Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə38/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   34   35   36   37   38   39   40   41   ...   78
Flora-Namazova-Dissertasiya

Yeni sözlər. Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin strukturunda gedən inkişaf, ilk növbədə, tarixi-ictimai mühitin dəyişməsi ilə bağlı olaraq köhnəlmə-yeniləşmə prosesinin qüvvətlənməsi ilə nəzəri cəlb edir. Hər iki proses dil düşüncəsində dialektik vəhdətdə özünü göstərir.

Hər bir dilin inkişafında və xalqın ictimai həyatında neologizmlərin mühüm rolu vardır. Yeni anlayışlar belə sözlərdə öz ifadəsini tapır. Burada, aydın məsələdir ki, sosial dəyişikliklərlə, elmi-texniki inkişafla əlaqədar meydana çıxan anlayışların dil vahidləri ilə təzahürü başlıca şərt sayıla bilər.

Yeni sözlər, əlbəttə, ifadəli, ekspressiv-emosional təsir gücünə malik olan sözlərdir. Bunlar üslubi neologizm kimi fəaliyyət göstərir, dramaturq tərəfindən yaradılır, perso­najın nitqinə daxil edilir. “Bədii yaradıcılıq prosesində dildə olan sözlər, ifadələr yeni formada, yeni mənada, yeni rəngdə canlandırılır. Neologizmlərin bədii əsərlərdə yaran­ması, işlənməsi müəyyən şərtlərlə, məqsədlərlə, məqamlarla əlaqədardır. Yazıçı bədii tipi xarakterizə edərkən, səciyyə­lən­dirərkən, tiplərin bir-birinə münasibətini aydınlaşdırar­kən, bədii qayəsini daha inandırıcı, parlaq ifadə edərkən həmin üslubi vasitəyə əl atır” [138, s.36].

İyas Əfəndiyev dilimizin lüğət tərkibində olan sözyara­dıcılığı modellərinə uyğun söz və ifadələr yaratmışdır. O, neologizmləri mövcud şəkilçilərlə, sözlərin mürəkkəb­ləşməsi yolu ilə, substantivləşmə, sözün yenidən mənalan­dırılması və s. üsulları ilə formalaşdıra bilmişdir. Demək olar ki, ədib bütün sözyaratma vasitələrini hərəkətə gətirir, “sözyaratma prosesi müxtəlif nitq hissələri üçün tipik olan rəngarəng sözdüzəldici elementlər vasitəsilə fəallaşır” [188, s.247].

Dramaturq sovet dövrünə müvafiq olan yeni sözləri obraz və personajların nitqinə gətirmişdir. Məs.: seçici, keçici, buzdolabı, yenilik, yenilikçi, önlük, qəlibçi, bitiş, peşəyönümü, uyar (müvafiq sözünün əvəzinə), ömürlük və s.

İlyas Əfəndiyevin iki formada – söz və söz birləşməsi formasında yaratdığı neologizm­lər estetik cəhətdən özünü doğruldur, üslubi-qrammatik hal kimi də yazıçı tərəfindən əsaslandırılır, süni təsir bağışlamır. Belə sözlər müəyyən üslubi funksiyanı yerinə yetirir, mənalı və emosional şəkildə bu və ya digər hadisəni təsvir edir, üslubi imkanlar zənginləşir.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə