Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
 
37 
xeyriyyəçilik  fəaliyyəti  ilə  seçilən,  qiymətləndirilən 
Ə.Cavad  «Nə  dərd  bilən  elim  yoxdur»  misrası  ilə  başqa 
türk  ellərindən    də  bu  böyük  qardaş  dərdini  paylaşmasını 
umurdu.  Odur  ki,  aşıq  kimi  mahal-mahal  gəzib  dolaşan 
şair  səsini  bütün  Turan  ellərinə  eşitdirmək  üçün  belə 
deyirdi: 
 
Əski «Turan» masalları 
Kor aşığın sinəsində. 
Tənəzzül et, dinlə barı, 
Bax, nə coşğunluq səsində! (42, 154) 
 
«Aşiqin  dərdi»  şeirində  də  elinə  aşiq  şair  türk  oğlu 
kimi  «el  dərdini»  özününkü  sayır,  «göstər  bir  dərd 
anlayanı!» deyə haray çəkir:  
 
Ayrı düşdüm bən elimlə,  
Gedən bulud, getmə, dinlə;  
Ağla bana öz dilimlə,  
Türk aşiqi söyləyəni!  
 
Aşiqin bir el dərdi var,  
Ellər oxur, ellər yazar!  
Bən düzərəm, zaman pozar,  
Göz götürməz bu gülşəni!  (42, 145) 
 
Şair  savaş  mövzulu  şeirlərində  heç  də  həmişə  bədbin 
görünmür,  onlarda  nikbin  ruh,  ümid,  qələbəyə  inam  da 
vardır.  O,  xalqı  ruhdan  düşməməyə,  düşməni  əzməyə, 
əsgərləri  mərdliyə,  cəsarətə,  vətəni  azad  etməyə  çağırırdı. 
«Hərbzədələrə»də    müharibənin  gətirdiyi  fəlakətləri  
yanıqlı  bir  dillə  nəzmə  çəkən  şair    şeirin  son  beytində  də 
insanları ayıq olmağa, mübarizliyə dəvət edir: 
 


 
 
38 
Ey hər zaman «mərdəm» deyən,  
Bundan artıq fürsət olmaz!  (42, 128) 
  
 
«Şəhid əsir»  şeirində  də  «Əsir  cənazənlə qarşıma çıx-
dın»,  «Ölmə!  Qardaş,  ölmə!  Düşmən  çoxaldı!»  deyə 
fəryad  edən  şair  türk  əsgərinin  düşmənə  boyun  əymə-
yəcəyinə inamını belə bildirir: 
 
Ölsən də söz yox ki, qanın coşacaq! 
Düşman boğmaq üçün dağlar aşacaq! (42, 127) 
 
Bu  inam  və  çağırış  «Oyan»  şeirində  daha  güclü 
səslənir:  
 
Oxutma ölüm fərmanın,  
Ver yolunda gözəl canın.  
Göyərçinlər xəbər söylər –  
Gəlir təxti-Süleymanın.  
Sən ey yatan, oyan, oyan!  
Qiyamətdir, olmuş əyan!  (42, 136) 
 
«Tapınma  azğın  şeytana»,  «Yüksəldi  birlik  sancağı», 
«Yadlaşan  qardaşın  gəlir,  Yenidən  and  iç,  qardaş  ol!»  – 
kimi misralar da bu inamın təsdiqidir.  
Bunu da deyək ki, həmin şeirlərin çoxu şairin 1916-cı 
ildə çıxan «Qoşma» adlı ilk kitabına da salınmışdır. Kitab 
Türkiyədə  də  rəğbətlə  qarşılanmışdı.  Şair  Azərbaycan 
Maarif  işləri  ittifaqına  yazdığı  ərizədə  bildirirdi:  «1916-cı 
ildə  «Qoşma»  adlı  1-ci  şeirlər  məcmuəm  çıxdı.  Şeirdə 
intixab etdiyim (seçdiyim – A.M.) üsul gərək Azərbaycan-
da,  arzusa,  bəlkə  Türk  ölkələrində  bir  yenilik  olaraq 
tələkki  (qəbul  –  A.M.)  edildi»  (43,  187).  Bu  əsərlərin  bir 
yeniliyi    də  onların  bir  hissəsinin  elə  qoşma  şəklində 
olması,  sadə  xalq  dilində  yazılması  idi.  Bu  da  şairin  yeni 


 
 
39 
yaradıcılıq imkanlarından xəbər verirdi.  
«Şəhidlərə»  şeiri  Bakının  azad  edilməsi  uğrunda  can-
larını  fəda  etmiş  Osmanlı  şəhidlərinin  ruhuna  və 
qəhrəmanlıqlarına  hörmət  və  ehtiramla  doludur.  1919-cu 
ildə  Cümhuriyyətimizin  bir  illiyi  təntənə  ilə  qeyd 
edilərkən  yazdığı  bu  şeirdə  Ə.Cavad  üzünü  şəhidlərə 
tutaraq belə söyləyir:  
 
Qalx, qalx sarmaşıqlı məzar altından, 
Gəlmiş ziyarətə qızlar, gəlinlər! 
Ey karvan keçidi, yollar üstündə 
Hər gələn yolçuya yol soran əsgər! 
  
 
 
 
Sənin qovduqların yabançı xanlar, 
Qurtardı ölkəni tökdüyün qanlar! 
Bax, nasıl öpməkdə tozlar, dumanlar 
Qərib məzarını bənlə bərabər!  (42, 154) 
 
Ə.Cavada görə, bu şəhidlərin qardaş  ölkənin azadlığı 
uğrunda tökdükləri qanlar müqəddəs və doğmadır. Onların 
ruhları  və  qanları  Azərbaycan  torpağında  hər  bahar  bitən 
lalələrin qan rəngində üzə çıxır: 
 
 
 
 
 
Sənin qanındanmı düzlərdə böylə,  
Qüdrət bitirmişdir sayılmaz lalə?! 
Dost elindən qopdu bir yanıq nalə, 
Yoxsa o nalənin ruhumu söylər?!  (42, 154)  
 
Təsadüfi  deyil  ki,  tarix  elmləri  doktoru,  polkovnik 
M.Süleymanovun  «Azərbaycanda  türk  şəhidlikləri»  kita-
bının ayrıca bir bölməsi  «Sarmaşıqlı  məzarlar» adlandırıl-
mışdır. 
Burada 
oxuyuruq: 
«Azərbaycan 
milli 
mücadiləsinin  lideri  M.Ə.Rəsulzadə  ümumxalq  duyğu-


 
 
40 
larını  ifadə  edərək  Azərbaycan  torpağında  şəhid  olmuş 
türk övladlarını belə anırdı:  
…Əvət,  Azərbaycanın  hər  cəhətində  şairin  təsvir 
etdiyi kimi, «Sarmaşıqlı bir məzar» bulursunuz ki, «qızlar, 
gəlinlər»  tərəfindən  ziyarətgah  halına  qoyulan  bu  məzar 
qardaş imdadına qoşan «TÜRK» məzarıdır.  
«Sarmaşıqlı  məzar»  dedikdə  M.Ə.Rəsulzadə  azadlıq 
şairi Əhməd Cavadın Azərbaycandakı Osmanlı şəhidlərinə 
həsr  etdiyi  «Şəhidlərə»  şeirini  nəzərdə  tuturdu.  Bu  şeir 
Nuri  paşanın  şəhid  düşmüş  silahdaşlarının  xatirəsinin 
əbədiləşdirilməsinə  Azərbaycanın  yaradıcı  ziyalılarının 
həsr  etdiyi  ən  yaxşı  ədəbi  nümunələrdən  biridir.  Burada 
şairin  türk  şəhidlərinə  bəslədiyi  səmimi  minnətdarlıq 
hissləri  həzin  bir  kövrəkliklə  birləşərək  dinləyənlərin  də 
qəlbinə  yol  tapır  və  onların  da  daxili  yaşantılarının 
ifadəçisinə çevrilir» (117, 104).  
«Şəhidlərə»  şeiri  Türkiyəli  şəhid  qardaşlarımızın  ru-
huna  ithaf  edilmiş  bir  elegiya  təsiri    bağışlayır  və  şəhid-
lərimizin  yatdığı  məkanın  həmişə  inanc,  güvənc  yerimiz 
olduğunu bir daha xatırladır.  
Cəmiyyətin  xeyriyyəçilik  fəaliyyəti  Rusiyada,  Qaf-
qazda,  Qafqazın  şimalında  yaşayan  türk  xalqlarını  da 
çevrələyirdi.  Bu da Ə.Cavada imkan verirdi ki, əksər türk 
xalqlarının  türkcəsini,  ləhcələrini  öyrənsin.  Odur  ki, 
Balkan  savaşında  da  özünü  doğma  yerlərdə  olduğu  kimi 
hiss  edirdi.  Ancaq  düşmənlərin  xarabaya  çevirdiyi  türk 
yurdlarının  durumu,  türk  qaçqın,  köçgünlərinin  ah-naləsi 
onu sarsıdırdı. Odur ki, hərdən ürəyini şeirlə ovundurur, 
bu fəlakətləri dünyaya çatdırmaq istəyirdi.  
Şair  «Əzrail  sağına,  ölüm  soluna»  keçən  yaralanmış 
türk  əsgərlərini  «yaralı  quşa»  bənzədir  və  onların  sağalıb 
cəbhəyə qayıtmasını diləyirdi:  
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə