112
baxmayaraq, hər bir DNT zəncirində onların çox böyük
miqdarda və müxtəlif ardıcıllıqla olduğu üçün nə qədər
çox sayda DNT molekulası olduğunu təsəvvür etmək
çətinlik törətmir. Nukleotidlərin miqdarına və molekul
çəkisinə görə dezoksiribonuklein turşuları müxtəlif
olur. Elə dezoksibonuklein turşusu var ki, orada cəmi 77
nukleotid olur, elələri də var ki, onlarda nukleotidlərin
miqdarı 10 milyonlarla olur. Hesablamışlar ki, bir
nukleotidin molekul çəkisi orta hesabla 345-dir. Onda
30000 nukleotiddən ibarət olan DNT-nin molekul
çəkisi 10 milyona bərabər olar. 50 mln. mol çəkisinə
malik olan DNT-yə də rast gəlinir. Zülalların sintezində
iştirak edən istənilən RNT molekulunu kodlaşdıran
DNT rayonuna gen deyilir. DNT üzərində on minlərlə
gen yerləşir. Odur ki, DNT molekulu zülal
molekulundan on
min və yüz
minlərlə dəfə böyükdür.
Beləliklə, DNT molekulu təbiətdə olan molekullardan
nəhəngidir və kimyəvi cəhətdən mövcud olan
maddələrin heç birinə oxşamır.
Əvvəllər belə güman olunurdu ki, nuklein
turşuları tərkibindəki 4 nukleotid bu turşuda
ekvimolyar miqdarda iştirak edərək tetranukleotid
struktur əmələ gətirir. Lakin sonrakı daha dəqiq
tədqiqatlar göstərdi ki, purin və pirimidin əsaslarının
nisbətləri müxtəlif DNT-lərdə müxtəlif olur. Məsələn,
quşlarda vərəm törədən mikroblarda
42
,
0
S
Q
T
A
-dirsə,
insanda
53
,
1
S
Q
T
A
-dür. Bu sahədə aparılan
tədqiqatlardan alınan ən qiymətli dəlillərdən biri DNT-də
113
(A+Q) purin əsaslarının cəminin (S+T)
,
pirimidin
əsaslarının cəminə bərabər olmasını müəyyənləşməsidir.
Molyar nisbətinə görə isə
1
Q
S
T
A
. Həmçinin müəyyən
DNT molekulunda A, T cütləri digərində S, Q cütləri
üstünlük təşkil edə bilər.
DNT-nin replikasiyası. Hüceyrənin fərdi inkişafının
müəyyən dövründə xüsusən mitoz bölünməsindən öncə
hüceyrə tsiklinin S fazasında DNT molekulu ikiləşir yəni
replikasiya olunur. Bu zaman DNT molekulunun ikiqat
zənciri replikasiya başlanğıcı adlanan nahiyələrdən
helikaza fermentinin iştirakı ilə açılmağa başlayır. DNT
zənciri açıldıqda boş qalan hər bir zəncir matrisa kimi
istifadə olunaraq, komplementarlıq prinsipinə tam uyğun
olaraq, DNT-polimerazaların və bir sıra başqa zülalların
(və fermentləin) köməyi ilə yeni zəncir yığılır. Belə ki,
hər bir adenin qarşısında timin, quanin qarşısında sitozin
yığılır. Nəticədə bir DNT molekulu əvəzinə tamamilə
əvvəlki nukleotid tərkibinə malik iki “qız DNT”
molekulları yaranır. DNT-nin yeni əmələ gəlmiş hər bir
molekulunda zəncirin biri əvvəlki molekulundan
götürülür, digəri isə yenidən sintez olunur. DNT-nin
sintezi fermentativ prosesdir. DNT ancaq nukleotidlərin
yerləşməsi ardıcıllığını verir, replikasiya prosesini isə
zülal-ferment yerinə yetirir. Fərz edilir ki, ferment elə bir
DNT-nin uzun molekulu boyunca onun bir ucundan o
birinə doğru sürünür və özündən arxada iki eyni DNT
molekulu qoyur. Hüceyrədə xromosomların ikiləşməsinin
114
əsasında
DNT-nin
ikiləşməsi
durur.
İkiləşmiş
xromosomlar qız hüceyrələrə bölüşməklə DNT üzərindəki
irsi informasiyaları da qız hüceyrələrinə daşıyırlar. Elə ona
görə də DNT-yə hüceyrənin irsiyyət molekulu, irsiyyət
daşıyıcısı deyilir.
DNT-hüceyrədə olan bütün kimyəvi birləşmələrdən
bir də onunla fərqlənir ki, DNT-nin hüceyrədə miqdarı
həmişə sabit qalır. Hüceyrədə olan molekullar içərisində
DNT yeganə molekuldur ki, bütün fərdi inkişaf dövründə
normal şəraitdə
bir qayda olaraq
dəyişilmir (normada
qalır).
DNT replikasiyası DNT-nin Uotson Krik modelinə
tam müvafiqdir və bu modelə görə DNT-nin fiziki-
kimyəvi və bioloji xüsusiyyətlərini, xüsusən də
hüceyrənin bölünməsi və proliferasiyası mexanizmini izah
etmək mümkün olmuşdur.
Uotson-Krik
modelinin
əsas
xüsusiyyətləri
aşağıdakılardır:
1. Hər DNT molekulu iki uzun antiparalel cütləşmiş
polinukleotid zəncirindən ibarət olub, mərkəzi ox
ətrafında burulmuş ikiqat spiral əmələ gətirir.
2. Hər bir nukleotid spiralın oxuna perpendikulyar
səthdə yerləşir.
3. Zəncirlərdən hər biri digəri ilə hidrogen rabitələri
ilə birləşir.
115
4. Nukleotidlərin birləşməsi yüksək dərəjədə
spesifikdir.
Belə
ki,
nukleotidlərin
karbohidrat
komponentlərinin (hissələri) arasındakı məsafə 11 A
⁰
-dir.
5. Zəncirlərdən birinin nukleotidlərinin ardıcıllığı
digər zəncirin nukleotidlərinin ardıcıllığını müəyyən edir.
1-ci zəncirdə T, Q, S, T, Q, T, Q, Q, T, A-dirsə
2-ci zəncirdə A, S, Q, A, S, A, S, S, A, T-olmalıdır.
Uotson-Krik modeli DNT-nin digər xüsusiyyətlərini
də müəyyənləşdirməyə imkan verir. Məsələn, DNT
molekulunu qızdırmaq hidrogen rabitələrinin qırılmasına
və zəncirlərin ayrılmasına səbəb olur, molekulu tədricən
soyutmaqla yenidən komplementar zəncirlər birləşərək
ikiqat zənciri əmələ gətirirlər. Əgər molekulu sürətlə
soyutsaq komplementar zəncirləri ayrılıqda almaq
mümkündür, hətta həmin zəncirlərin digər RNT zənciri ilə
hibridini də almaq mümkündür (Şəkil 32).
Dostları ilə paylaş: |