Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə39/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   35   36   37   38   39   40   41   42   ...   78
Flora-Namazova-Dissertasiya

Köhnəlmiş sözlər. Dildə bu və ya başqa sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin nəticəsidir. Buna görə də bu və ya digər sözün köhnəlməsi üçün süni olaraq sərhəd qoymaq mümkün deyildir. Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir. Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə və xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur. Bütün bunlara əsasən də sözün köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır [100, s.7].

İ.Əfəndiyev tarixi dövrə aid müəyyən əhvalat və ya hadisənin təsvirində həmin dövrü daha qabarıq canlan­dırmaq üçün köhnəlmiş sözləri personajların nitqinə gətirmişdir. Belə sözlərə dramaturqun tarixi mövzuda yazdığı pyeslərdə daha çox rast gəlmək olur. Əsərlərdəki köhnəlmiş sözlər, əsasən, təhsil sistemi, pul vahidlərinin adlarından ibarət olur. Məsələn, “darülfünun” – universitet mənasında: Şahzadə xanım (bir növ istehzalı təbəssümlə) – Demək sən o vaxtdan qiyamçı imişsən. (dərindən nəfəs alaraq) Amma sən, mənə göydən düşmüş bir mələk kimi görünürdün. Tehran darülfünununun heç bir tələbəsi, mənim zadəgan sinfimin heç bir oğlanı sənə bənzəmirdi. Mən darülfünuna təzə daxil olmuşdum… (ŞX, s.149).

Donluq” sözü. Fəriş – Siz elə bilirsiniz ki, mənim şefliyimdə olan kababçılar boyunlarına alacaqlar ki, hərəmiz gündə Fərişə üç yüz pul veririk? Ya məndən pul dartan nəçərniklər deyəcəklər ki, bəli hərəmiz ayda Fərişdən beş yüz manat donluq alırıq? [46, s.193].

Artıq sovet quruluşunun bir çox məfhumları köhnəldiyi kimi, onları ifadə edən sözlər də köhnəlmişdir. Məsələn, köhnə maşın adları: Pobeda, Volqa və s.

“Xurşidbanu Natəvan” dramında tarixizmlər çoxdur. Dramda təsvir olunan dövrün tarixi cəhətlərini gerçəkləşdirmək məqsədilə xan, ərbab, kəndxuda, şah, xurcun, daxma, xış və s. sözlər işlədilmişdir. Bunlar məzmun etibarilə vəzifə, məişət adları ilə əlaqədardır. Belə sözlərdə ifadə olunan anlayışlar artıq köhnəlib sıradan çıxmışdır.

Dramların dilində, az da olsa, semantik arxaizmlərə də rast gəlinir. Dramaturq danışıq dilində mövcud olan semantik arxaizmləri uğurla bədii dilə gətirmişdir. Bir sıra hallarda semantik arxaizmlər müsbət məzmunla yüklənərək, təxminən, tarixən işlək olduğu mənada götürülür” [138, s.31].

İ.Əfəndiyevin pyeslərinin bir çoxunun mövzusu kənd və kolxoz həyatından bəhs etdiyi üçün kənddə sosializm dövründə gedən tikinti, abadlıq işləri ilə əlaqədar söz və ifadələr də əsərlərdə üstünlük təşkil etmişdir. Məs.:

Təsərrüfat-məişət leksikası: manqa, keçici qızıl bayraq, sarı buğda, arpa çörəyi, əmək­günü, qızıl zəmilər, qızıl inək, yüksək məhsul, asfalt küçələr və s.

Köhnə məişət və vəzifə bildirən sözlər: Alxan. Qalmaqal Mədədin cındırından cin hürkərdi, indi toy-bayramda geyinib məclisə çıxanda deyirsən görən hansı hampadır. Pəri oğlu Xanmuradın atası il on iki ay cırıq çovustanda olardı. Amma indi oğlu şəhərdən nikil çarpayılar gətirir [53, c.2, s.252]; Narıngül. A kişi, sən də elə danışırsan ki, elə bil, ölkə dərəbəylikdir. Qoy o adam qeydə qalsın ki, (Nəcəfə istehzalı bir nəzər salaraq) arvadını eləyib xanım, oturdub evdə, özü də olub Almurad bəyin darğası, harda aşdır, orda başdır [53, c.2, s.268].

Pyeslərin dilində bir sıra mürəkkəb idarə-təşkilat adları da artıq semantik cəhətdən köhnəlmiş və istifadədən qalmışdır. Məs.: Uğur. Demək, sən də Dövlət Nəzarəti Nazirliyində işləyirsən? [53, c.2, s.276]; Niyaz. İndi mən kənd sovetinə gedirəm [53, c.2, s.278], Qulu. Budur, indi qoskontrol tələb edir. Nə cavab verim? [53, c.2, s.284].

Keçmiş quruluşla əlaqədar köhnəlmiş sözlər. Nəcəf. Mən on il ona-buna muzdur olmuşam! Uğur. Muzdur olmusan deyə gərək işə getməyəsən? [53, c.2, s.284].

Qulu. Dediyin odur ki, sənin ucundan iki-iki adam gedək girək qazamata? [53, c.2, s.285].


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə