Азярбайжан милли елмляр академийасы


Onomastik vahidlərin semantikası



Yüklə 1,58 Mb.
səhifə42/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   38   39   40   41   42   43   44   45   ...   78
Flora-Namazova-Dissertasiya

2.3. Onomastik vahidlərin semantikası
Bədii materialların üslubi xüsusiyyətlərinə dair indiyə kimi aparılmış tədqiqatlar göstərir ki, onomastik leksika da bədii əsərin ideya-sənətkarlıq cəhətlərinin oxucuya intensiv şəkildə çatdırılmasına, milli-ərazi koloritinin qüvvətləndiril­məsinə, personaj və obrazların daha canlı yaradılmasına və s. kömək edir. Odur ki, bədii ədəbiyyatın üslubi materialı kimi onomastik adların tədqiqi hər an dilçiləri düşündürən aktual bir mövzu kimi qalmaqdadır [3].

Bədii əsər adları, qəhrəmanların, sıravi tiplərin adları, coğrafi adlar və s. b.k. söz vahidlərinin daşıdığı fikri və hissi məna haqqında Qərb ölkələrində və Rusiyada çox, Şərqdə isə nisbətən az yazılmışdır. Bizim milli şəxs adları­mızda əsasən əsrimizin əvvəlində başlanan yeniləşmənin ilk təşəbbüsçüləri C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, R.Rza kimi sənətkarlar olmuş, bu iş İ.Əfəndiyev, B.Vahabzadə, Anar və başqa yazıçılar tərə­findən davam etdirilmişdir. Axır vaxtlar tarixçi, filoloq və etnoqraflar da şəxs adları üzərində düşünməkdədirlər. Bu müəlliflərin elmi təfəkkür üçün stimul, tədqiqat üçün material kimi aldıqları faktlar arasında, xüsusilə lüğətlərdə İlyas Əvəndiyevdən çoxlu leksik nümunə verildiyinə adi məsələ kimi baxmaq lazım deyil.

Dramaturq, adətən, hər bir dram əsərinin məzmununa uyğun ad seçir. Məsələn, əsas hadisələr şəhər sovetinin sədri Xosrov Atayevin ailəsində baş verdiyi üçün müəllif pyesin adını “Atayevlər ailəsi” qoymuşdur. “Bahar suları” əsərinin, illah onun adının ədəbi təcrübədə, tənqidi məşğələlərdə ayrıca yeri var. Bu adın əsərə təkanverici amil olduğunu, bədiiliklə, şeiriyyətlə səslənən dilinin olduğunu gizlətmirəm” [110, s.101-102]. Əsərlərindən birinə ikinci ad olaraq “Boy çiçəyi” verilməsi təsadüfi seçilməmişdir. Bu, poetik və simvolik addır, əsərin əxlaqi qayəsi, fəlsəfi mənası, estetik idealları ilə bağlıdır. “Yaxşı insanlar, gözəl münasibətlər və mənəvi keyfiyyətlər “boy çiçəyi” deməkdir. Bu, obrazlı kəlamdır. Dağ yerində bitən bu çiçək quruduqdan sonra belə öz xoş ətirini itirmədiyi kimi, yaxşı adamlar da heç vaxt unudulmur, “özləri məhv olsalar da, xatirələri həmişə bizim ləyaqətlə yaşamağımıza kömək edir. Bizim üçün təsəlli olur” [51, 2 c., 171].

Onomastik leksikanın, xüsusən də şəxs adlarının geniş işləndiyi mənbələrdən biri də bədii əsərlərdir. Bədii əsərlərdə onomastik leksika həm adi, həm də üslubi məqamlarda işlədilir. Onomastik lay üslubi məqamda o zaman istifadə olunur ki, onlar müəyyən emosional anlayış ifadə etsin. A.Qurbanov bədii ədəbiyyatda onomastik leksikadan aşağıdakı məqsədlər üçün istifadə olunduğunu göstərir: 1) real həyat hadisələri konkret bir ərazidə təsvir edilərkən həmin yerin adı olduğu kimi saxlanılır; 2) toponimlərdən müəyyən əlamətlə, keyfiyyətlə, hadisə ilə xarakterik olan ərazinin adını ifadə etmək üçün istifadə olunur [3]. Dialoji şəraitdə adlara məxsus emosional anlayışlar obraz və tipə, hər hansı bir hadisəyə aid psixoloji durumun ifadə olunması yolu ilə canlandırılır. Ona görə də adların müəyyən bədii mühitdəki üslubi xarakterini müəyyən etmək toxunulan mövzunun aktual olduğunu təsdiq edən amil kimi diqqəti çəkir. Çünki konkret olaraq dram dilində onomastik adlar vasitəsilə emosional ifadə əlamətləri yaradılır və canlandırılır.

Ümumiyyətlə, İ.Əfəndiyevin dram əsərlərində ad məsələsi aparıcı yerlərdən birini tutur. Onun dram əsərlərindəki ad və soyadların da özünəməxsus semantik xüsusiyyətləri vardır. Yazıçı hər bir personajın, obrazın adının seçilməsinə xüsusi diqqətlə yanaşmışdır. Fərdi-səciyyələndirici adlar milli-etnik mən­subiy­yətinə görə də fərqlənir. Antroponimlərdən bədii ədəbiyyatda personajın əsl və qondarma adını ifadə etmək, adın əzizləmə çalarını əks etdirmək, qeyri-adi, obrazlı situasiyaları vermək üçün və s. istifadə olunur. Məs.: Xurşidbanu – Məgər siz Təbrizlisiniz? Məliküldövlə – Bəli, mən azərbaycanlıyam. Əsl adım da Mirzə Kərimdir [48, s.38.

Demək, burada eyni şəxsin iki adı (Məliküldövlə - Mirzə Kərim) qarşılaşdırılır.



Aynur – Adın nədi? Bayandur – Bayandurdu. Aynur – Nə qəribə addı…Bayandur. Birinci dəfə eşidirəm belə adı. Bayandur (qürurla) – Bayandur qədim addı… [55, c.2, s.306-307]; Həsən Soltan – Mənim əsl adımı bir də təkrar edin, Səhər! Səhər – Tək mənim təkrar etməyimdən nə çıxar! Qoy bütün Azərbaycan xalqı Sizi Araz deyə çağırsın! [46, s.134].

“Bizim qəribə taleyimiz” dramında iştirakçıların ikiadlılığı (biri əsl adı, digəri süni-əzizləmə adı) diqqəti cəlb edir: Samir – Samik, Nərgiz – Nara, Zərxanım – Zara, Mələk- Mila, Cavanşir – Canik, Davud – Dodik.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə