Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
 
70 
Ey Rıza, nə əcəb sevdaya düşdün?  
Əsli-fəsli yox bir davaya düşdün,  
Vətən uğrunda min bəlaya düşdün,  
Həp məzar olmuş, vətən qalmamış! (144, 446-447). 
 
Müqayisə  üçün  Ə.Cavadın  «İmdad»  qoşmasının  üç 
bəndinə nəzər salaq:  
 
Ziyafət görmədim, yaslıdır ellər,  
Çoxalmış məzarlar dərdini söylər. 
Talanmış şanələr, yolunmuş tellər,  
Olduğunu duydum, imdada gəldim!  
 
Tütməz
**
 bacaları, yanmaz çıraqlar,  
Qardaşı bacıdan ayırmış dağlar,  
Bacılar nerdədir, buludlar ağlar,  
Qardaşsız bacıya imdada gəldim!  
 
Cəsədlərlə dolmuş qarların altı,  
Aylar var ki, minməz igidlər atı,  
Gəlmə, yaxar səni qərib bayatı!  
Sus!.. qərib bayatı, imdada gəldim (42, 129-130).  
 
R.Tofiqin Ə.Cavadı  öz  mövzusu  və  xalq  şeirinə,  xalq 
dilinə  bağlılığı  ilə  cəlb  edən  1917-ci  ildə  yazmış  olduğu  
məşhur «Anadolu» şeirindən bir parçaya baxaq:  
 
Rıza! Canın o ellərə qurbandır,  
Sinəsində yatan atan, anandır,  
Anadolu əsil əski vatandır,  
Anamızın qucağıdır o ellər! (144, 453)  
 
Prof.  Ə.Saraçlı  bu  şeiri  Ə.Cavadın  «Azərbaycan, 
                                                   
**
 тцстцлянмяз 


 
 
71 
Azərbaycan»  və  «Dağlar»  şeirləri  ilə  səsləşdiyini  nümu-
nələrlə əsaslandırmışdır (112, 163-164). Bizcə, Ə.Cavadın 
1918-ci ildə «Gəncəyə» dediyi:  
 
Düşmənim, inşallah, hər vaxt xar olar!  
Gen dünya başına daim dar olar! 
Neçə ki sən varsan, Vətən var olar!  
Var olsun ellərin, Gəncəm, Gəncəm, hey!..  
                                                        (42, 218) 
 
 
 
–    sözləri    də  Anadoluya  deyilən  şeir  qədər  gözəl  və 
mənalıdır.  
R.Tofiqin «İngilislərdən sakın», «Sorma, xocam» şeir-
ləri ilə Ə.Cavadın «İngilis», «Əfəndim» şeirləri arasındakı 
bənzərliklər də diqqəti çəkir. Ə.Cavad da ürəyinə, görüşlə-
rinə yaxın türkiyəli  şairlər kimi,  savaş şeirlərində ilk mər-
hələdə  mərhəmət,  yardım  çağırışlarına  üstünlük  vermiş, 
ikinci  mərhələdə  düşməni  məhv  etmək  fikrini  təbliğ 
etmişdir.  Ümumtürk  birliyi  məsələsində  də  onlarla  bir 
fikirdə  olmuşdur.  1937-ci  ildə  Yazıçıların  plenumundakı 
çıxışında  yaradıcılığında  Türkiyə  şairlərinin  təsiri 
olduğunu  açıqca  bildirirdi:  «Mənim  yaradıcılığımda  Rza 
Tofiqin şeirləri (təsiri –A.M.) vardır» (43, 200). 
Ə.Cavad yaradıcılığına R.Tofiq şeirlərinin təsiri məsə-
ləsi  hələ  o  vaxt  yazılan  məqalələrdə  də  göstərilmişdir. 
1919-cu  ildə  «Dalğa»  kitabının  çıxması  münasibətilə 
«Azərbaycan»  qəzetində  Ə.Həmdi  buraxdırdığı  «Dalğa» 
şairi  Ə.Cavad»    məqaləsində  R.Tofiqin  «Nəfəs»  şeiri  ilə 
Ə.Cavadın «Mən bulmuşam» şeirindən müqayisəli şəkildə 
bəhs  edərək,  hər  iki  şeirdə  müəllif  «mən»inin    poetik 
şəkildə  öz  ifadəsini  tapdığını  əsas  məziyyət  kimi  önə 
çəkirdi (43, 90).   
Məmməd  Akif  Ərsoy  (1873-1936)  yaradıcılığında  


 
 
72 
Ə.Cavadı   ən  çox istiqlal  şeirləri,     bayatılar və türkçülük 
ideyası  maraqlandırırdı.  Təsadüfi  deyildi  ki,  özü  də  onun 
kimi  çoxlu  bayatılar  yazıb.  Bu  da  maraqlı  idi  ki,  adətən, 
şeirlərində qəliz ərəb, fars sözləri olan M.Akifin bayatıları 
sadə, aydın xalq dilindədir. Məsələn:  
 
Dəniz dalğasız olmaz,  
Könül sevdasız olmaz.  
Yarı gözəl olanın  
Başı belasız olmaz (144, 524).  
 
Ə.Cavadın bir bayatısı isə belədir:  
 
Bağça bar deyib ağlar,  
Heyva nar deyib ağlar;  
Dərya üstə bitən gül –  
O da yar deyib ağlar (42, 183).  
 
«Sönməz  yurdumda  ucalan  al  bayraq,  yanan  ocaq», 
«Kim  bu  cənnət  vətənin  uğruna  olmaz  fəda»  deyən 
M.Akifin  «İstiqlal  marşı»  (Türkiyənin  dövlət  himni)  və 
«Cəng  şərqisi»  şeirləri  ilə  Ə.Cavadın  «Azərbaycan» 
(Azərbaycanın  dövlət  himni) və  «Marş»  şeirləri isə ideya, 
mövzu və ruh  etibarı ilə  çox  səsləşir. Ə.Cavad da  M.Akif 
kimi azadlığı qorumağı  ilhamla şeirə çəkirdi:  
 
Azərbaycan, Azərbaycan!  
Ey qəhrəman övladın Şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz. 
Üçrəngli bayrağınla məsud yaşa!.. (42, 213) 
 
və yaxud: 
Bayrağıma xain baxan  


 
 
73 
Xain gözə bən tikanım.  
Vurulursam kölgəsində, 
Halal olsun ona qanım!  (42, 210) 
 
 
 
  
 
Yeri gəlmişkən qeyd etməliyik ki, Ə.Cavad «Azərbay-
can» şeirini 1918-ci ildəki Xalq Cümhuriyyətinin sifarişilə 
yazdığı  kimi,  M.Akif  Ərsoy  da  «İstiqlal  marşı»ını  eyni 
səbəbdən  1922-ci  ildə,  Türkiyə  Cümhuriyyəti  qurulduğu 
zaman yazmışdır. 
Bəzən  M.Akifdə  və  M.Ə.Yurdaqulda  döyüşə,  Ə.Ca-
vadda  isə  mərhəmətə  çağırış  daha  güclüdür.  Məsələn,  
M.Akifin:  
 
Düşmana çeynətmə bu torpaqları,  
Haydı, qılıncdan keçir alçaqları!  
Leş kimi yatsın qara bayraqları!  
Qəhrəman övladım, uğurlar ola (144, 538).  
 
Eləcə də M.Ə.Yurdaqulun:  
 
Haydı, oğlum, haydı get! 
Ya qazi ol, ya şəhid!» – beytli şeiri 
 
Ə.Cavadın: 
 
Sən ey yatan, oyan, oyan!  
Qiyamətdir, olmuş əyan!  
 
– beytli şeirindən daha mübariz səslənir.  
Ə.Cavadın  ideya  və  mövzuca  ən  çox  təsirləndiyi 
Türkiyə  istiqlal  şairi  M.Ə.Yurdaquldur.  O,  özü  də  hələ 
1919-cu  ildə  bildirmişdi  ki,  «Əmin  bəyi  bilməyən  bir 
məktəbli cocuq belə yoxdur» (43, 85).  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə