104
Polisaxaridlər
–
çox
böyük
miqdarda
monosaxaridlərin
(heksozaların)
kondensasiyası
nəticəsində müvafiq miqdarda su itirməklə əmələ gəlir.
Onların emprik düsturu (C
6
H
10
O
5
)
n
-dir. Hidroliz
zamanı onlardan sadə şəkərlər əmələ gəlir. Ən çox
bioloji əhəmiyyət kəsb edən polisaxarid nişasta,
qlikogen və sellülozadır. Nişasta və qlikogen bitki və
heyvan hüceyrələrində ehtiyat qida maddəsi rolunu
oynayırlar. Sellüloza isə hüceyrə qılafının tərkibinə
daxil olur.
Nişasta molekulası 2 uzun polimerdən: amilaza-
xətti polimer, amilopektin-şaxəli polimerdən təşkil
olunmuşdur. Hər iki polimer D qlükozadan əmələ gələn
uzun zəncirdir. Qlikogen heyvan hüceyrəsində rast gəlir,
monomeri qlükoza olub, orqanizmdə enerji mənbəyidir.
Demək olar ki, bütün hüceyrə və toxumalarda olur.
Lakin ən çox qaraciyər hüceyrəsində və əzələ liflərində
olur.
QARIŞIQ POLİSAXARİDLƏR
Heksoz
monomerlərdən
əmələ
gələn
polisaxaridlərdən başqa bir sıra daha mürəkkəb
polisaxaridlər var ki, onların molekulunda amin azotu
(qlükozamin), asetil turşu qalığı - (asetilqlükozamin) və
s. olur. Daha mürəkkəb polisaxaridlər var ki, onların
tərkibinə fosfor və sulfat turşusu qalığı da birləşmiş
olur. Bütün bu polimerlər canlının molekulyar
təşkilində əsas rol oynayırlar. Onlar ya sərbəst halda, ya
105
da zülallarla birləşmiş halda hüceyrədə iştirak edirlər.
Onlardan ən başlıcaları aşağıdakılardır:
Neytral polisaxaridlər – tərkibində təkcə
asetilqlükozamin saxlayırlar. Bunların ən əsas
nümayəndəsi – xitindir. Xitin həşəratların və
xərçəngkimilərin dayaq maddəsini təşkil edir.
Neytral polisaxaridlər-tərkibində qalaktoza və
ramnoza olan daha mürəkkəb polisaxarid olub,
bakteriyaların qılafı tərkibinə, eləcədə qanın spesifik
antigenləri tərkibinə daxil olur.
Turş polisaxaridlər – tərkibində sulfat turşusu və
digər turşu qalıqları olan polisaxaridlərdir. Tərkibində
turşu qalığı olduğundan bu polisaxaridlər qüvvətli
bazofil xüssusiyyətinə malikdirlər (qələvi rəngləyicilərlə
rənglənirlər). Bu qrupa heparin (antikoaqülə edici
maddə), asetilqalaktozamin, qlüküron turşusu - saxlayan
xondriotin sulfat, hialurin turşusu və s. daxildir.
Mukoproteidlər (mukoidlər) – və qlikoprototedlər
asetil qlükozaminlərin və digər karbohidratların zülallarla
kompleksindən yaranır. Ovalbumin və zərdab albumini
də mukoproteidlərə aiddir. Mürəkkəb polisaxaridlərdən
sitoloji cəhətdən ən əhəmiyyətlisi turş polisaxaridlərdir
ki, onlardan hioluron, xondriatin sulfat və
mukotinsulfat turşusu birləşdirici toxumanın tərkibində
tapılmış və çox güman ki, müdafiə funksiyasını ifa
edirlər. Hialuron turşusu həmçinin sinovial məhlulda,
şüşəvari cisimdə və hüceyrələri birləşdirən hüceyrəarası
sementləşdirici maddədə tapılmışdır ki, o hialüronidaz
fermenti ilə asanlıqla hidroliz olunur. Digər
106
polisaxaridlər kimi, hilalüron turşusu da hətta aşağı
temperaturda gel əmələ gətirə bilər.
YAĞLAR
Yağlar (lipidlər) – bu qrup birləşmələr onunla
səciyyələnir ki, onlar suda həll olmur, lakin benzol,
petroleyn efiri, xloroformda isə yaxşı həll olurlar.
Yağların və onlara yaxın olan birləşmələrin bu
xüsusiyyəti
onunla
izah
olunur
ki,
onların
molekullarında uzun alifatik –CH- zənciri və ya benzol
həlqələri yəni polyar və hidrofob qrupları iştirak edir.
Lipidlər öz növbəsində bir neçə qrupa bölünür: sadə
lipidlər, steroidlər, mürəkkəb lipidlər.
Sadə lipidlər – yağ turşularının spirtli efirləri
olub, nümayəndəsi təbii piy və mumdur. Təbii piy
(qliseridlər) çox vaxt triqliseridlər adlanır. Onlar yağ
turşuları və qliserinin 3 atomlu efirləridir. Onları bəzən
öz növbəsində piy və yağlara ayırırlar. 20
0
C-də duru
olanlara yağlar, bərk olanlara piylər deyilir. Adi piylərə
mal piyi, donuz piyi, insan piyini, kakao yağını, yağlara-
balıq yağı, gənəgərçək yağı, günəbaxan yağı və s.
göstərmək olar.
Mumun isə ərimə dərəcəsi təbii yağlara nisbətən
daha yüksəkdir, mum yağ turşularının və qliserindən
başqa bütün - spirtlərin efirləridir. Məsələn, arı mumu.
Steroidlər – Bu lipidlərin tərkibində tsiklopentan-
perhidrofenantren nüvəsi olur. Onlar alifatik həlqəvi
strukturda olub, bir və ya bir neçə doymamış ikiqat
rabitəsi və müxtəlif yan zəncirə malik olur. Orqanizm
üçün xüsusi əhəmiyyəti olan bir sıra maddələr steroid
107
təbiətlidir. Məsələn, cinsi adrenokortikotrop hormonlar,
D vitamini, öd turşularını steroidlərə misal göstərmək
olar. Tərkibində OH qrupu saxlayan steroidlərə sterinlər
deyilir. Onlardan ən geniş yayılanı xolestrindir.
Xolestrin-xolestrinpalmitat şəklində lanolin tərkibinə
(yunun piyi) daxil olur, həmçinin beyində, öddə,
böyrəküstü vəzində də tapılmışdır.
Mürəkkəb lipidlər - hidroliz olunduqda spirt və
efirlərdən başqa digər birləşmələr də ayrılır. Sterinlərlə
birlikdə mürəkkəb lipidlər lipoidlər adlanır. Lipoidlər
əsasən hüceyrə komponentlərinin, xüsusilə hüceyrə
membranı tərkibinə daxil olurlar. Hüceyrədə ən çox rast
gələn
lipoidlərdən
fosfotidləri,
qlikolipidləri,
korotinoidləri və s. göstərmək olar.
Fosfatidlər (fosfolipidlər) - fosfor turşularının
diefirləri olub, qliserin, sfinqozin, xolin, etanol amin,
serin, inozitlə birləşmələr əmələ gətirə bilir. Bu qrupa
lesitinlər, kefalinlər, inozitidlər, plazmologenlər
(asetilfosfatidlər) daxildir.
Qlikolipid və sfinqolipidlər onunla səciyyələnir ki,
onların tərkibində qliserin amin spirti sfinqozinlə əvəz
edilmişdir. Bu qrupa sinirlərin mielin qılafı tərkibində
olan sfinqomielin, tərkibində qalaktoza və ramnoza olan
serobrozidlər, sulfat turşusu olan sulfatidlər və
qanqliozidlər
aiddir.
Qanqliozidlər
hüceyrə
membranasında iştirak etməsinə görə daha çox
əhəmiyyət kəsb edir. Güman edilir ki, onlar viruslarda
reseptor rolunu oynayır və eyni zamanda ionların
membrandan keçməsində iştirak edirlər.
Dostları ilə paylaş: |