Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

70
 
həm  də  şeirlərində  bu  alətlərdən  bənzətmə  kimi  istifadə  edir.  Müşfiq  çalğı 
alətlərimizdən  elə  peşəkarlıqla  söhbət  açır  ki,  oxuduqda  bəzi  hallarda  sanki 
onların səslərini eşidirsən. 
Aşağıda  M.Müşfiq  şeirlərində  çalğı  alətlərimiz  vəsf  edilən  bəzi 
nümunələri təqdim edirik. 
Rübaba dair: 
Sən də alıb ələ bir qızıl rübab,  
İnjə tellərini dilləndir, ay qız! 
Döşündən ellərə bağla bir kitab,  
Susqun dodaqları dilləndir, ay qız! (1, 110)  
Bu  misralar  Müşfiqin  1929-ju  ildə  yazdığı  «Ay  qız»  adlı  şeirindən 
götürülmüşdür. 
Kamançaya dair: 
Gələn də var, gedən də var, mən də varam bu gejə,  
Təbiətin dəhşətləri titrədiyor ətrafı. 
Bir bujaqda yorğun titrək əllərlə kəmənçə 
Çalar zəif bir ixtiyar inlədiyor ətrafı. (1, 63) 
«Dilənçi» şeiri (1927-ji ildə yazılıb). 
Hər jahangir qabağına vurub atdı xalqımızı,  
Zaman-zaman quduz çarlar qırıb çatdı xalqımızı. 
Neçə-neçə daşnaq gəldi, alıb satdı xalqımızı,  
Həpsi qırıq kaman kimi sızıldatdı xalqımızı. (2, 40) 
«Sabir üçün» şeiri (yazılma tarixi bəlli deyil). 
Ney və naya dair: 
Ey bizim dünyanın söz deyənləri,  
Ruhun dodağına tutun neyləri! 
Bir nəğmə çalın ki, heyrətdə qalsın 
Bütün dövürlərin müğənniləri. (1, 437) 
«Duyğu yarpaqları» şeiri (1937-ji ildə yazılıb). 
 
 
Deyirlər quzu tək olduqja naydır,  
Elçilər qapıda alay-alaydır. (2, 260) 
«Səhər» poeması (1935-ji ildə yazılıb). 
Nəfəslə səsləndirilən qavala dair: 
Yıxıldı böyrü üstə,  
Bir yanıqlı «Şikəstə» 
Qavalında inlədi,  
Ürəyi sərinlədi. (2, 149) 
*** 
Mərjan: 
Kimdən öyrəndin, çoban,  
Sən bu qaval çalmağı? 
 
Çoban:  


71
 
Mənə öyrətdi dövran 
Dağlara ün salmağı. (2, 153).
 
 
«Çoban» poeması (1933-jü ildə yazılıb).
   
 
Xanəndələrin istifadə etdikləri zərblə səsləndirilən qavala dair: 
Hər tərəf yeşillənir,  
İnsan baxır şənlənir. 
Hər budaq, hər yaşıl dal,  
Sanki zümrüd bir qaval. (2, 366) 
«Bir may» şeiri (1932-ji ildə yazılıb). 
Zurna alətinə dair: 
Bundan bir ibrət 
Almadı yenə ata-anası,  
Qulaqlarında elin zurnası. (1, 349) 
«Güzgü qayıtdı» şeiri (1935-ji ildə yazılıb). 
Nağaraya dair: 
Jırıldayır bağara,  
Qurbağalar nağara 
Çalır kimi səslənir,  
Buna xan bağı denir. (2, 140) 
«Çoban» poeması (1933-jü ildə yazılıb). 
Çana dair: 
İştə bu çan səsi, ah, bu çan səsi,  
Bu çanın ruhlara ruh saçan səsi. (1, 229) 
«Qədim karvan» şeiri (1931-ji ildə yazılıb). 
Ağız qopuzuna dair: 
Deyirlər o zaman burda köylülər 
Tutub dişlərində qalib türkülər. (1, 230) 
«Rüju» şeiri (1931-ji ildə yazılıb). 
Fikrimizjə, ölməz şair M.Müşfiq II misrada «Tutub dişlərində qalib türkü-
lər» dedikdə ağız qopuzunu nəzərdə tuturmuş. Türkdilli xalqlar, o jümlədən 
azərilər də ağız qopuzu adlanan alətdən bir zaman istifadə etmişlər. M.Müşfi-
qin  dayısı  oğlu,  tanınmış  ijtimai  və  dövlət  xadimi  Əlihüseyn  Dağlı  (1898-
1981)  bu  alət  (kobuz  və  ya  ağız  qopuzu)  haqqında  «Ozan  Qaravəli»  adlı 
əsərində  geniş  məlumat  verib  (7,  70).  Ağız  qopuzunu  ifaçı  dişində  tutub 
səsləndirir. 
Müşfiqin başqa şeirlərində də ağız qopuzuna işarələr var: 
Tarın tellərində «Kəsmə şikəstə»,  
Tutmuşdum dişimdə bir tatlı bəstə. (1, 208) 
«Tarın javabı» şeiri (1930-ju ildə yazılıb). 
Avropa aləti barabana dair:  
Bərkimiş hisli, siyah üzlü buruqlarda janı,  
Baraban qəlbi iş üstündə döyünmüş yaz, qış. (1, 234) 


72
 
«Ağajan» şeiri (1931-ji ildə yazılıb). 
Tütəyə dair: 
Sən də şairsən, ey Kür, ey təbii bəstəkar! 
Səsin gümüş bir tütək kimi səslənib axar. (2, 29) 
«Şən Tiflis» (yazılma tarixi bəlli deyil). 
Zəng alətinə dair: 
Mənzilə çatanda sən bilirsən ki,  
Bir şərqli karvanın susmada zəngi. (2, 269) 
«Səhər» poeması (1935-ji ildə yazılıb). 
Saza dair:  
Müşfiqin  şeirlərində  saz  alətinin  adına  daha  tez-tez  rast  gəlirik.  Onun 
«Qonaq»,  «Göy-göl»  «Əbədiyyat  nəğməsi»,  «Yeddi  aşıq»  və  başqa 
şeirlərində, həmçinin «Çoban», «Sındırılan saz» poemalarında saz aləti vəsf 
olunur.  
Bir də saz əzəl sənətimizdir,  
Elin ruhu kimi səsi təmizdir. 
Bunu saz səsinə dalanlar bilər,  
Aşıqla baş-başa qalanlar bilər(2, 309) 
«Sındırılan saz» poeması (1936-jı ildə yazılıb).
 
Düdüyə dair: 
Tövşüyor körüklər,  
Ötüyor düdüklər. (1, 206) 
«Yarış» (1930-ju ildə yazılıb). 
Tara dair: 
Axşam çağı tarın səsi,  
«Qarabağın şikəstəsi»,  
Hər kəsin bir həmdəmi var. (1, 375) 
«Tərtərhes nəğmələri» şeirinin XVI bölümü (1936-jı ildə yazılıb).
 
M.Müşfiq bəzən eyni adlı şeirlərində bir neçə çalğı alətini vəsf edir. Aşa-
ğıda belə nümunələri təqdim edirik.  
Tar, dəf və kamançaya dair: 
Təbiət nə zaman çıxıb özündən,  
Bu tarlar, bu dəflər, bu kəmənçələr 
Deyə, ağajlıqda, suda, küləkdə 
Bəstəkarlar kimi bir şey hejələr; 
Nə vaxt iki dalğa verib baş-başa 
Gümüş sahillərdə yatar gejələr... (1, 307) 
«Əbədiyyət nəğməsi» şeiri (1935-ji ildə yazılıb). 
Kamança və saza dair: 
Sən iti addımla qoşarkən iləri,  
Sayrısın, gurlasın çaldığın kaman hey! 
 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə