Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
 
55 
caqdır». Türk ordusunun əsgərlərinə də belə bir duyğu güc 
verir.  Bakıdakı  o  xan  sarayında    əlində  çiçək    bir  qız 
onlardan  zəfər  gözləyir.  Ona  görə  də  türk  əsgəri  sanki 
Bakıya tərəf hərəkət edən bu sevgili qıza ürək-dirək verir:  
 
Ey Bakü, sən qorxma, gəldik gələli
*
  
Səninçün atıldıq daim irəli!  
Sağ qalanlar annələrə təsəlli,  
Şəhidlərin ruhu gülər, bismillah!  (42, 147) 
 
Şeirdə  Bakını  Azərbaycandan  qoparıb  almaq  istəyən 
azğın və məkrli düşmənə də tutarlı cavab verilir: 
 
Ey düşman, alnının yazısı qara,  
Öldürməz bizləri vurduğun yara!  
Yolladığım qurşun ərməğan sana,  
O kirli alnını öpər, bismillah!  (42, 147-148) 
 
Şair zəfər yürüşlərinin  qarşısında düşmənlərin tezliklə 
diz  çöküb  imdad  diləyəcəyi  inamı  ilə    şeirini  belə 
tamamlayır:  
 
Yurdumuzda bizə meydan oxuyan,  
Murdar cəmdəkləri murdar qoxuyan,  
Tənbur səslərini uzaqdan duyan  
Düşmənimiz aman istər, bismillah!  (42, 148) 
 
Əhməd Cavad Qafqaz İslam ordusunun təkcə xilaskar-
lıq  missiyasını  öz  şeirlərində  alqışlayıb  tərənnüm  etməklə 
işini  bitirmirdi.  Buna  böyük  ictimai-siyasi  əhəmiyyət 
verirdi.  Şərqdə,  Türk  dünyasında  ilk  dəfə  Azərbaycanda 
qurulan  müstəqil  cümhuriyyətin  başqa  Türk  ellərində  də 
                                                   
*
 эялян кими 


 
 
56 
qurulmasını  istəyirdi.  Çünki  həmişə  qardaş  qardaşın 
arxasında  duracaq,  ona  dayaq  olacaq.  Bu  ümid  və  inam 
şairin  başqa  janrlarda  yazdığı  əsərlərdə  də  aydın  göstə-
rilirdi.  
Bu  araşdırmalar  göstərir  ki,  Ə.Cavad  Azərbaycan 
ədəbiyyatında  görkəmli türkçü, istiqlal  şairi kimi  məşhur-
dur və heç bir şairimiz onun qədər Türkiyə ilə bağlı olma-
mışdır.  Bu  işdə  Gəncə  gimnaziyasında  Türkiyəli  xoca-
larının,  İstanbulda  Rza  Tofiqdən  dərs  almış  Universitet 
bitirmiş  H.Cavid  və  A.Sur  kimi  müəllimlərinin  böyük 
təsiri olmuşdur. Türkiyəyə olan bu maraq və sevgi Balkan 
və  Birinci  Cahan  savaşı  illərində  türkçülük  ideya 
məfkurəsi  kimi  formalaşmış,  yüksək  səviyyəyə  çatmış, 
əsərlərinin  leytmotivinə  çevrilmişdir.  1918-1920-ci 
illərdəki  Cümhuriyyət  dönəmində,  Qafqaz  İslam 
Ordusunun  Bakını  düşmənlərdən  azad  etdiyi  dövrdə 
türkçülük ideyası onun yaradıcılığında istiqlal mövzusu ilə 
qovuşuq  halda  əks  edilmişdir.  Bunu  həm  onun  türkçülük 
ruhlu  şeirlərində,  həm  də  əməli  fəaliyyətində  müşahidə 
etmək olar.  
Ə.Cavadın  yaradıcılığında  turançılıq  həmişə  türkçü-
lüklə  paralel  şəkildədir.  Onun  türkçülüyü,  Türkiyə  möv-
zulu  əsərləri  həm  öz  yaradıcılığına,  həm  də  romantik 
poeziyamıza  bir  rəngarənglik  gətirmişdir.  Bu  işdə  şairin 
M.A.Ərsoy, R.Tofiq, M.Ə.Yurdaqul kimi Türkiyəli istiqlal 
və  türkçü  sənətkarlardan  təsirlənməsi  də  az  əhəmiyyət 
daşımırdı.     
Türk  xalqlarının  ədəbiyyatları  tarix  boyu  qarşılıqlı 
şəkildə inkişaf etmişdir. Böyük M.Füzulinin Türkiyədə və 
Azərbaycanda  eyni  dərəcədə  öyrənilməsi  və  sevilməsi 
buna  parlaq  sübutdur.  Bir  sıra  əski  ortaq  abidələrimizin, 
eləcə  də  Yunus  Əmrə,  Namiq  Kamal,  Tofiq  Fikrət, 


 
 
57 
Əbdülhəq  Hamid,  Məmməd  Akif  Ərsoy,  Məmməd  Əmin 
Yurdaqul  və  b.  ədəbi  şəxsiyyətlərin  yaradıcılıqları 
Türkiyədə  olduğu  kimi,  Azərbaycanda  da  maraqla 
qarşılanır.  Eyni  zamanda,  Əli  bəy  Hüseynzadə,  Əhməd 
bəy  Ağayev,  Məhəmməd  Əmin  Rəsulzadə,  Məhəmməd 
Hadi, Almaz İldırım, Hüseyn Cavid, Abdulla Şaiq, Axund 
Yusif  Talıbzadə,  Cəfər  Cabbarlı  və  bu  kimi  Azərbaycan 
xadimlərinin  əsərləri  Türkiyənin    ədəbi-elmi  ictimaiyyəti 
və  geniş  oxucu  kütləsi  tərəfindən  oxunur,  öyrənilir. 
Azərbaycanla  Türkiyə  arasındakı  bu  mədəni-mənəvi 
doğmalıq  hər  iki  xalqın  tarixi  taleyinin  ayrı-ayrı 
mərhələlərində oxşar şəkildə üzə çıxır.  
XX  əsrin  əvvəllərində  Azərbaycanla  Türkiyə  arasında 
işgüzar  və  qarşılıqlı  ədəbi  və  ictimai-siyasi  əlaqələrin  da-
vamı və inkişafında Əhməd Cavadın xüsusi rolu olmuşdur. 
Bu  səbəbdən  də  Türkiyədə  Ə.Cavad  irsinə  böyük  maraq 
və diqqət o dövrdən indiyə kimi davam edir.  
 


 
 
58 
II FƏSİL 
 
AZƏRBAYCAN-TÜRKİYƏ ƏDƏBİ 
ƏLAQƏLƏRİNDƏ  
ƏHMƏD CAVADIN YERİ 
 
2.1. Ə.Cavadın türkçülük və turançılıq görüşləri 
 
Ə.Cavad  yaradıcılığında  elm,  maarif,  vətən,  istiqlal 
mövzuları ilə yanaşı, türkçülük, turançılıq, Türkiyəyə, türk 
xalqına sevgi, Balkan və Birinci Cahan savaşında Türkiyə-
nin  dərdlərinə,  çəkdiyi  müsibətə  şəriklik  məsələləri 
mühüm  yer  tutur.  Əslində  bu  mövzular  onun  dünya-
görüşündə  və  yaradıcılığında  bir  bütövlük  təşkil  edir. 
Çünki  onun  türkçülüyü  və  Turançılığı  elə  Balkan  və 
Birinci  Cahan  savaşı  illərində  formalaşıb,  əsərlərinin  ca-
nına,  qanına  keçib,  əsas  ideyasına  çevrilib.  Qaynaqları 
ədəbiyyatımızda  əski  abidələrimizdən,  Oğuznamələrdən, 
M.Kaşğaridən,  Füzulidən,  A.Bakıxanovdan,  M.F.Axun-
dovdan,  H.Zərdabidən  gələn,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu, 
M.Ə.Rəsulzadə  yaradıcılığında  formalaşan,  H.Cavid, 
A.Şaiq,  A.Səhhət,  A.Sur,  Ə.Cavad,  C.Cabbarlı  əsərlərində 
tərənnüm  edilən  bu  ideyalar  hətta  Ə.Şövqi,  Ə.Yusif, 
Ümugülsüm, Ə.Abid (Gültəkin), Mürşüd Balaqardaş, Bədri 
Seyidzadə  və  başqa  gənc  istiqlal  şairlərinin  də  şeirlərinə 
hopmuşdur.  
Bütövlükdə  türkçülüyün  nəzəri  əsasları  İ.Qaspıralı, 
Ə.Hüseynzadə,  Z.Göyalp  tərəfindən  müəyyənləşdiril-
mişdir.  Mütəxəssislər  türkçülüyün  iki  istiqamətini  müəy-
yənləşdirmişlər:    mədəni  türkçülük  və  siyasi  türkçülük. 
Türkçü  sənətkarlar,  əsasən,  ədəbi-mədəni  türkçülüyün 
tərənnümçüsü  və  təbliğatçısı  olmuşlar.  Çünki  türk 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə