Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
 
91 
variantını  da  aşkarladıq.  Bu  çevirmə  Mirzə  Məhəmməd 
Axundova  aiddir  (135).  108  vərəqdən  ibarət  bu 
əlyazmanın  səhifələrində  Sidqi  Ruhullanın  şəxsi    möhürü 
də  var.        1929-cu  il  aid  olan    bu  çevirmə  də,  görünür,  
səhnəyə  qoyulmaq  üçün  təqdim  olunmuşdur.  Lakin  ilk 
dəfə  1929-cu  il,  dekabrın  17-də  Azərbaycan  Dövlət 
Akademik  Bədaye  Teatrında  (1929-cu  ilədək  Azərbaycan 
Dövlət  Dram  Teatrı  adlanırdı)  tamaşaya  qoyulan    variant 
Ə.Cavadın  «Hind  qızı»  adı  ilə  təqdim  etdiyi  çevirmədir. 
Tamaşanın  gözlənildiyindən  daha  artıq  uğur  qazandığını 
göstərən  tənqid  bunun  «əsas  səbəbini  əsərin  ideya, 
məzmununda  və  qüvvətli  aktyor  ifasında  görürdü»  (78, 
271).  
Obrazları  səhnədə  Kazım  Ziya,  Ağasadıq  Gəraybəyli, 
Fatma  Qədri,  Ələsgər  Ələkbərov  kimi  böyük  aktyorlar 
canlandırmışlar.  Tamaşanın  uğurlu  alınmasının  bir  səbəbi 
də  Ə.Cavadın  çevirməçilik  məharəti,  həcmcə  böyük  olan 
bu  pyesə  yaradıcı  şəkildə  yanaşması,  onu  səhnəyə 
uyğunlaşdırmasıdır.  
Bu  da  maraqldır  ki,  Türkiyə  dramaturqlarının  əsər-
lərinin  Azərbaycan  teatrının  repertuarından  çıxarıldığı  bir 
dönəmdə  –  «1929-cu  ildə  Azərbaycan  Bədaye  Teatrı 
Əbdülhəq  Hamidin  Əhməd  Cavad  tərəfindən  tərcümə 
edilmiş  «Hind  qızı»  pyesini  …tamaşaçılara  göstərmişdir» 
(78,  290).  Bu  o  zaman  üçün  böyük  hadisə  idi.  Bizcə, 
İngiltərənin  bir  müstəmləkəçi  dövlət  kimi  ifşasının  sovet 
ideologiyasına  uyğun  olduğu  üçün  tamaşanın  oynanıl-
masına  icazə  verilmişdi.  Bunu  da  qeyd  edək  ki,  İşçi 
teatrının  ifasında  «Hind  qızı»  1930-cu  ilin  iyun  ayında 
Tiflis şəhərində də göstərilmişdir (87, 98).  
Əziz  Şərif  öz  xatirələrində  yazırdı  ki,  H.Cavid  məni 
«türk  yazıçıları,  onların  ən  qiymətli  əsərləri  ilə  tanış 


 
 
92 
edirdi…    H.Cavidin  təhrikilə  İstanbuldan  sifariş  edib 
aldığım  kitabların  içində  …Əbdülhəq  Hamidin  «Duxtəri-
Hindu», «Nəstərən», «Təzər» və s. əsərləri də var idi» (64, 
75).  Bu  da  təsdiq  edir  ki,  «Duxtəri-Hindu»  o  illərdə 
Azərbaycan 
ziyalıları 
tərəfindən 
də 
rəğbətlə 
qarşılanmışdır.  
Əbdülhəq  Hamid  bu  pyesi  yazdığı  zaman  tənəzzül 
etməkdə  olan  Osmanlı  dövləti  Qərb  ölkələrindən  asılı 
vəziyyətə düşmüşdü.  Odur  ki, X.Kamilov da Ə.Hamidin 
bu  mövzuya  müraciətini    Türkiyədə  hələ  o  dərəcədə  hiss 
olunmayan  xarici    istismarçı  qüvvələrə  etiraz  kimi  dəyər-
ləndirir (204, 99).  «Duxtəri-Hindu» bu  baxımdan Türkiyə 
mühiti  üçün  çox  aktual  idi,  «İstər  Hamid  yaradıcılığında, 
istərsə də türk ədəbiyyatında,  eləcə də Şərq ədəbiyyatında 
əhəmiyyətli yer» (87, 95) tuturdu.  Burada bütün  xalqların 
azadlıq  və  müstəqillik  uğrundakı  mübarizələri  hind 
xalqının mübarizəsi fonunda əks  etdirilirdi. Pyes tanınmış 
müqayisəli  ədəbiyyat  tədqiqatçısı  İnci  Enginün  yazdığı 
kimi,  Hamidin  «öz  mühitində  söyləyə  bilmədiyi, 
dönəminin bütün fikirlərini içinə alan bir əsərdir» (136, 8).  
Bir  şeyi  də  qeyd  edək  ki,  əsərin  əsas  qəhrəmanlarından 
olan  Tomson  İngiltərənin  öz  müstəmləkəsi  Hindistana 
göndərdiyi  bir  ingilis zabitidir.  Və  bu da  faktdır ki, 1918-
ci ildə türk  qoşunlarını sıxışdırıb çıxartmaq və Bakını zəbt  
etmək  üçün  İngiltərənin  Bakıya  göndərdiyi  qoşunun 
komandanı  da  Tomson  idi.  Odur  ki,  Ə.Cavadın    çevirmə 
üçün  bu  əsəri  seçməsi  təsadüfi  deyildi.  Azərbaycanın 
sovetlər  tərəfindən  işğalıyla  barışa  bilməyən  Ə.Cavad 
yaşadığı  dövrdə  açıq  söyləyə  bilmədiyi  fikirlərini  «Hind 
qızı» pyesində çatdırmağa çalışmışdır.  
Əhməd  Cavadın  Nizami  adına  Ədəbiyyat  Muzeyində 
saxlanılan 71 səhifəlik əlyazmasında  da  pyesin adı  «Hind 


 
 
93 
qızı»dır  (133).  Şairin  seçilmiş  əsərlərinin  II  cildində  isə 
əsərin adı  «Hind  gözəli» kimi  verilib (43, 104-146). Əsər 
elə  «Hind  gözəli»  adı  ilə  də  tamaşaya  qoyulub  və  uğur 
qazanıb.  Ümumiyyətlə,      bu  nəşrlə  şairin  əlyazması 
arasında  ciddi  fərqlər  var  ki,  bunların  ən  önəmlisi  pyesin 
finalı  ilə  bağlıdır.  Bunu  da  qeyd  edək  ki,  pyes  o  vaxt 
Türkiyədə  tamaşaya  qoyularkən    final  dəyişdirilir, 
orijinaldan  fərqli  olaraq  Tomson  öldürülür.  Əslində 
hadisələrin təbii inkişafı bunu tələb edirdi və ictimaiyyət də 
bu  sonluğu  bəyənmişdi. Görünür, Ə.Cavad  da  bu  səbəbdən 
pyesin  finalını  teatr  üçün  dəyişdirmişdir  və  «belə  bir 
variant  orijinala  nisbətən  sənətkarlıq  baxımından  daha 
kamil, ictimai mənasına görə isə daha dolğun» (87, 98) idi.  
Təəssüf  ki,  pyesin  nəşr  edilmiş  variantında  çap  və  ya 
transliterasiya  xətasından  irəli  gələn  təhriflərə  də  rast 
gəlinir.  Məsələn,  ömründə  maşın  görməyən  Surucu  Sürücü 
qız  kimi,  Rayçaran  Rayçalan,  Bədryapum  Sədryapum, 
Gotalva köyü
*
 isə Butlava kəndi kimi verilib.  
Ə.Hamid  «Duxtəri-Hindu»  əsərini  lirik  şeir    parçaları 
ilə süsləmişdir. Ə.Cavad da «Hind qızı»nda orijinalın lirik 
ovqatını və ruhunu imkan daxilində saxlamışdır. Məsələn, 
Hamidin:  
 
Tulü-mihr ilə berqi gül üzre vakti seher,  
Nasıl olursa yübuset-peziri jale - iter.  
Görünce talatını, sevdigim, benim de haman,  
Olur yüzümde duran aşk daneleri süzan (136, 38). 
 
Şeir  parçası  Ə.Cavadın  əlyazmasında  belə  verilir:  «Səhər 
vaxtı  günəş  çıxarkən  gül  yanağı  üzərində  bullunan  islaq 
şehləri necə quruyursa, sənin parlaq üzünü görüncə gözüm-
                                                   
*
  кянди 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə