Азярбайжан милли елмляр академийасы


Milli və alınma sözlərin tipikləşdirmə və interferensiya əlamətləri



Yüklə 1,58 Mb.
səhifə40/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   36   37   38   39   40   41   42   43   ...   78
Flora-Namazova-Dissertasiya

Milli və alınma sözlərin tipikləşdirmə və interferensiya əlamətləri. Dram əsərlərinin dilində alınma sözlər personajların nitqində tipikləşdirmə, bəzən də jarqon yaratmaq üçün istifadə olunur. Komik situasiyalarda da belə sözlər yararlı bir vasitəyə çevrilir.

Dramların dilində işlənən sözlərin əksəriyyəti türk mənşəlidir: ev, qonaq, bağça, toy, qardaş, ürək və s. Bu sözlər həyatın hər bir sahəsini əhatə edir.

Alınma sözün interferensiyası müxtəlif nitq şəraitində reallaşır. Məs.: Nəcəf. Deyirlər guya Uğur injinerlə əlbir olub kirli pul yeyib... [53, c.2, s.275], Nəcəf. Qəzəmətə girəndə halını soruşaram [53, c.2, s.294].

Ərəb-fars sözləri: səadət məbədi, rəftar, nəvazişkar, əhd-peyman, təhqiq, ovqat, təlx, cavabdeh, qəbz, şahid, sədr, məhkəmə, ləziz təam, badə, töhmət, ruzu

Rus alınmaları: komissiya, naryad, şlyapa və s.

El arasında rus sözlərinin bəzilərinin oxşar əlamətlərini əks etdirən formaları da vardır. Məsələn, “Atayevlər ailəsi” dramında Sadıqov. Mənim atam, babam şlyapa qoymuşdu? Ya elə bilirsiniz bu çalağan yuvasından çox xoşum gəlir? Zəmanənin tələbidir [53, c.2, s.348].

“Şlyapa” sözünün sanki məna ekvivalenti kimi “çalağan yuvası” ifadəsi uğurludur və yerinə düşmüşdür. Belə söz qruplarının, əlbəttə, zəngin dil xüsusiyyətləri var.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə