Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
 
59 
xalqlarının  özünü  anlaması,  keçmişini  bilməsi,  tarixini 
öyrənməsi,  birliyə  çalışması  üçün  ilk  mərhələdə  məhz 
buna çox ehtiyac duyulurdu.  
Azərbaycan  ədəbiyyatşünaslığında  türkçülüyü  bir 
problem  kimi  ilk  dəfə  sistemli  tədqiqat  predmetinə  çevi-
rən,  bu  mövzuda  dissertasiya və  monoqrafiya  yazan  f.e.d. 
Aybəniz  Əliyeva  (Kəngərli)  haqlı  olaraq  göstərir  ki,  
«Türkçülük  –  millətçilik,  millətsevərlik,  türk  millətini 
yüksəltmək, türk millətinə bağlılıq deməkdir… Türkçülük 
–  türk  millətçiliyi,  türk  millətinin  ideologiyası    deməkdir 
və  millət, dil,  əxlaq,  etika, estetika baxımından ortaq  olan 
fərqlərin  bütünü  olduğu  üçün  türk  milləti  anlayışı 
dünyanın harasında yaşamasından asılı olmayaraq,  əsir  və 
hürr  bütün  dünya  türklərini  özündə  birləşdirir»  (60,  76). 
Bu  prinsiplərin  həyata  keçirilməsi  üçün  fədakar,  yetgin 
türk  oğullarının  birgə  mübarizəsi,  mücadiləsi  gərək  idi. 
Odur  ki,  Ə.Hüseynzadə  deyirdi:  «Bizə  fədai  lazımdır: 
Türk  hissiyyatlı,  islam  etiqatlı,  Avropa  qiyafəli  fədai». 
Professor  Şamil  Vəliyevin  bu  sözü  də    həqiqətdir  ki, 
həmin  fikir  türkləşmək,  islamlaşmaq,  müasirləşmək 
şəklində düstur halına gətirilmişdir   (125, 14).  
Nəzərə  alsaq  ki,  türkçülük  özünün  türklüyünü  anla-
maqla  türk  xalqlarının  bütövlüyünə  çalışmaqdır,  onda 
Ə.Cavadın  bütün  fəaliyyətini  və  yaradıcılığını  türkçülüyə 
xidmət kimi dəyərləndirmək olar.  
Azərbaycan  şairləri  arasında  türkçülüklə  ən  sıx  bağlı 
olan,  onunla  yaşayan  və  onu  əsərlərində  ən  sadə,  səmimi 
dillə, məhəbbətlə tərənnüm edən Ə.Cavaddır. O, Türkiyəni  
və  bütün türk dünyasını  sevməklə qalmamış, onu müdafiə 
və 
təbliğ 
etmişdir. 
Öz 
türkçülük 
məfkurəsini 
Azərbaycanda,  bütün  Qafqazda,  Balkanda  və  Anadoluda 
savaş  illərində  belə  yaymış,  onun  uğrunda  cəbhələrdə 


 
 
60 
olmuş,  vuruşmuşdu.  XX  əsrin  əvvəllərindən  Rusiyanın 
Azərbaycanda  Xalq  Cümhuriyyətini  yıxıb,    vətənimizi 
təkrar  işğal  etməsini,  milli,  millətçi,  türkçü  ziyalılarımızı 
məhv  və  Sibirə  sürğün  etməsini,  mühacirliyə  məcbur 
etməsini,  Zəngəzuru  və  başqa  bölgələrimizi  ermənilərə 
bağışlamasını, Qarabağda erməni qan çanağı  yaratmasını, 
Qafqaz  türklərini  türkçülükdən  qoparıb  azərbaycanlı 
adlandırmasını,  Moskvanın ruslaşdırma,  manqurtlaşdırma, 
türklərə qarşı düşmənçilik siyasətini millət fədaisi şairimiz 
həzm edə bilmirdi.  
B.Nəbiyevin  bu  sözləri  də  həqiqətdir  ki,  «Onun 
(Ə.Cavadın – A.M.) suçlanmasında əsas səbəb kimi Türki-
yəyə və türkçülük ideyalarına sədaqəti, Müsavat firqəsinin 
üzvü  olması  göstərilmişdir»  (158).  O,  hətta  İsmayıl 
Hikmət    və  Xəlil  Fikrət  kimi  türk  alimlərini  Azərbaycan 
Ədəbiyyat Cəmiyyətinə cəlb etməkdə də ittiham olunurdu. 
Ə.Cavad  özü  bunu  etiraf  etməyə  məcbur  olmuşdur.  Bu 
barədə  C.Qasımovun  «Əsrin  qiyamət  çağı»  kitabına  cəlb 
etdiyi istintaq materiallarında oxuyuruq: «Məni Hikmət və 
Fikrətə yaxınlaşdıran   əksinqilabi  müsavatçı  və  pantürkist 
baxışlarım  olmuşdur.  Mən  onlarla  mütəmadi  olaraq  fikir 
mübadiləsi  edirdim.  Qeyd  etməliyəm  ki,  onların  hər  ikisi 
bir  neçə istiqamətdə   böyük panturkist iş aparırdı.  Mənim 
vasitəmlə  onlar  özlərinin  Azərbaycan  dilinin  osmanlılaş-
ması  və  Azərbaycan  ədəbiyyatına  pantürkist  ideyalarının 
tətbiq edilməsi vəzifələrini yerinə yetirirdilər» (83, 76). 
Həqiqətən,  Ə.Cavadın  türkçülüyünün  əsas  mahiyyəti 
Türkiyəyə,  onun  tarixinə,  ədəbiyyat  və  mədəniyyətinə 
məhəbbət, Türkiyədəki görkəmli türkçü, istiqlalçı şairlərlə 
əlaqələri,  onlardan  təsirlənməsi,  Balkan  savaşı  və  Birinci 
Cahan  savaşı  illərində  Türkiyə  əsgərlərinin  yanında 
olması,  yaralılara,  kimsəsizlərə,  qaçqın,  köçkünlərə 


 
 
61 
yardımı,  bütün  bunları  Azərbaycan  mətbuatında və  ədəbi-
publisistik  əsərlərində  qələmə  alması,  Qafqaz  türklərini 
qardaş  xalqın  dərdinə  şərik  olmağa,  yardım  etməyə 
çağırmasındadır.  Bir  əsas  səbəb  də  türk  xalqlarının,  türk 
dövlətlərinin  birliyi,  ortaq  ədəbiyyat,  ortaq  dil,  din, 
turançılıq ideyalarının müdafiə və təbliğidir.  
Ümumiyyətlə,  Ə.Hüseynzadənin  mədəni  türkçülük 
konsepsiyasını  A.Səhhət,  A.Şaiq  və  eləcə  də  H.Cavid, 
Ə.Cavad,  C.Cabbarlı  və  gənc  istiqlalçı  şairlər  bədii  əsər-
lərində  həyata  keçiriblər.  H.Cavidin  Türk  tarixindən  alın-
mış  əsərləri,  A.Şaiqin  «Ədəmi-Mərkəziyyə  Musavata…», 
«Araz»dan  «Turana»,  «İki  mücahid»,  Ə.Cavadın  silsilə 
şeirləri  türkçülük ideyalarını yayan bədii örnəklərdəndir.  
Ə.Cavadın  türkçülük  görüşlərinin  qaynaqları  və 
türkçülüyə gəlişi daha əvvəl də qeyd etdiyimiz kimi Gəncə 
gimnaziyasından  başlamış,  get-gedə  qaynar  həyat  hadisə-
ləri,  Türkiyə  ilə  əlaqələr  nəticəsində  genişlənmiş, 
formalaşmışdır. 
Bu, 
xüsusilə 
savaş 
illərində 
yaradıcılığında  güclü  şəkildə  ifadə  olunmuşdur.  Şairin  ilk 
kitabı  olan  «Qoşma»dakı  şeirlərin  çoxunda  savaşda 
Türkiyənin  üzləşdiyi  fəlakətlərdən,  xalqa  dərin  rəğbətdən 
bəhs edilirdi.  
Yeri gəlmişkən,  «Nədən yarandın?»  şeiri ilə bağlı pro-
fessor  Vaqif  Sultanlı  doğru  olaraq  deyir:  «M.Ə.Rəsulzadə 
«Nədən  yarandın?»  şeirinin  28  may  istiqlal  günü  münasi-
bətilə  yazıldığını  göstərir…  Əslində  şeir  1914-cü  ilin  28 
mayında  yazılmış  və  şairin  1916-cı  ildə  çap  olunmuş 
«Qoşma» kitabına daxil edilmişdir» (114, 170). 
B.Nəbiyev 
Ə.Cavadın  yaradıcılığında  türkçülük 
uğrunda  mücadilədən  danışarkən  onu  üç  mərhələyə  bölür 
və  hər  mərhələni  belə  səciyyələndirir:  «Birinci  mərhələ 
Balkan savaşını əhatə edir. Bu yollarda Ə.Cavad əldə silah 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə