Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
 
66 
zadənin  «Turan»  əsəri  Azərbaycanda  və  Türkiyədə  bu 
mövzuda,  bu adda ilk  şeirdir. Ondan  sonra  bir çox  şairlər 
türkçülük və turançılıq ruhlu əsərlər yazmışlar.  
Ə.Cavad  yaradıcılığının  ilk  mərhələsindən  türkçülük, 
turançılıq  ruhunda  şeirlər  yazmağa  başlamış,  axıra  qədər 
bu  yolun  yolçusu  olmuşdur.  Odur  ki,  Balkan  və  Birinci 
Cahan  savaşları  dövründən  gələn  turançılıq  ideyası  şairin 
Xalq Cümhuriyyəti illərindəki əsərlərindən də qırmızı xətt 
kimi keçir. Hələ 1914-cü ildə yazdığı «Şeirim» mənzumə-
sində  «Adak-adak  gəzmək  istər  könlüm  Turan  ellərini» 
deyən  şair  Kəbə  qədər  müqəddəs  saydığı  Turanın  o 
zamankı  durumunu  rəmzi  şəkildə  əlindəki  sönük  məşələ 
bənzədir  və  özünü  bu  yolun  yolçusu  sayırdı,  «Mən  bir 
Turan  yolçusuyam,  əlimdə  bir  sönük  məşəl»  deyə,  bu 
məşəlin alovlanacağına inanırdı.  
Doğrudan  da,  «XX  əsrin  ilk  onilliklərində  Türkiyə 
Osmanlı imperatorluğunun  hüdudlarından kənardakı türk-
lər  üçün  sözün  həqiqi  mənasında  bir  Məkkə  Timsalında 
idi.  Azərbaycan,  tatar,  başqırd,  qazax,  özbək,  uyğur  və  s. 
xalqların,  habelə  avropada  yaşayan  türklərin  nümayən-
dələri  yeniliyə,  inkişafa,  daha  geniş  anlamda  isə  türklüyə 
və islama xidmət üçün  bu   məmləkətə üz  tuturdular» (86, 
31-32). 
Bunu  da  deyək  ki,  Ə.Cavad  da  Türkiyə  türkçüləri 
kimi,  Turanın  mərkəzinin  məhz  Azərbaycan  olduğu 
inamında  idi.  Odur  ki,  Bakını  fəth  edən  əsgərlərə  ithaf 
etdiyi «Türk ordusuna» şeirində deyirdi: 
 
Ey şanlı ölkənin şanlı ordusu, 
Unutma Qafqaza girdiyin günü! 
Gəlirkən qovmağa Turandan rusu 
Ayağını Qara dəniz öpdümü?!  (42, 152) 
 


 
 
67 
Şair  bütün  Türküstana  hürriyyət  ziyasının  Azərbay-
candan yayılacağı ümidində  idi. O,   Orta  Asiyanı,  Altayı, 
Sibir  türklərinin  yaşadığı  bölgələri  belə  Türküstan,  Turan 
elləri  adlandırır,  onların  da  özünü  anlamasını  istəyirdi. 
Şair  milli  bayrağımıza  həsr  etdiyi  bir  şeirində  açıqca 
deyirdi:  
 
Türküstan yelləri öpüb alnını,  
Söylüyor dərdini sana, bayrağım!  
Üç rəngin əksini Quzğun
*
 dənizdən  
Ərmağan yollasın yara bayrağım!  (42, 137-138) 
 
Və yaxud:  
 
… Gedərkən Turana çıxdın qarşıma,  
Kölgən – Dövlət quşu, qondu başıma! (42, 138) 
 
Ə.Cavad  yeni  görüşlü  ədib  və  mühərrirlərin  yaratdığı 
ədəbi cəmiyyətin  də  daimi üzvü  idi (125, 146). Cəmiyyət 
«Qırmızı  qaranlıqlar  içində  yaşıl  işıqlar»  (Ə.Hüseynzadə) 
kəlamı ilə bağlı elə  «Yaşıl qələm» adlanırdı. Bu cəmiyyət 
İstanbuldakı «Türk ocağı»nın Bakıda açılan şöbəsi əsasın-
da  yaranmışdı.  «Türk  ocağı»nın  əhəmiyyəti  haqqında 
M.B.Məmmədzadə  yazırdı:  «Mən  keçmişdə  və  gələcəkdə 
elə bir mədəni təşkilat  zənn etmirəm ki, «Türk ocağı» qə-
dər əhəmiyyət və qiymətə malik olsun. Parça-parça olmuş, 
müstəqil  millətlər  halinə  gəlmiş  türk  xalqlarını  dil,  hüsni-
ədəbiyyat və tarixcə ümumiləşdirmək, mədəni bir türk milləti 
yaratmaq vəzifəsini öhdəsinə alan bu cəmiyyət nə qədər ağır 
və mühüm bir məqsəd  ilə çalışmış olur» (61, 89;  124).   
Azərbaycada  bütün  işlər  əsasən  «Yaşıl  qələm»  ədəbi 
cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada M.Ə.Rəsul-
                                                   
*
  Хязярдян  


 
 
68 
zadə,  Ü.Hacıbəyli,  S.Hüseyn,  Ö.Faiq,  N.Vəzirov,  Ə.Haq-
verdiyev,  H.Cavid,  M.Hadi,  A.Şaiq,  C.Cabbarlı  ilə 
birlikdə Ə.Cavad da  yaxından iştirak edirdilər.  
Ə.Cavadın  türkçülük  və  turançılıq  ideyaları,  əsasən, 
Osmanlı  ədəbiyyatından, azadlıq  və  türkçülük mücahidlə-
rinin  əsərlərindən qaynaqlanırdı.  Xüsusilə, (Namiq  Kamal 
(1840-1888)  Tofiq  Fikrət  (1840-1915),  Mahmud  Əkrəm 
Rəcaizadə  (1847-1914),  Əbdülhəq  Hamid  (1851-1937), 
Məmməd  Akif  Ərsoy  (1873-1936),  Rza  Tofiq  (1867-
1949),  Məmməd  Əmin  Yurdaqul  (1869-1944)  kimi 
görkəmli  şairlərin  vətən,  millət,  milli  mübarizə  mövzulu 
şeirləri  ona  bir  örnək  olmuşdur.  Bunu  janr,  üslub,  xalq 
dilindən  bəhrələnmə    məsələlərində  də  duya  bilirik. 
Düzdür,  Azərbaycan  şairlərindən  T.Fikrətdən  ən  çox 
M.Hadi  təsirlənmiş,  ona  şeirlər  də  həsr  etmişdir.  Ancaq 
əksər  romantiklərimiz  dil,  üslub  baxımından  onun  sənət 
çeşməsindən  faydalanmışlar.  Hətta  A.Səhhət  özünün 
1912-ci ildə  çıxan ilk şeirlər  kitabını onun şərəfinə «Sınıq 
saz»  adlandırmışdır.  M.Hadi  də    Tofiq  Fikrət  kimi 
şeirlərində ərəb-fars  tərkiblərinə çox yer verirdi. Ə.Cavad 
isə  onun  heca  vəznində  və  sadə  dildə  yazılan  şeirlərini 
özünə  daha  yaxın  hiss  edir    və  onun  sənətkarlığından, 
vətən  mövzulu  şeirlərindən  faydalanırdı.  Bəzi  şeirlərində 
mövzu  yaxınlığı  da  var  idi.  Belə  ki,  T.Fikrətin  Türkiyə-
Yunanıstan  savaşı  sırasında  yazdığı  «Millət»  (1908) 
şeirindəki «Gəl qardaşım, annən sənə möhtac, ona qoşak»  
kimi  misralardakı Vətən, millət çağırışları Ə.Cavada tanış 
idi, onun bu mövzudakı silsilə şeirləri ilə səsləşirdi.  
 
Mən ki, tufanı yoldaşım sanıram,  
Bahari-ümmanı sirdaşım sanıram  (144, 210) 
 

  kimi  şeirləri  isə  onu  dil  sadəliyi  baxımından  maraqlan-


 
 
69 
dırırdı.  
Prof.  Ə.Saraçlı  Ə.Cavadın  Türkiyə  şairlərindən 
təsirlənməsi  məsələsindən  bəhs  edərkən,  onun  «Şükriy-
yənamə»sindəki  bəzi  sevgi  şeirlərinin  Osmanlı  şeirini  dil 
və  üslubca  yeniləşdirən  görkəmli  şairlərdən  M.Ə.Rə-
caizadə  şeirləri  ilə  eyni  ruhda,  eyni  ahəngdə    olmasını  da 
nəzərə çatdırır (112, 166-167). 
Ə.Cavad  poeziyasına  Rza  Tofiqin  təsiri  daha 
güclüdür.  Çox  güman  ki,  bu  işdə  Rza  Tofiqin  İstanbulda 
H.Cavidə  dərs  deməsinin  və  H.Cavidin  də  Gəncə 
gimnaziyasında  tələbəsi  Ə.Cavada  Türkiyə  ədəbiyyatı  və 
sənətkarları, o sıradan R.Tofiq haqqındakı söhbətlərinin az 
təsiri  olmamışdır.  Ə.Cavad  R.Tofiq  kimi,  heca  və  əruz 
vəznində  şeirlər  yazsa  da,  onu  R.Tofiq  poeziyasına 
bağlayan  türkçülük,    fikrin  bədii-fəlsəfi  ifadəsi,  incə 
lirizmi  və    dilinin  anlaşıqlı  olması  idi.  Hər    iki  şairin 
qoşma,  bayatı   şeir  janrlarına tez-tez  müraciət etmələri  də 
bununla  bağlıdır.  R.Tofiqin  «Divan»  qoşması  ilə 
Ə.Cavadın «İmdad» (və ya «Heyhat») şeirinin janr, mövzu 
və ruh baxımından yaxınlığı göz qabağındadır.  
R.Tofiqin «Divan» qoşması:  
 
Fəlakət bağını gəzdim sərsəri,  
Fəryadü-zarımı duyan qalmamış!  
Aradım o şahin, yiit ərləri,  
Yatdıqları yerdən nişan qalmamış!  
 
Gülləri soldurmuş ələm yaşları,  
Qaralar bürümüş yaslı başları.  
Köyləri kuşatmış
*
 məzar daşları,  
Səsimə səs verən bir can qalmamış!  
 
 
                                                   
*
 кяндляри чеврялямиш  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə