Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə30/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   26   27   28   29   30   31   32   33   ...   78
Flora-Namazova-Dissertasiya

Səlim. Ölkəyə on yeddi milyon nefti mexaniki surətdə hərəkət edən hissiz-duyğusuz kaçalkalar deyil, insanlar verəcək! [55, c.2, s.56].

Vasilyev A... Çox adam. Çox adam, nəhayət, sizi tresdən ala bildik, hə, indi gərək aparatı tez qurtarasınız... Elmar (narazı halda susur). Bu işlərdən sonra aparat yada düşər? Babadayı (səhnə arxasından). Ştanketləri qoyun qalsın, boruları gətirin [55, c.2, s.57].

Yazıçı dram dilində texnologiyaların son uğurları ilə bağlı formalaşmış termin səciyyəli sözləri tez bir zamanda məhdud sferadan çıxararaq onlara ümumişləklik qazandırır. İ.Əfəndiyevin dram dilində işlənmə intensivliyi ilə seçilən ümumişlək xarakterli terminlər çoxluq təşkil edir. Tədqiqat göstərir ki, dram dilində sırf elmi terminlərin işlənmə intensivliyi zəifdir.

Hərbi terminlər dramda iştirak edənlərin nitqində işlənərək müəyyən mətləblərin yada düşməsinə şərait yaradır. Məs.: Davud – …ölüm raketləri icad eliyən heç bir şeytan dünyanın gözəlliyini, böyük ruhların əbədiyyətini məhv eliyə bilməz! Mila – Siz gözəlliyin əbədiyyətindən danışırsınız. Üst-üstə yığılan atom bombaları isə bu yer planetini, sizi valeh eliyən bütün gözəlliklərilə birlikdə bu gün məhv eliyə bilər… [46, s.172].

“İntizar” pyesində Böyük Vətən Müharibəsi illərində Azərbaycan oğullarının qəhrəmanlığı təsvir olunur. Ona görə də bu pyesdə hərbi terminlər üstünlük təşkil edir. Məs.: patron, çaxmaq, patrondaş, güllə, top mərmisi, süngü, daraq, mayor, yefreytor, pulemyotçu, fişəng, əl bombası, tapanca, general, feldmarşal və s.

Termin səciyyəsi daşıyan sözlər həm personajların nitqində, həm də remar­kalarda işlədilmişdir. Məsələn: Qambayın nitqində: Dörd patrondan üçü bizim, biri də sənin! Al tapançanı. [68, s.23]; Qambay. Əmr edirəm at! Sərrast nişan al! [68, s.23]; Remar­kalarda: Bu zaman atəş güclənir... Yaxında top mərmisi partlayır. Otaq qaranlıqlaşır [68, s.22].

Terminlər pyeslərin mövzusu, dialoqlardakı həm­söhbətlərin ictimai zümrəsi, inkişaf səviyyəsi və müəllifin ideyası cəhətdən əhəmiyyətlidir.

Beləliklə, İlyas Əfəndiyev dramlarının dilində müxtəlif terminlərdən personajların əmək prosesini, iş fəaliyyətini təsvir edən zaman, obrazın peşə və sənətini, vəzifə və rütbəsini göstərən zaman, elm və texnikanın uğurlarını əks etdirən zaman üslubi məqsəd üçün istifadə etmişdir.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə