Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə43/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
Flora-Namazova-Dissertasiya

Kamran – Gərək ki, siz Mələk Kərimova haqqında danışırsınız? Zara – Bəli, ona Mila da deyirik [46, s.189]; Davud – Yox dostum. Mən bu gözəl yer planetinin gözəllik, ülviyyət aşiqi olan bir məxluquyam. Bax, ata-ananız sizə Musa adı qoyub. Siz onu döndərib Musiq eləmiziniz. Musiq – Mən eləməmişəm, bunlar eləyib. Davud – Musa kimin adı olub? Musik – Atam-anam da mənə ad tapıb qoyublar da…Bizim məhəllədə tın-tın Musa var, əclafın biridir. Peşəsi eyzən ondan-bundan donos yazmaqdı. Davud (qəzəblə) – Mussa – Musa peyğəmbərin adıdır, bilirsinizmi? [46, s.174].

Dram əsərlərində işlənən şəcərələr antroponimik vahidlər vasitəsilə sadalanır: Şahzadə – İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağın gözəl şairəsi Xurşidbanu bəyimə öz dərin hörmətimi bəyan etməklə bəxtiyaram [46, s.33].

Dramlarda antroponimin həm adi, həm də məcazlaşan növü işlədilir. Məs.: Şahzadə - Bəli, Banu bəyim, Firdovsinin, Hafizin, Sədinin kəlamilə dil açan şəxs şeiri-sənəti sevməyə bilməz.

Digər bir dialoqda Şahzadənin nitqində bu şəxs adları sinekdoxa şəklində məcaziləşir, ümumilik ifadə edir: Şahzadə (Xurşidbanunun sözünün üstündən keçərək) - İran şahları həmişə şeirin, sənətin himayədarı olmuşlar. Firdovsilər, Sədilər, Hafizlər o böyük qayğı və məhəbbətdən ruh almışlar [46, s.33].

A.Qurbanov bu xüsusda yazır: “Antroponimik prosesin səciyyəvi semantik cəhətləri ciddi axtarış, tədqiqat tələb edir. Xüsusi şəxs adları apelyativ sözlərdən yalnız leksik mənasına görə deyil, həm də qrammatik məna əlamətlərinə görə fərqlənir. Məsələn, şəxs adlarına -lar, -lər cəmlik şəkilçisi artırılanda çoxluq bildirməkdən başqa, müəyyən bir ictimai qrup anlayışı da əmələ gəlir:

Sizin güldüyünüz çoban torpağı

Nizamilər, Füzulilər yetirmiş (S.Vurğun)” [1]

Həmin obrazın nitqində antroponimlər təşbeh-mü­qayisə səviyyəsində də təqdim olunur. Məs.: Şahzadə – Etiraf edirəm ki, biz azərbaycanlıların zəkasını, cəsurluğunu lazımi qədər qiymətləndirməmişik… Axı, İranın şah İsmayıl kimi, Nadir şah kimi qəvi hökmdarları azərbaycanlı olmuşlar. Mən hələ Qacarları demirəm [46, s.34].

Bəzən üslubi effekt yaratmaq üçün personaj obrazın əsl adını çəkmir. Məs.: “Bizim qəribə taleyimiz” dramında Davud – Xanımlar və ağalar! Biz dünyanın gözəlliyi üçün yaranmışıq. İcazənizlə mən bu kəhrəba rəngli şampan şərabını əxlaq və gözəllik timsalı olan Mələk xanımın şərəfinə qaldırıram. (Canik pıqqıldayıb ağzını tutur). Ağalar! Mən qəsdən Milanın əsl adını dedim. Mələk gözəllik, lətiflik, cazibədarlıq deməkdir [46, s.185].

Dialoqun iştirakçısı adın mənasını açır. O, Mila adı ilə Mələk adının məna yaxınlığını göstərir.

Dialoq iştirakçıları adın əzizləmə çalarlı əlavəsini işlədir. Dialoq nitqində biri-birinin əlavəsi kimi verilir: Məs.: Cavanşir – Canik: Kamran – Sənin oğlun Cavanşir – yəni Canik cinayətkardır [46, s.190].

Ad (şəxs) məsələsi dramaturqun, demək olar ki, bütün əsərlərində özünə müəyyən ideyaları həyata keçirmək baxımından yer tutmuşdur. Məsələn, “İşıqlı yollar”dakı bir epizodda müəllif advermə ənənələrinə toxunur. Lalə kənddən gələn dörd gənci ətrafına yığır: Lalə. İndi əyləşin, bir-bir adlarınızı deyin yazım. Cəfərqulu (cüssəli gənci göstərərək). Laçın Alı oğlu. Lalə yazır. Kərim (Cəfərqulunun təqdim etməsini gözləməyərək). Kərim Dayandur oğlu! Cəfərqulu (gödək, yoğun cavanı göstərərək). Potuş Mürsəl oğlu. Potuş (hirslənir). Potuş nədi, ə? (Laləyə) Mənim adım Poladdır. Lalə gülümsəyərək yazır. Cəfərqulu. Murad Həsən oğlu...Vəssalam. Lalə. Bəs siz? Cəfərqulu . Bizi də yazırsınız? Lalə. Tez olun, müdir bu saat gələcək. Cəfərqulu. Baş üstə, Cəfərqulu Alıqulu oğlu Dünyamalı. Lalə. Necə? Necə? Potuş pıqqıldayıb, ağzını əli ilə tutur. Cəfərqulu. (Potuşa acıqlanaraq). Bəsdir ha.. Bura kənd deyil. (Laləyə). Neyləyək, ata-anamız qoyan addır da... dəyişdirəsi deyilik ki! Lalə. Mən sizə nə dedim? Məgər, dedim pis addır? Cəfərqulu (acığı soyumuş halda). Yazın Cəfərqulu. Lalə (gülümsəyir). Elə təkcə Cəfər desək olmaz? Cəfərqulu. Siz desəniz olar...Amma başqaları desə, olmaz! Lalə. Nə üçün? Kərim. Çünki ata babasının adı Cəfərdir, ana babasının da adı Qulu... Bu olanda atası ilə anası arasında dava düşüb... Lalə. Narazılıq olmasın deyə, ikisini də birləşdiriblər, olub Cəfərqulu [55, 2 c., s.54].

Çox maraqlı dialoqdur. Müəllif-dramaturq adın gözəl və mənalı olmasına, adların əzizləmə çalarlarına toxunub.

“On manatlıq lüstr” pyesində də ad məsələsi qabardılır. Məs.:



Müstəntiq. Dünyamalıyeva sizsiniz? Firəngiz. Bəli. Müstəntiq. Adınız.. Firəngiz. Fira... Müstəntiq. Bəs əsli! Firəngiz. Firəngiz. Müstəntiq. Niyə Firəngizi Fira eləmisiniz? Firəngiz (çiyinlərini çəkir). Elə yaxşıdır. Canikin də Fira xoşuna gəlir. Dia da ordaydı ki.. Müstəntiq. Diləfruz Cəbiyevamı? [55, c.2, s.282, 383].

İ.Əfəndiyevin dram əsərlərində şəxs adının əzizləmə formasından çox istifadə olunur:




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə