Азярбайжан милли елмляр академийасы


Sosial leksikanın sahələri



Yüklə 1,58 Mb.
səhifə31/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   27   28   29   30   31   32   33   34   ...   78
Flora-Namazova-Dissertasiya

2.2. Sosial leksikanın sahələri
Peşə-sənət leksikası. Professional leksikanın tarixi cəmiyyətin yaranma tarixi qədər qədimdir. Onlar müxtəlif ictimai-iqtisadi formasiyalarda insanların əsas fəaliyyət prosesləri ilə sıx əlaqədə yaranmış, xalqın tarixi, adət-ənənəsi, məişəti, həyat tərzi, estetik və etik görüşlərini əks etdirmişdir” [89, c.2, s.174].

Bədii ədəbiyyatda da yazıçı təsərrüfat və iqtisadi həyatdan bəhs edən digər əsərlərində mütləq peşə-sənət sözlərinə müraciət edir. Xüsusən də kolxoz təsərrüfatı peşələri kənd həyatından bəhs olunan əsərlərdə real əksini tapdığı üçün orada həmin sahəni əks etdirən bağ briqadiri, hesabdar, aqronom, şotovçuluq, anbardar, dülgərlik, bənna (“Bahar suları” dramında) kimi leksik vahidlər üstünlük təşkil edir. Obraz və personajların nitqində işlənən bu tip sözlər bəhs olunan sahənin işləri, orada çalışan zəhmətkeşlərin fəaliyyəti ilə oxucunu ətraflı tanış edir. İlyas Əfəndiyevin “Bahar suları” dramında bir kolxozun timsalında ona məxsus peşələrin və onu ifadə edən sözlərin toplusu ilə yaxından tanış oluruq: Narıngül. Kolxozdur, sənin əmrin iki yüz gün almaqla aşır, mənimki yüz günlə.. Balam, bu sən Nəcəf deyilsən ki, ha adını qoymusan bağ briqadiri, amma sən səhərdən axşamacan bazarlarda meyvə satırsan? [53, c.2, s.248]. Alxan. Yüz sentner götürəndə hökumət qəhrəman adı verir, döşünə qızıl medal taxır... [53, c.2, s.253].




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə