Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
 
85 
Osmanlı  türkünün    Qafqazı,  nə  də  Qafqaz  türkünün 
Osmanlını həqiqi mənası ilə tanımadı»ğından qayğılanırdı. 
Daha acınacaqlı vəziyyəti isə «biz Osmanlıları tanıdığımız 
kimi,  onların  bizləri  tanımadıqları»nda,  «bu  uğurda  bir 
təşəbbüsdə bulunmadıqları»nda görürdü. Bunun üçün bəzi 
dəlillər  də  göstərirdi.  Fəxrlə  deyirdi  ki,  Azərbaycanda 
«Altun  dastan»ı,  Nədimi,  Nəfisini,  Əmin  bəyi  (Məmməd 
Əmin  Yurdaqul  –  A.M.),  vətənpərvər  Kəmalı  (Namiq 
Kamal  –  A.M.)  hamı  bildiyi  halda  Osmanlı  gəncləri 
«kəndilərini bizə tanıtmaq üçün çox ağır davranırlar» (43, 
85).  
İstanbulda  bu  məsələlər  ətrafında  müzakirələr 
getdiyinə işarə edən Ə.Cavad yenicə nəşrə başlayan «Yeni 
gün» qəzetinin bu sahədəki işlərini təqdir edirdi. Bildirirdi 
ki, İstanbul Rövşən Əşrəf bəyin şəxsində öz «mühərrirləri 
arasında ən istedadlı birisini seçib bizə göndərdi. O, yuxa-
rıda adlarını yazdığımız Rövşən Əşrəf bəydir. Rövşən bəy 
bir  mühərrir  olduğu  kimi  gənc  türk  ədəbiyyatının  da 
əhatəli  bir  ədibidir».  Şair  həmkar  dostunun  Bakıya 
gəlişinin məqsədini belə ifadə edirdi ki, Rövşən Əşrəf bəy 
«Yeni 
gün» 
qəzetində 
Azərbaycan 
ədəbiyyatını 
işıqlandırmaq  üçün  bütün  Azərbaycanı  və  Şimali  Qafqazı 
gəzəcək,  öyrənəcək.  Çünki  «Rövşən  Əşrəf  öyrəndiyi 
milləti  ürəkdən  sevir».  Məqalənin  sonunda  müəllif 
«birinci  türk  mühərriri  olaraq  müstəqil  Azərbaycana 
təşrifindən  dolayı  ürəkdən  «xoş  gəldin!»  deyir  və  ona 
Türkiyədə  Azərbaycanı  tanıtmaq  işində  uğurlar  diləyirdi 
(43, 86). 
Ə.Cavad bir zamanlar Azərbaycan türkləri ilə Osmanlı 
türkləri  arasındakı  bu  mənəvi-mədəni  uzaqlaşmanın  tarixi 
səbəblərindən  danışarkən  göstərir  ki,  Qafqaz  İslam  Ordu-
sunun gəlişi iki qardaş xalq arasındakı bütün siyasi sədləri 


 
 
86 
vurub  yıxdı.  Bundan  sonra  qarşımızda  duran  əsas  vəzifə 
yaranmış  vəziyyətdən istifadə edib,  ədəbi  mədəni  əlaqələ-
rimizin canlanmasına çalışmaqdan ibarətdir. Rövşən Əşrəf 
bəyin Azərbaycana gəlişini və burada gördüyü işləri arzu-
ladığı  istiqamətdə atılan  ən vacib   addımlardan biri  hesab 
edir,  bildirir  ki,  bu  cür  səfərlər  Azərbaycanla  Türkiyə 
arasında  qarşılıqlı  və  davamlı  olsa,  bundan  hər  iki  tərəf 
ancaq  qazanar.  Bunu  da  qeyd  edir  ki,  Rövşən  Əşrəf  bəy 
Azərbaycan  haqqında  bir  kitab  yazıb.  Rövşən  Əşrəfin 
«səlis  qələminin  ifadəsi»  bulunan  yeni  kitabını  oxuyan 
Ə.Cavad  «böylə  gözəl  bir  qələmə,  saf  bir  ürəyə  malik 
olan» məsləkdaşının başladığı xeyirli  işi alqışlayırdı. 
Əhməd  Cavad  Azərbaycanla  Türkiyə  arasındakı  mə-
dəni  əlaqələrin  inkişaf  etdirilməsi  məsələsini  qaldırmaqla 
kifayətlənməmiş, bu sahədə yorulmadan çalışmış və  Röv-
şən Əşrəfə Azərbaycan haqqında başqa kitab yazmaq üçün 
material toplamaqda da yaxından kömək etmiş, hətta onun 
kitabını  əlyazması  şəklində  oxuyub  yüksək  qiymətləndir-
mişdir.  
Araşdırmalardan  məlum  olur  ki,  Ə.Cavad  öz  qələm 
dostu  Rövşən  Əşrəf  bəylə  yaradıcılıq  əməkdaşlığını 
bununla  bitirməmişdir.  O,  Rövşən  Əşrəf  bəyin  şəxsində 
Türkiyə  ədəbiyyatının  təbliği  üçün  hər  cür  imkandan 
maksimum yararlanmağa çalışmışdır.  
Azərbaycan  ziyalılarının  Rövşən  Əşrəf  bəyin  şərəfinə 
verdikləri ziyafətdə Ə.Cavadın çıxışı da öz məna dərinliyi, 
Türkiyəyə,  türk  xalqına,  onun    ədəbiyyatına  sevgi,  maraq 
baxımından  diqqəti  çəkir  ki,  bu  da  təbiidir.  Bu  məclisdə 
iştirakından  görünür  ki,  artıq  o,  ədəbi  mühitdə  görkəmli 
türkçü,  milli  şair, Türkiyənin  böyük romantik  sənətkarları 
ilə bağlı  olan R.Əşrəf bəylə yaxın dostluq əlaqələri saxla-
yan  bir  şair  kimi  tanınırdı.  Təsadüfi  deyildi  ki,  F.Köçərli, 


 
 
87 
N.Vəzirov,  Maarif  Nazirinin  müavini  Həmid  bəy 
Şahtaxtlı,  İsabəy  Aşurbəyli,  Türkiyəli  zabit  Asem  bəy  və 
başqa  tanınmış  adamlarla  birlikdə  böyük  bir  ziyafətdə 
çıxış  etmişdi.    Ziyafət  və  burada  Ə.Cavad  ilə  R.Əşrəf 
bəyin  çıxışları  haqqında  «Azərbaycan»  qəzeti  geniş 
məlumat  da vermişdi (12; 24, 136-137; 43, 84-86).  
«Ü.»  imzasının  dövlət  orqanı  olan  «Azərbaycan» 
qəzetinin  baş  redaktoru  Ü.Hacıbəyli  olduğunu  ehtimal 
etdiyimiz    «Rövşən  Əşrəf  bəy    şərəfinə  ziyafət»  adlı  bir 
məqalədə  oxuyuruq:  «Bir-iki  sənə  (il  –  A.M.)  əvvəl 
xəyalımıza  belə  gələ  bilməyən  və  yuxumuza  girməyən, 
yay  klubunun  böyük  zalında  keçirilən  bu  ziyafətdə 
Ə.Cavadın  çıxışı  maraqla  qarşılanmışdır.  Şair  «Türkün 
ürfan  ordusu»  gələcəyini  və  möhtərəm  Əşrəf  əfəndinin  o 
ordunun  ilk  müqəddəmə  elçisi  mənzələsi  olduğunu 
iftixarla nəzərə çatdırır (12).  
Bu tədbirdə Rövşən Əşrəf  bəyin  sözündən o  da aydın 
olur  ki,  Ə.Cavadın  Azərbaycan-Türkiyə  ədəbi-mədəni 
əlaqələrinin  möhkəmləndirilməsi  uğrunda  çalışmaq  haq-
qındakı  çağırışı   cavabsız  qalmamışdır. Məqalədə  Rövşən 
Əşrəf bəyin qələm dostu Ə.Cavada verdiyi cavab haqqında 
oxuyuruq: «Ədib əfəndi (Rövşən Əşrəf – A.M.) vədə verdi 
ki,  İstanbula  övdət  edib  də  Azərbaycan  türkləri  haqqında 
var  qüvvəsi  ilə  çalışacaqdır.  Ədəbiyyatımızdan,  əxlaq  və 
adətimizdən,  arzu  və  amalımızdan  bəhslə  biz  türkləri 
İstanbula    tanıtdıracaqdır  və  İstanbul  ilə  Azərbaycan 
arasında  hər  bir  rabitə  təşkilinə  bütün  səy  və  qüvvələrini 
sərf edəcəkdir» (12).  
Azərbaycan-Türkiyə  münasibətlərinin  inkişaf  etdiril-
məsində  Əhməd  Cavadın  xidmətləri  həmin  günlərdə 
keçirilən  başqa  bir  görüşdə  də  xüsusi  olaraq  xatırlan-
mışdır.  Bu  tədbir  haqqında  «Azərbaycan»  qəzetində 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə