Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
 
33 
Gürcüstanda  da  bir  zaman  gürcülər  yaşamışdılar!».  Ona 
görə  də  onlar  gördükləri  hər  bir  yerli  vətəndaşda  gürcü 
əlaməti axtarmağa çalışırlar.  
Bunlar bir daha sübut edir ki, Acara barəsində qəzetin 
mövqe  və  məqsədi  yerli  əhaliyə  yox,    ayrı-ayrı  gürcü  şo-
vinistlərinə  xidmət  edir.  Odur  ki,  «Bu  vəziyyət  bu  gün 
olmazsa,  yarın  Acarada  çox  sui-təsir  yapacaqdır.  Gürcü 
mətbuatından  heç  birisi  Acaranı  tanımayır.  Yazıb 
cızdıqları həp xəyal və fantaziyadır» deyirdi (43, 69). 
Bütün bunlar Ə.Cavadın vətəndaşlığını, aydın düşüncə 
sahibi  və  tədbirli  bir  ictimai  xadim  olmasını    və 
türkçülüyünü təsdiq edən faktlardandır.  
Müəllif  Acara ilə «həmhüdud» ərazidə yaşayan lazlar 
haqqında  yazırdı:  «Tarix  bizə  cəsur  bir  qövm  olaraq  gös-
tərir  ki,  türklərin  tarixində  lazların  cəsarəti  bir  çox  böyük 
rollar  oynamışdır.  Bunların  gözəl  sifətlərindən  biri  də 
sədaqətləridir. Türkiyənin  əlində  olduqları  vaxt  sayir ufaq 
millətlər  kimi  öylə  üsyan  və  iğtişaş  ilə  uğraşmadıqları 
kimi,  «Laz»  qüvvəsilə  bir  çox  üsyanlar  susdurulmuşdur. 
Doğruluqlarını  tərif  üçün  doktor  (Xosrov  bəy  Sultanov  – 
A.M.) – Laz azdır, ancaq düzdür, – deyir» (43, 55). 
Bu təqdimatdan əsas məqsəd lazların  həm ərazi, həm 
də  mənəvi  cəhətdən  türklərə  yaxın  və  doğma  olduğunu 
göstərməkdir.  Əhməd  Cavad  oxucuya  göstərmək  istəyirdi 
ki,  bütün  digər  məsələlərdə  olduğu  kimi,  dərdinə  şərik 
olma  və  xeyriyyə  yardımı  göstərmək  işində  də  lazları 
türklərdən  ayırmaq  olmaz  və  bu  heç  mümkün  də  deyil. 
Təsadüfi  deyil  ki,  o,    məqalələrindən  birini  «Lazlara 
kömək»  adlandırmışdır  (43,  57-58).  «Rizə  və  Trabzon 
fəlakətzədələri»  məqaləsindən  də  görünür  ki,  Ə.Cavad 
«Cəmiyyəti-Xeyriyyə»  xətti  ilə  onlara  da  kömək  əli 
uzadırdı (43, 73-76).  


 
 
34 
Şairin «Açıq söz» qəzetinin 1 avqust 1916-cı ildə çap 
edilən  «Suxum  yolundan»  məqaləsi  də  diqqətəlayiqdir. 
Məqalədə  oxuyuruq:  «Qulluq  məni  Suxum  okruqu  Qara 
dəniz  sahilinə  də  gəlməyə  məcbur  etdi.  Türklərin  Batum 
üzərinə  hücum etdiyi  vaxt Batumda  olan  islam  əhli  isteh-
kam  dairəsindən  sürgün  edildiyi  zaman  Batumdan  və 
Batumun  ətrafında  bulunan  köylərin  əhalisi  o  tərəf,  bu 
tərəfə  qaçdılar.  Bunlardan  bir  qismi  yenə  mühacir  sifətilə 
Suxum  okruquna  gəlmişlərdir.  Məzlum  400-ə  varan  bu 
zavallılara  istərsə  milli,  istərsə  qeyri  heç  bir  yardım 
olunmamışdı.  Bəzilərinin müraciəti üzərinə bunları təhqiq 
etmək 
üçün 
«Cəmiyyəti-Xeyriyyə» 
nümayəndəsi 
Xosrovbəy  bəni  Suxum  okruquna  göndərmişdi.  Bu 
günlərdə onlara para paylamaq üçün buralara gəldik» (43, 
62). 
Burada  da  Ə.Cavad  humanist  bir  insan,  vicdanlı 
vətəndaş  kimi  çalışır.  Həm  də  bu  yerləri  xristian  məskəni 
və  ya  «ermənilərin  mədəniyyət  gətirdiyi»  bir  məkan  kimi 
təqdim etməyə çalışan qüvvələrə də  öz münasibətini  bil-
dirir: «İstərsə bu uzun yolda, istərsə Suxumda yerli erməni 
yoxdur.  Fəqət,  ermənilər  –  iki-üç  erməni  bağalı  bulunan 
yerləri  «Yanıstan»  adlandırırlar  ki,  buna  deyəcəyimiz 
yoxdur» (43, 63). 
Müəllif  bir  türk  oğlu,  türkçü  kimi  öz  məqaləsində 
ermənilərin  şovinizmlə  dolu  həyasız  lovğalıqlarını  ifşa 
etməklə yanaşı,  yerli türk xalqının öz varlığını qorumasın-
dan da söhbət açır. 
1.2.  Şairin  yaradıcılığında  Balkan  və  I  Cahan 
Savaşı  mövzusu. Türk ordusunun tərənnümü  
 
Ə.Cavad  savaş  illərində  əməli  fəaliyyətlə,  xeyriyyə-
çiliklə,  zərərçəkənlərə  yardım  işi  ilə  məşğul  olmaqla,  bu 


 
 
35 
mövzuda  çeşidli,  silsilə  məqalələr  yazmaqla  yanaşı,  şeir 
yaradıcılığını  da  davam  etdirirdi.  Bu  cür  şeirlərin  çoxu 
savaş  faciələri,  xalqın  acınacaqlı  həyatı,  taleyi  mövzula-
rında  idi.  «Hərbzədələrə»,  «İmdad»,  «Nə  gördümsə», 
«Ümidimə»,  «Dərdim»,  «İraq»,  «Axşamlar»,  «Aşiqin 
dərdi»,  «Mayıs»  və  başqa  şeirlər  belə  əsərlərdəndir.  Qar-
daş  xalqın  başına  gələn  fəlakətlərin  bu  şeirlərdə  təsirli 
əksini  həyəcansız  oxumaq  olmur.  Şair  Qars  hadisələrinə 
həsr  etdiyi  və  Novruz  bayramı  münasibətilə  yazdığı  «Nə 
gördümsə»  şeirində  təbiətin  də  ağladığını,  minbərlərdə 
azan  yerinə  bayquş  səsi  eşidilməsini,  ellərin  yasa 
batmasını, ah-nalələri ürək ağrısı ilə şeirə çəkir:  
 
Ərmağanım yaslı nəğmə,  
Bir quş oldum, çıxdım yola.  
Getdim gördüm dost elində  
Nə bir səs var, nə bir layla (42, 128).  
 
Belə  bir  gündə   bayram  edə bilməyən  şair Ərdahanda 
qələmə aldığı «Heyhat» şeirində də «Gözlər kormu, yoxsa 
könüllər  darmı?»  deyə  fəryad  edərək  vicdanının  səsini 
dinləyir:  
 
Vicdanım əmr etdi, imdada gəldim,  
Məzlum səsi duydum, fəryada gəldim!  (36) 
 
Yeri  gəlmişkən,  «İqbal»  qəzetinin  1917-ci  il  15  may, 
16-cı  nömrəsində nəşr  edilmiş bu  şeir Ə.Cavadın  seçilmiş 
əsərlərinin  I  cildində  «İmdad»  adı  ilə  çap  olunub.  Qeyd 
etməliyik  ki,  bu  iki  variant  arasında  bəzi  fərqlər  mövcud-
dur.  Məsələn,  elə  birinci  beytdəki  «fəryada  gəldim» 
ifadəsi «mən  dada gəldim» kimi, «sən gəl,  dərdli könlüm, 
burda  dolaşma»  misrası  «sən  ey  dərdli  könlüm,  burda 


 
 
36 
dolaşma»  şəklində  çap  olunub.  Bunlar  arasında  məna  və 
şeiriyyət  baxımından  elə  bir  fərq  yoxdur.  «Anasızdır, 
yavru,  sən  söylə  ninni»  misrasında  isə  durğu  işarələrinin 
yanlış  düşməsi  bəndin  mənasını  anlaşılmaz  etmişdir. 
Orijinalda  isə  belədir:  «Anasızdır  yavrusu,  söylə  ninnini 
(laylanı  –  A.M),  Ninnisiz  yavruya    (balaya  –  A.M.) 
imdada gəldim». 
Bir  şeyi  də  qeyd  edək  ki,  kitabdakı  5-ci  beyt  qəzetdə 
heç  yoxdur.  Görünür,  Ə.Cavad  bu  beyti  sonradan  əlavə 
etmişdir.  Çünki  gördüklərindən    sarsılmış  şairin  üzüntü 
dolu  misraları    arasında  üsyan  və  qəzəb  ifadə  edən  «Bir 
yerdə  ki,  zalım  bayrağı  sanca,  Göz  yaşı  tökülər  o  yerdə 
bunca»  beytinin  həm  də  başqa  bir  ruh  halında  yazıldığı 
hiss olunur.  
May  ayının  sevinc  ayı  olduğuna  inanan  Ə.Cavad  
1916-cı  il  Suxumidə  qələmə  aldığı  «Mayıs»  şeirində  də 
ona ümid bəslədiyini gizlətmir:  
 
Düşdüm çorak biyabana,  
Sığınamam bir insana.  
Gözəl mayıs, ümid sana,  
Hər yan ağlar, bən ağlaram!  (42, 134) 
 
Qardaş  dərdini  öz  dərdi  bilən  şair  «Dərdim»  şeirində 
pənah yolunu Tanrıdan umduğunu da deyir:  
 
Nə yaman dərddir bənimki,  
Söyləməyə dilim yoxdur.  
Nə qəribəm qərib kibi,  
Nə dərd bilən elim yoxdur!  
Qaldım belə,  bir ah, bir bən,  
Tanrım sənsən, pənahım sən! (42, 153) 
 
Özünü  cəbhədə  bir  əsgər  kimi  hiss  edən,  hər  yerdə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə