsusi yer tut­muşdur. Musiqi alətlərinin adını ifadə edən balalayka (Rus simli musiqi aləti), ban­du­ra (Ukrayna simli musiqi aləti), gitara (İspan simli musiqi aləti), qonq (İndoneziya zərb musiqi aləti), handura (Abxaz, açar simli musiqi aləti) və s. də belə sözlərdir. Bunlar hamı tərəfindən aydın dərk edilir və geniş iş­lə­nən sözə çevrilmişdir. Qeyd edək ki, İ.Əfəndiyev piano sözündən dramlarında çox istifadə etmişdir.

Beləliklə, İlyas Əfəndiyevin dramaturgiya di­lində qeyd olunan müəyyən söz qrupları bədii dilin təsvir imkanlarını xeyli ge­niş­lən­­dirir, yazıçının dil və üslubunu zənginləşdirir, digər xalqlar, dialektlər haqqında təsəvvürləri artırır.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə