Азярбайжан республикасы


***  Bir duyğu deyir ki, rədd eylə keçmişi,   Danışdır sazında



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

73
 
   *** 
Bir duyğu deyir ki, rədd eylə keçmişi,  
Danışdır sazında dirçələn elləri. 
Yeni söz istəyir hər qadın, hər kişi,  
Öpərkən gözləri səadət yelləri. (1, 93-94) 
«Nümayiş» şeiri (1929-ju ildə yazılıb). 
Ney və saza dair: 
Quzeylər hələlik qardır, bəyazdır,  
Yaşıl dağ döşləri mehmannəvazdır. 
Çobanın çaldığı dağ başında ney,  
Aşığın yamajda çaldığı sazdır. (2, 208) 
«Səhər» poeması (1935-ji ildə yazılıb). 
   Ney, kamança və tara dair: 
Bir ney dili kimi açılan zaman,  
Dallarda yarpaqlar əl çalan zaman. 
Bir evdən gəlirdi nəşəli səslər,  
Nəşəli səslərdə sıjaq həvəslər… 
Büllur qədəhlərin öpüşməsini,  
Kaman naləsini, tar nəğməsini 
Ürkmüş dinləyirdi gejə yolları,  
– Çal! Dönüm gözünə! 
– Çal! 
– Ay qız, oyna! 
Qurban olum sənin uzun boyuna! (2, 208-209) 
«Mənim dostum» poeması (1933-jü ildə yazılıb). 
Zurna və balabana dair: 
Gözəl Qafqaz o günləri artıq unutmuş,  
Başqa səs var zurnasında, balabanında. 
O, üzünü indi başqa bir üfqə tutmuş 
Başqa quşlar dəm çəkiyor sayəbanında. (2, 9) 
«Qafqaz» şeiri (yazılma tarixi bəlli deyil).  
Zurna və qavala dair: 
Xəyalından keçir əsir günləri,  
Zurnalı, qavallı el düyünləri. (2, 233) 
«Söylə» poeması (1934-jü ildə yazılıb). 
Qovuşmaq istəyir çünki yar yara,  
Zurna-qaval səsi düşür dağlara(2, 305) 
«Sındırılan saz» poeması (1936-jı ildə yazılıb). 
  Şeypur və barabana dair: 
Şeypur səsi yüksəldi,  
Barabançı da gəldi. 
Durub sıralandılar,  


74
 
Bir az aralandılar. 
Bir qədər məşq etdilər,  
Düşüb yola getdilər. (2, 368) 
«Bir may» şeiri (1932-ji ildə yazılıb). 
Boru və saza dair: 
Ey bu gənj dağların biqərar yolçusu,  
Qanadlan! Çalındı yüksəliş borusu. 
Ey jənub tərlanı, döyünsün ürəyin,  
Yılmadan havalan bu alı dağlara,  
Dərəsi, təpəsi bahalı dağlara. 
Bir sabah olarkən qızıldan dirəyin,  
Səslənib durajaq əlində şən sazım,  
Qafqazım, Qafqazım, qazanjlı Qafqazım. (1, 163) 
«Qafqaz» şeiri (1930-ju ildə yazılıb). 
Düdük və boruya dair: 
Müşfiqin 1927-ji ildə yazdığı «Düdük sədaları» adlı şeirində düdük və 
boru alətlərindən söhbət açılır (1, 61): 
Boruların ağzından qaçıb uzaqlaşınja,  
Sürətli dalğalarla siz bizə yaqlaşınja,  
İçimizə həyatın jilvələri saçılır. 
*** 
Bəzən təbəssümlərlə jilvələr bulursunuz,  
Bəzən tutqun gözlərin şahidi olursunuz 
Ey düdük sədaları! Ey düdük sədaları! 
 
Düdük və saza dair: 
Düdüklərin gur səsi sərhədləri aşınja,  
Üz-gözümüz dikilsin jahana ehtişamla! 
*** 
Bir mayis, səni gördüm,  
Bir saz yapdım çəlikdən,  
Simlərini qəlbimin damarlarından hördüm. (2, 14) 
«Yeni mayis» (yazılma tarixi bəlli deyil). 
Bəlkə  də  şair  burada  saz  dedikdə  tənburu  nəzərdə  tuturmuş.  Türkdilli 
etnoslar  bəzən  müxtəlif  çalğı  alətlərini  də  saz  adlandırırlar.  Yəni,  zurna  da, 
kamança da, o jümlədən tənbur da saz adlana bilər. Simlər qədimdə damar-
dan hazırlandığından tənburun sözaçımı «tamur», yəni «damar» fikrini ifadə 
edir.  
 
Tar, kaman, rübaba dair: 
Tar səsləndi, kaman da ona qoşuldu,  
Hər könül fərəhindən uçan quş oldu. 
 


75
 
                *** 
Onlar şərab içdilər, şərab eşqinə,  
Şeir, nəğmə, gözəllik, rübab eşqinə. (1, 356; 361) 
«Üç sağlıq» şeiri (1936-jı ildə yazılıb). 
Tar və qavalın vəsfi: 
Sinədə tar, əldə qaval,  
Bu dünyada bir kapital 
Varmı insan oğlu kimi? (1, 378) 
«Tərtərhes nəğmələri» şeirinin XX bölümü (1936-jı ildə yazılıb). 
Saz və kamanın vəsfi: 
 
Qəlbindən dəm vuran Aşıq Duman var,  
İndi hər yığnaqda saz var, kaman var. (2, 310) 
«Sındırılan saz» poeması (1936-jı ildə yazılıb). 
Müşfiq və tar: 
Mışfiq  yaradıjılığında  tar  alətinə  geniş  yer  ayırıb.  Ümumiyyətlə,  tardan 
söhbət açarkən hər zaman nakam şairimiz Mikayıl Müşfiq yada düşür. Onun 
yaxın dostu Jəfər Jabbarlı (1899-1934) kimi tara xüsusi, daha böyük məhəb-
bəti vardı. Bu da səbəbsiz deyildi. XX əsrin əvvəllərində tar əleyhinə düzəl-
dilmiş bolşevik-erməni kompaniyası geniş fəaliyyətdə idi. Onlar tara keçmi-
şin qalığı kimi baxır, aləti birdəfəlik məhv etmək istəyirdilər. Dahi J.Jabbarlı 
da bu təbliğatın əleyhinə olaraq «Aydın», «Almas» və «1905-ji ildə» əsərlə-
rində tarla bağlı öz etirazını səhnədən bildirmişdi.  
1922-1928-ji  illərdə  Xalq  Maarif  Komissarı  vəzifəsində  çalışan  Mustafa 
Zəkəriyyə oğlu Quliyevin (1893-1938) göstərişi ilə tar alətinin konservatori-
yada  tədrisi  qadağan  edilmişdi.  Bu  barədə  «İnqilab  və  mədəniyyət»  curna-
lında məlumat verilirdi (3, 39):  
«AZƏRBAYCAN    Dövlət  Konservatoriyasını  qüvvətləndirmək  məq-
sədilə AXMK (AZƏRBAYCAN  Xalq Maarif Komissarlığı – A.N.) bir çox 
qərar  qəbul  etmişdir.  Bu  qərarlara  görə  məjburi  dərs  kursu  olan  tarın 
öyrənilməsi konservatoriyanın bütün dərəjələrində tədris planından götürülür 
və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur. Tar anjaq jümə 
konservatoriyasında keçiləjəkdir». 
Görkəmli  bəstəkar,  diricor,  musiqişünas  Əfrasiyab  Bədəlbəyli  (1907-
1976)  «Tar  üzərində  mühakimə  münasibətilə»  məqaləsində  qeyd  edir  (4): 
«Tar  AZƏRBAYCAN    xalqının  musiqi  instrumentidir.  Tarın  nota  ilə 
çalınması  işində  böyük  müvəffəqiyyətlər  vardır.  Tarı  muzeyə  göndərmək 
təşəbbüsü yanlışdır. Tarın tərəqqi yolunu kəsməməli. 
Beynəlxalq  musiqi  alətlərindən  başqa,  hər  xalqın  özünəməxsus  bir  çox 
musiqi  aləti  dəxi  vardır.  Bunların  bəzisi  öz  qayırılışı,  səsi  və  dəyərinə  görə 
çox  geniş  intişar  tapdığından  (ingilis  tütəyi  kibi)  beynəlxalq  musiqi 
instrumentləri sırasına daxil olur. Bəziləri isə tərəqqi etmir, öz ibtidai halında 
qalırlar (saz kibi). 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə