Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
 
62 
İstanbulun  müdafiəsində  iştirak  etmiş  və  yaralanmışdır. 
1914-1917-ci  illəri  əhatə  edən  ikinci  mərhələdə  şair  bəzi 
zaman aralıqları ilə Qars, Ərdahan, Ərzurum  və sair Türk 
bölgələrində,  Acarada,  Dağıstanda  olmuş,  rusların  və 
ermənilərin  hücumlarına  uğramış  şəhər  və  kəndlərin 
didərginlərinə,  qazilərə,  şəhidlərə,  cocuqlara  yardım  edən 
təşkilatlarda  çalışmış,  eyni  zamanda  bu  bölgələrdən 
Azərbaycan  qəzetlərinə  ardıcıl  məlumatlar  göndərmişdir. 
1918-1920-ci  illər  arasındakı  üçüncü  mərhələdə  isə  bir 
tərəfdən  özü  gördüyü  işlərlə  müstəqil  Demokratik 
Azərbaycan  dövlətinin  qüvvətlənməsinə  çalışmış,  digər 
tərəfdən  də  türkçülüyü  yayan  əsərlər  yazmağa  davam 
etmişdir» (158). 
1917-ci  ildə  çarizmin  yıxılması  ilə  xalqların  azadlıq 
mübarizəsinə  qalxması  Ə.Cavadı da ruhlandırmışdı.  Artıq 
inanırdı  ki,    Azərbaycan  istiqlala  qovuşacaq.  Bunun  bir 
səbəbi də elə türkçülüyü, türk xalqlarının gələcəyinə inamı 
ilə  bağlı  idi.  Odur  ki,  1918-ci  ildə  Azərbaycan  istiqlala 
qovuşduqdan sonra deyirdi:  
 
Bən röyada nazlı yarın  
Tellərini hörmüşdüm! 
Bu sevincli zamanların  
Röyasını görmüşdüm! (42, 141)  
 
1919-cu  ildə  isə  istiqlalın  verdiyi  hüzur  hissi  ilə 
yazırdı: 
 
Ey Tanrının cənnət uman qulları,  
Bən cənnəti bu dünyada bulmuşam (42, 148).  
 
Ə.Cavadın türkçülüyündə həmişə Türkiyə-Azərbaycan 
əlaqələri, birliyi, bir-birinin sevincinə, dərdinə şərik olmaq 
qayəsi öndə idi. Sonra Türküstana üz tuturdu. Ona görə də 


 
 
63 
şairin  türkçülüyündən  danışanda  həmişə  onun  Balkan  və 
Birinci  Cahan  savaşı  illərində  Türkiyə    və  Azərbaycan 
türklərinin  qardaşlığı,  bu  ideyaya  xidmət  etmək  məsələsi 
önə  keçir.  Bunu  Ə.Cavadın  xarici  müdaxiləçilərə, 
Türkiyəni  parçalamaq,  bölüşdürmək  istəyən  əcnəbi 
güclərə  qarşı  mübarizə  çağırışlarında  da  görürük.  Bu 
baxımdan  şairin  rus  və  ingilis  imperialistlərinin  tənqidi 
mövzusundakı  şeirləri  daha  çox  diqqət  çəkir.    «İraq», 
«Çırpınırdın,  Qara  dəniz»,  «Nə  gördümsə»,  «İstanbul», 
«İngilis» kimi şeirlərində Azərbaycana sıxıntı və fəlakətlər 
gətirən,  Türkiyəni  qan  içində  boğmağa  çalışan  işğalçı 
düşmənlərin  iç  üzünü  açır,  türk  xalqlarının  «Qızıl  alma» 
yurdu  olan  Azərbaycanı,  Osmanlı  Türkiyəsini  mətin 
olmağa, düşmənləri məhv etməyə ruhlandırırdı.  
Ə.Cavadın,    şeirlərindən  də  göründüyü  kimi,  onun 
yaradıcılığında  türkçülük  və  istiqlal  ideyaları    məhz  bu 
dövrdən  başlayaraq  qovuşur.  O,  bu  dönəmdə  artıq  «Qızıl 
alma»dan  bəri,  Şərqdən  Qərbə,  Anadoludan,  Qafqazdan 
Altaya,  Sibirə,  Çinə 

  bütün  türk  xalqlarının  taleyini 
düşünür, nicatı onların birliyində görürdü.  
Ə.Cavad «Kuropatkinə» şeirində çarizmin süqutundan 
sonra imperiyanı saxlamaq üçün əyalətlərdə, xüsusilə türk 
ellərində  fəlakətlər  törədən  siyasətini,  rus  məmurlarının 
özbaşınalıqlarını  göstərməklə,  onlara  haqsızlıqların  belə 
qalmayacağını da xatırladırdı, «…onların xalqımızın əley-
hinə  yeritdikləri    cinayətkar  genosid  siyasətinin 
nəticələrini bir ittihamnamə kimi elan edirdi» (102, 61).  
 
Kimdir bizim minarədə əzanları susduranlar?  
«Doğru yola sapma!» deyib qanlı irin qusduranlar?  
…Təkmələyib Türküstanın əyilməyən başlarını,  
Kimlər çaldı babaların əski məzar daşlarını?  


 
 
64 
Hansı qanun əlləriylə, hansı yasa
*
, hansı yazı  
Söyüdlərin yerlərinə dikdi Sibir akasyası? 
Heç bir tarix göstərməzkən türkün xain olduğunu,  
Kimdir çalan türk ırzını
**
, türk elinin var-yoxunu?      
                                                                          (42, 145)   
                                                                 
 
Şair  çarizmin  Kuropatkin  kimi  canişinlərini,  sadiq 
qullarını  belə  sorğu-suallara  çəkərək  özü  cavablandırır  və 
çıxış yolunu hürriyyətdə görür:  
 
Dərdə düşmüş insan oğlu yolunda,  
Ey hürriyyət, dərman sənin əlində!  
Asılmaya məhkum olan qardaşı  
Qurtaracaq fərman sənin əlində! (42, 147) 
 
Kuropatkini  «Türküstanın  cəlladı»  adlandıran,  ona 
nifrət  bəsləyən  şair  «Gəlməzmi  heç?»,  «Mən  o  günə  həs-
rətəm»  deyə  hürriyyət  günəşinin  bütün  Turan  ellərində 
parlamasını arzulayırdı.  
İstiqlalın  «sevinc  dadını»  görən  Ə.Cavad  həmin  ildə 
yazdığı  «Marş»  şeirində  Orta  Asiyaya  doğru  irəliləyən 
türk ordusunun amalını belə tərənnüm edirdi:  
 
İsmarladım nişanlıma 

 
Mən Turana gediyorum.  
Qardaşımı qurtarmağa  
Türküstana gediyorum!  (42, 210) 
 
 
 
  
 
Gördüyümüz  kimi,  Ə.Cavad  Orta  Asiyanı  sonradan 
meydana çıxan  bölgülərlə  yox,  ənənəvi adı ilə Türküstan 
adlandırırdı.  Ümumiyyətlə,  o  turan  ellərini  ölkə-ölkə 
                                                   
*
 ганун 
**
 намусуну 


 
 
65 
sadalamağı sevmirdi. 
Ə.Cavadın  «İngilis»  şeirində  «damağında  Çanaqqala 
ağısı»  qalan  ingilis  işğalçılarına  tənqidi  münasibəti  də 
diqqəti çəkir.  
 
Sarıb Hindistanın  cansız qolunu,  
Gəldin bağlamağa Turan yolunu,  
Aldadıb hər yerdə Tanrı qulunu,  
İnsanları ucuz satan ingilis.  
 
Azərbaycanda  Ə.Hüseynzadə  ilə  başlayan  turançılıq 
ideyasını  bədii  ədəbiyyatda  ən  çox  əks  etdirən  və  yayan 
şairlər  H.Cavid,  A.Şaiq  və  Ə.Cavad  olmuşdur.    Təsadüfi 
deyil ki, Abdulla Şaiq özü 1927-ci ildə («Maarif işçisi», № 
3,  58)  yazırdı:  «Bu  gün  Azəri  ədəbiyyatında    isimləri 
hörmət  və  iftixarla  zikr  edilməkdə  olan:  Məhəmməd  Hadi, 
Sabir,  Səhhət,  hətta Cavad və  Cavid kimi qiymətli  şairləri – 
Əlibəy yetişdirdi» (43, 91). 
Prof.  Şamil  Vəliyev  göstərir  ki,  «Turançılıq  ideyasını 
yürüdərkən «Füyuzat»çılar hər şeydən öncə türkçülük tari-
xini  və  əxlaqi-mədəni  dəyərlərini  öyrənməyi,  təbliğ 
etməyi,  daha  dəqiq  desək,  «Türklər  kimdir  və  kimlərdən 
ibarətdir?» (Ə.Hüseynzadə) sualına cavab tapmağı  başlıca 
vəzifələrdən sayırdılar» (125, 14).  
Mütəxəssislər Z.Göyalpa əsaslanaraq təsdiqləyirlər ki, 
turançılıq  –  türkçülüyün  son  mərhələsi,  hədəfidir.  Burada 
ümumtürk  birliyinin  mahiyyəti  də  anlaşılır.  Ancaq 
Ə.Cavadın  görüşlərində  bu  eyni  qaynaqlardan  başladığı 
kimi,  eyni    şəkildə  də  ifadə  olunur.  Yəni  onun 
yaradıcılığında  türkçülüklə  turançılıq  ideyası  həmişə 
birlikdə  özünü  göstərir,  bir-birini  tamamlayır.  Əslində 
onların  ədəbiyyata  gəlişi  tarixçəsi  də  eyni  zamana  aiddir. 
1904-cü  ildə  Yusif  Akçuranın  yayınladığı  Ə.Hüseyn-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə