Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
 
48 
Azərbaycan  və Osmanlı türklərinin  bir-birləri ilə  olan  
doğmalıqları  gənc  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə 
Osmanlı  Türkiyəsi  arasındakı  qarşılıqlı  münasibətlərin 
inkişafında  əhəmiyyətli  rol  oynadı.  Azərbaycan  Cümhu-
riyyəti  çətin  günlərini  yaşayarkən  Türkiyə  hökumətinə 
müraciət edib ondan kömək istədi.  
1918-ci  ilin  4  iyun  tarixli  Batum  müqaviləsinin  şərt-
lərinə  görə    Azərbaycan  Cümhuriyyətinin  hərbi  yardım 
haqqında  müraciətinə  uyğun  olaraq,  Türkiyə  hökuməti 
ehtiyac  olduğu  zaman  ona  bu  köməyi  də  göstərməyi    öz 
üzərinə götürmüşdü.  
Yarandığı  gündən  Azərbaycan  Xalq  Cümhuriyyətini 
devirməyə  çalışan  düşmən  qüvvələr  çox  idi.  Sovet 
Rusiyası,  İran,  İngiltərə  və  digər  imperialist  ölkələr  belə 
məkrli  niyyətdə  idi.  Bir  tərəfdən  çar  Rusiyasının  generalı 
Denikin  ordusu,  bir  tərəfdən  də  ermənilər  Bakıda  yenicə 
yaradılmış  Mərkəzi  Kaspi  adlı  oyuncaq  hökumətdən 
istifadə  edərək  Bakı  quberiniyasını  da  Azərbaycanın 
əlindən almağa çalışırdılar. Ona görə də Azərbaycan Xalq 
Cümhuriyyəti  hərbi  yardım  üçün  Osmanlı  Türkiyəsinə 
müraciət etməyi lazım bildi. Buna cavab olaraq Türkiyədə 
dərhal  tədbirlər  görülməyə  başladı  və  Azərbaycana 
göndərilmək  üçün  xüsusi  ordu  təşkil  edildi.  Həmin  ordu 
Qafqaz  İslam  Ordusu  adlandırıldı  və  ona  Türkiyənin  o 
zamankı  hərbi  naziri  Ənvər  paşa  öz  qardaşı  Nuru  paşanı 
komandan  təyin  etdi.    O  dönəm  onsuz  da  çökməkdə  olan 
«Osmanlı  dövləti,  Azərbaycanı  xilas  etmə  hərəkatına 
başladığı  andan  etibarən  Sovet    Rusiyasını,  Ermənistanı, 
Gürcüstanı,  Azərbaycan  ermənilərini,  İngiltərəni  və 
müttəfiqi  Almaniyanı  sanki  ortaq  təşkil  edilmiş  bir  cəbhə 
olaraq  qarşısında  görmüşdü»  (103,  117).    Doğurdan  da, 
Azərbaycan  Cümhuriyyətinin  ona  düşmən  kəsilən 


 
 
49 
imperialist  və  işğalçı  qüvvələrdən,  eləcə  də  erməni 
daşnaklarından  qorunmasında və möhkəmləndirilməsində 
əsas    rolu  Qafqaz  İslam  Ordusu  oynadı.  Osmanlı  dövləti 
Azərbaycanı  təkcə  rus,  erməni  və  başqa  imperialist-sepe-
ratçı 
qüvvələrdən 
qorumaqla 
kifayətlənmədi, 
Azərbaycanın  öz  ordusunun  yaradılması  qayğısına  da 
qaldı. 
Prof. Əhməd Karaca çox doğru deyir ki, «Bu, (Qafqaz 
İslam  Ordusunun  Bakıya  yardıma  gəlməsi  –  A.M.)  türk 
tarixində  ilk  dəfə  olaraq  bir  türk  dövlətinin  digər  türk 
dövlətinin yardımına getdiyi bir hadisə idi» (52, 14).   
Tarixdən  və  apardığımız  araşdırmalardan  məlumdur 
ki,  Qafqaz  İslam    Ordusunun  Azərbaycana  gəlişi  yerli 
əhali tərəfindən çox böyük sevinclə qarşılanmışdır. Xalqın  
dəhşət və həyəcan içində olduğu bir vaxtda Türkiyə  ordu-
sunun  onun  köməyə  gəlməsi  əhali  arasında  böyük  ruh 
yüksəkliyi yaratdı.  
Qafqaz  İslam  Ordusunun  Azərbaycana  gəlişi  ölkədə 
ədəbi-mədəni,  siyasi-sosial  inkişafa  yeni  bir  təkan  verdi. 
İstiqlalçı  sənətkarlar  öz  əsərlərində  bu  qələbəni,  Türkiyə 
əsgərlərini ilhamla tərənnüm  etdilər,  şəhidlərə ağı dedilər. 
Azadlıq  amalına,  Türkiyəyə,  türk  xalqına,  türkçülüyünə 
görə burada da Ə.Cavad öncüllərdən oldu.  
Ə.Cavad  bu  mövzuda  şeirlər  yazmaqla  kifayətlən-
məyib,  eyni  zamanda    Qafqaz  İslam    Ordusu  əsgərlərinə 
qoşulub.  H.Baykaraya  görə  Türk  ordusu  Azərbaycana 
gələndə «Əhməd Cavad  yenə  «Müqəddəs Mehmetcik»  və 
Azəri  əsgər  yoldaşları  ilə  Bakının  Yasamal  dağlarındakı 
səngərlərdə  düşmənlə  vuruşub»  (22,  276).  Ə.Cavad 
haqqında  tədqiqat  aparmış  İrfan  Murad  Yıldırım  da  bunu 
təsdiqləyir  (175,  18).  Hətta  «Müxtəsər  Azərbaycan 
ədəbiyyatı  tarixi»  kitabında  da  bu  fakta    rast  gəlirik  (97, 


 
 
50 
246).  
C.Qasımova görə, Ə.Cavad 1918-ci ildə də mart hadi-
sələrinin  qarşısını  almaq  üçün  Azərbaycan  nümayəndə 
heyəti  ilə  Türkiyədə  olmuşdu    (83,  69).  Lakin  biz  bu 
barədə başqa bir qaynaq və ya  mənbəyə rast gəlmədik. 
Qafqaz  İslam  Ordusunun  Azərbaycanda  sevinclə 
qarşılanmasını  o  zaman  dövri  mətbuatda  çap  olunmuş 
çeşidli  məqalə  və  şeirlərdən  də  görmək  olur.  Həmin 
məqalə və şeirlərin çoxu Əhməd Cavad tərəfindən qələmə 
alınmışdır.  Bunların  bəzilərindən  Əhməd  Cavad  irsinin 
tədqiqatçılarından  olan  filologiya  elmləri  doktorları  Əli 
Saləddin,  Aybəniz  Əliyeva  (Kəngərli),  professorlardan 
Əflatun  Saraçlı,  Alxan  Bayramoğlu,  filologiya  elmləri 
namizədi  Göyərçin  Mustafayeva,  Rəhman  Həsənov  və  b. 
geniş söhbət açmışlar.  
Prof.  A.Bayramoğlu  «Qafqaz  imdadına  çatan  türkün 
könül  nəğmələri»  adlı  kitabında  Qafqaz  İslam  Ordusu  ilə 
birlikdə 
Azərbaycana 
gələn 
türkiyəli 
şairlərlə 
Azərbaycanın  ədib  və  şairlərinin  yaradıcılıq  əməkdaş-
lıqlarından ətraflı bəhs etmiş, onların mətbuatda çap edilən 
şeir  və  məqalələrindən  nümunələr  vermişdir.  Burada 
Ə.Cavadın  Türk  ordusuna  və  türkiyəli  qələm  dostlarına 
həsr  etdiyi  xeyli  şeir  və  məqalə  də  yer  almışdır  (24,  119-
124, 131-134).  
Prof. Əflatun Saraçlının «Azərbaycan yazıçıları Cüm-
huriyyət  dönəmində»    monoqrafiyasının  bir  fəsli  (112, 
118-174)  Ə.Cavada  həsr  edilmişdir.  Burada  Ə.Saraçlı 
Ə.Cavadın Türkiyəyə  həsr  edilmiş  şeir  və  məqalələrindən 
də söz açır.  
Ə.Cavad  «Türk  ordusuna»  şeirində  Qafqaz  İslam 
Ordusunu belə salamlayırdı:  
İlk atarkən əski bürcə addımı,  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə