5
Buraxılış işində plastik kütlə məmulatlarının istehsah üçün istifadə edilən
yüksək molekulah birləşmələri geniş və ətraflı nəzəri təhlili verilmişdir. Burada
plastik kütlələri istehlak xassələrinin formalaşdıran əsas tərkib materiallarının
texniki iqtisadi göstəriciləri şərh edilir. Bu tərkib materiallarının istehlak
xassələrinin formalaşmasındakı rolu araşdırılır.
6
I. NƏZƏRI HİSSƏ
1.1. POLİMER MATERİALLAR HAQQINDA ÜMUMİ MƏLUMAT
XIX əsrin axırlarından və XX əsrin əvvəllərindən başlayaraq dünyada metal,
ağac, parça və digər təbii materialların iqtisadi cəhətdən daha əlverişli, yüngül,
davamlı aqressiv mühitə qarşı əks dayanan, istənilən formanı asanlıqla ala bilən və
müxtəlif sinıetik materiallarla əvəz olunmasına xüsusi əhəmiyyət verilməyə
başlanmışdır.
Məhz buna görə də bu gün məişətimizi plastik kütləsiz, daha doğrusu,
kimyasız təsəvvür etmək çətindir. Bu fıkiri izah etməyə ehtiyac yoxdur. Ona görə
də, XX əsri çox vaxt «polimerlər əsri» adlandırırlar.
Hələ
XIX
əsrin
birinci
yarısında
təbii
kauçukun
kükürdlə
vulkanlaşdırılmasından alınan ebonit plastik kütlə materiallarının ilk qantınıı
nümunəsi olmuşdur. Bundan sonra nitrit seilüloz əsasında sellüloid, 1897-ci ildə
kazeyin əsasında qalalit kimi plastik materiallar meydana çıxmışdır. Doğrudur, o
dövrlərdə həmin plastik kütlələrin fıziki-mexaniki və kimyəvi xassələri ətraflı
öyrənilməmişdir. Ona görə də onların tətbiq sahələri bir qədər məhdud idi.
Bunlardan xırdavat məmulatları istehsalmda, bəzək işlərində xammal kimi istifadə
olunurdu. Qeyd etmək lazımdır ki, sənayedə ilk sintez polimer adlanan fenoplastlar
XX əsrin əvvələrində L.Bakelandın və Q.S.Petrovun apardığı elmi-tədqiqat işləri
nəticəsində alınmışdır. Yuxanda adlarını çəkdiyimiz alimlərin apardığı elmi-
tədqiqat işləri sonralar öziinə geniş tətbiq sahəsi tapmış və yeni-yeni polimer
materiallarm yaranmasına səbəb olmuşdur.
Hazırda plastik kütlə sənayesi ölkəmizdə xalq təsərrüfatının ən mühüm və
qabağcıl sahələrindən birinə çevrilmişdir. Müasir dövrdə ölkəmizdə baş verən
əsaslı dəyişikliklər, dünyanın inkişaf etmiş, qabağcıl ölkələri ilə əlaqələrin
genişləndiniməsi,
onlarla
muştərək
müəssisələrin
yaradılması.
Bazar
iqtisadiyyatına keçid
:
müəssisələrə müstəqilliyin verilməsi
və istehsal müəssisələrində texnika və texnologiyanın təkmilləşdirilməsi polimer
materialların yeni növiərinin meydana çıxmasına və təlbiqinin genişləndirilməsinə
7
boyük imkanlar açmışdır. Statisıika məlumatı göstərir ki, müasir dövrdə dünya
miqyasında işlədilən materialların təqribən 60%-ni metal, 22%-ni yüksək
molekullu sintetik birləşmələr təşkil edir. Mütəxəssis alimlərin hesablamalarına
görə yaxın gələcəkdə mövcud vəziyyəl kökündən dəyişəcəkdir, yəni tətbiq edilən
materialların 78%-i sintetik polimerlərin. 19%-i isə metalların payına düşəcəkdir.
Hazırda plastik kütlələr istehsalında istifadə edilən istiyə və şaxtaya davamh flüor
tərkibli, müxtəlif silisium üzvi polimetlər radioelektronikada, hava donanmasında
və raket texnikasında geniş işlədilməkdədir. Onu demək kifayətdir ki, təkcə
aviasiya sənayesində plastik kütlədən 10000-dən çox detal növü hazırlanır. Bir
qədər konkret desək plastik kütlələr olmadan raket texnikasının avtomobil və
aviasiya, kimya və maşınqayırma sənaye sahələrinin və təsərrüfatın digər
sahələrinin sürətlə inkişafını təsəvvür etmək çətindir.
Hazırda istehlak mallarının istehlak xassələrinin yüksəldilməsində və çeşid
quruluşunun yeniləşdirilməsi və yaxşılaşdırılmasında kimya sənayesinin xüsusilə
sintetik qətranların və plastik kütlələrin rolunun böyüklüyünü inandırmağa ehtiyac
yoxdur. Demək olar ki, qeyri-ərzaq mallarının bütün novləri arasında bu plastik
kütlə əsasında hazırlanan məmulat nümunələrinin sayı gündən-günə çoxalır.
Ticarət şəbəkəsində plastik kütlədən olan təsərrüfat təyinatlı məmulatlarm çeşidi
genişlənməkdədir. Onların əksər növləri istehlakçıların yüksək rəğbətini
qazanmışdır. Plastik kütlələr həm ənənəvi və həm də eksperiment kimi istehlak
mallarının
çeşidinin
təkmilləşdirilməsinə
və
istehlak
səmərəliliyinin
yüksəldilməsinə hərtərəfli təsir göstərir. Plastik kütlələrdən təsərrüfat, xırdavat,
bəzək, dəftərxana. oyuncaq və digər malların hazırlanması artıq xeyli vaxtdır ki,
ənənə çevrilmişdir.
Bununla yanaşı müxtəlif plastik küılələrdən hazırlanan radio-televiziya
qəbuledicilərinin hissələri, paltaryuyan maşınlar, soyuducular məişətdə istifadə
edilən elektrik qurğu məmulatları, bir sıra qablaşdırıcı materiallar və taralar plastik
kütləsiz təsəvvür edilə bilmir. Xüsusilə, sintetik kauçuk. süni və sintetik liflər,
yuyucu maddələr, üzvi həlledicilər, lak-boyaq məhsulları, mineral kübrələr,
müxtəlif dərman maddələri dezinfeksiyaedicilər, bitki stimulyatorları ticarətdə