Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə34/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   30   31   32   33   34   35   36   37   ...   78
Flora-Namazova-Dissertasiya

Davud – …ilahi! Mələk xanım, Mila! Mən o mavi göy­lərə sizsiz uçmaq istəmirəm [46, s.184]; Həbib – Biz ki, o barədə xəyallarımıza ucsuz-bucaqsız meydan vermişik [46, s.72].

Loru sözlər. Loru sözlər deyərkən, dildə ifadə etdiyi mənasına görə nisbətən saya xarakterli olan söz qrupunu nəzərdə tuturlar. Loru sözlər də bədii əsərlərin dilində hadisəni real və canlı təsvir etmək, surət nitqini fərdiləşdirmək və emosionallıq üçün istifadə olunur.

İ.Əfəndiyevin dram qəhrəmanlarının hər birinin özünəməxsus söz ehtiyatı vardır. Bəzilərinin nitqi normadan kənara çıxmır, bəziləri isə fikirlərini qeyri-normativ, qeyri-ədəbi loru sözlərlə ifadə etməyə məcbur olur.

Qeyri-normativ leksikanın və frazeologiyanın, qeyri-normativ söz variant­larının, loru dil ünsürlərinin, vulqarizmlərin bədii əsərə gətirilməsi XIX əsrin ortala­rından sonra daha da güclənmiş və rəngarəng hal almışdır. Belə bir vəziyyət müşahidə edilir ki, qeyri-normativ dil vasitələrinin sosial-nitq xarakterologiyası və personaj nitqinin fərdiləşdirilməsi məqsədilə işlədilməsi öz dövrünün real danışıq uzusuna və realistik ədəbiyyatın üslubi ənənələrinə tamamilə uyğun gəlir. “Maraqlıdır ki, öz dövrünü başa vurmuş sovet ədəbiyyatında “geniş xalq kütlələrinin” obrazı yaradılarkən yazıçılar qeyri-normativ leksikadan, vulqar sözlərdən imtina edir, sovet adamının nitqini daha çox ədəbi dil normalarına müvafiq tərzdə qurmağa üstünlük verirdilər. Burada, əsasən, loru dil elementləri, dialekt ünsürləri, jarqon və sənət-peşə leksikası müəyyən çərçivə daxilində epizodik şəkildə təqdim edilirdi” [106, s.93].

İ.Əfəndiyevin yaratdığı komik personajların dilində “lələş”, “cibişdan” kimi loru sözlərə rast gəlmək olur. Qambay. Lələşin, gör nə edəcək [49, c.2, s.32].




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə