Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
 
78 
 
–  şeirinin  mövzusu,  ideyası,  vətənsevərlik  ruhu,  
Ə.Cavadın aşağıdakı şeirinə necə yaxındır:  
 
İnandım ki, hər fəryadın sonu var,  
Bir gün gələr, yer üzündə yaz olar!  
Gələn günü düşünənlər, yazanlar  
Duyduğunu bu xülyada bulmuşam!  (42, 149) 
 
M.Ə.Yurdaqulun  məşhur  «Ordunun  dastanı»  ilə 
Ə.Cavadın  savaş  mövzusundakı  şeirləri  arasındakı  oxşar-
lıqlar da  maraqlıdır.  M.Ə.Yurdaqulun türk  ordusuna    mü-
raciətlə dediyi «Sən idin ki, Şərqdə bir türk dünyası yarat-
dın»  misrası  aşağıdakı  şeirində  həqiqi    tarixi  yada 
salmaqla bədii təsdiqini tapır:  
 
İlk yerləri tanıyın:  
Buzlu Alplar, Qafqazlar…  
Tufanlarla çağlayan  
Coşqun Nillər, Arazlar…  
Qaraxanlar, Oğuzlar,  
Atillalar, Çingizlər, 
Teymurlənglər, Yavuzlar  
Kabartdıran əcdadın…  
 
Burada  Anadoludan  Hindistana,  Qafqazdan  Sibirə, 
Volqaboyundan  Türküstana  qədərki  yerlərdə  yurd  salmış 
türklərin dirçəlişi və birliyi arzusu şeirə çəkilir ki, bu da ən 
çox  H.Cavid,  A.Şaiq,  Ə.Cavad  poeziyasının  leytmotivinə 
çevrilmişdi. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, 
Ə.Cavad  yaradıcılığında  türkçülük  və  turançılıq  istiqlal 
ideyası  qədər  əsas  yer  tutmuşdur.  O,  bu  ideyalara  
tapınmış  və  bütün  əsərlərində  onun  bədii  əksinə 


 
 
79 
çalışmışdır. 
Yaradıcılıq  yaxınlığından,  ədəbi  təsir  məsələsindən 
danışanda  bunun  iki  cəhət  üzərində  xüsusilə  dayanıl-
malıdır:  konkret  bir  əsərdən  təsirlənmə  və  iki  sənətkarın 
yaradıcılığında  ideya,  mövzu,  obraz,  bədii  ifadə  tərzi, 
simvollar  və  s.    baxımdan  səsləşmələr.  Ə.Cavad  və 
R.Tofiq,  M.Akif  Ərsoy,  M.Ə.Yurdaqul  yaradıcılığında 
bunun  hər  ikisini  görmək  olar.  Əhməd  Cavad  şeirlərində 
millilik,    türkçülük,  azadlıq  və  istiqlal  ideyaları  Rza 
Tofiqin  fəlsəfi,  incə  lirizmi,  Məmməd  Akif  Ərsoy 
dilinin  canlılığı,    səmimiyyəti,  Məmməd  Əmin  Yurda-
qulun vətəndaşlıq ruhu və coşqusu ilə qovuşurdu. 
Bu da var ki, Ə.Cavadın  milli romantizmdən  qaynaq-
lanan  poeziyasına  Türkiyə  şairlərinin  romantizm  təsiri  də 
olmuşdur.  Bunu  ən  çox  simvollardan  istifadədə  izləmək 
olar.    Təsadüfi  deyil  ki,  Azərbaycanın  XX  əsrin    1920-
1930-cu  il  tənqidçiləri  həmişə  H.Cavid  və  Ə.Cavadın 
yaradıcılığında  bu  cəhəti  tənqid  atəşinə  tutublar.  1944-cü 
ildə  çap  olunan  «Müxtəsər  Azərbaycan  ədəbiyyatı 
tarixi»ndən  oxuyuruq:  «Bu  cərəyanın  bəzi  nümayən-
dələrində isə  türkçülük artıq bir təsir  yox, üslub  olmuşdu. 
Bu  adamlar  həm  məzmun,  həm  şəkil  cəhətdən  Osmanlı 
ədəbiyyatının  əsiri  olmuşdular.  Sonralar  əks-inqilab 
cəbhəsinə  keçmiş  mürtəce-romantik  şair  Hüseyn  Cavid, 
pantürkist,  müsavatçı  şair  Əhməd  Cavad,  Səməd  Mənsur, 
Əliabbas  Müznib  bu  zümrəyə  daxil  idilər»  (97,  159).  Bir 
qəribəlik də bu idi ki, rus təsirini doğma sayan və ya buna 
məcbur  olan,  o  hava  ilə  oynayan  belə  müəlliflər  Türkiyə 
təsirini  yad,  kənardan  gəlmə  adlandırırdılar:  «Bəla 
burasında  idi  ki,  Osmanlı  təsiri  kənardan  gəlmə  təsir 
olaraq  qalmadı;  çox  keçmədən  öz  məhsulunu  verdi»  (97, 
158).  


 
 
80 
Bütövlükdə  bu  romantik    şairləri  yaxınlaşdıran  əsas 
cəhət  isə  vətən,  millət,  istiqlal,  türkçülük  və  turançılıq 
problemləri idi.  
2.2.  Şairin  məqalələrində  Azərbaycan-Türkiyə 
əlaqələri 
 
Ə.Cavadın  Türkiyəyə  sevgisi,  Türkiyə  ədəbiyyatına, 
sənətkarlarına  marağı  Gəncə  mühitində  yazdığı    məqalə-
lərində    də  öz  əksini  tapır.  Publisistik  və  ədəbi-tənqidi 
səciyyəsindən  asılı  olmayaraq  onların  hamısını  türklərin 
intibahı,  əlaqələri  həmrəyliyi  və  vəhdəti    məsələsi 
birləşdirir.  
Bunun  ilk  izlərini    elə  1914-cü  ildə  yazdığı  məqa-
ləsində  görmək  olar.  1914-cü  il  sentyabrın  11-də  böyük 
türkçü  İsmayıl  bəy  Qaspıralının  ölümü  Azərbaycan 
ziyalılarını da sarsıtdı. Başda axund Hüseyn Pişnamazzadə 
olmaqla  Gəncə  ziyalıları  bu  münasibətlə  Şah  Abbas 
məscidində «dua ayinində bulundular». Bu barədə «İqbal» 
qəzeti  1914-cü  ilin  sentyabr  nömrəsindəki  xəbərdə 
bildirirdi: «Müəllimlərdən Cavad Axunzadə aşağıdakı qısa 
nitqi  söylədi».  Sonra  nitqin  tam  mətni  verilmişdir. 
Ə.Cavad  həm  bu  nitqində,  həm  də  həmin  münasibətlə 
yazdığı  və  orada  oxuduğu  «Qasprinski  üçün»  şeirində 
bütün türk millətinin yasa batdığını ürək ağrısı ilə diqqətə 
çəkir.  Gənc  şair    onu  «İslam  aləminin  hər  bir  yerində  bir 
dahi olaraq tanınmış mənəvi böyük baba» adlandırırdı. Elə 
buradaca  Ə.Cavad  Türkiyə  yazarı  Həmdulla  Sübhü 
bəydən  böyük  türkçünün  İstanbulda  necə  qarşılanması 
haqqında    eşitdiyi:  «Əfəndilər,  bu  gün  İstanbula  gələn  bu 
türk ədibi türk mühərriri deyil, bir türk kralıdır!…» fikrini 
xatırladaraq belə davam edir: həqiqətən o,  «böyük bir türk 
padişahıdır!» (43, 40). 


 
 
81 
O,  İ.Qaspıralının  Asiyada  və  Avropada  türk-tatarların 
«milli dilini, məktəbini, milli ədəbiyyatını» anlatmaq arzu-
sunu, 
bütün  türk  ləhcələrini  birləşdirmək  üçün 
«Tərcüman» qəzeti (1883) çıxartmasını, qəzetinin «ümumi 
bir  dili,  həm  də  qayət  açıq  bir  dil  qəbul  etməsini»  ayrıca 
vurğulayırdı.  Ə.Cavada  görə,  «Tərcüman»ın  qəbul  etdiyi 
«Dildə,  işdə,  fikirdə  birlik!»  şüarı  «bunun  üçündür  ki,  bu 
gün  dünyadakı  bütün  türklər  yavaş-yavaş  bir-birini 
tanısınlar»    Odur  ki,  şair  İ.Qaspıralının  xidmətlərini  belə 
qiymətləndirirdi:  «İsmayıl  Mirza  Allahın  əsirgədiyi  və 
sevdiyi millətlərə göndərmiş olduğu peyğəmbərlər qədər iş 
gördü»  (43,  42).  Əsas  məğzini  göstərdiyimiz  bu  nitqin 
mətni bir neçə baxımdan diqqəti çəkir. Əvvəla, bu göstərir 
ki,  İ.Qaspralının  həyatını,  onun  türkçülük  baxışlarını 
dərindən bilən Ə.Cavad, həqiqətən, 1913-1914-cü illərdən 
türkçü    idi,  Türkiyə  ədəbiyyatına  da  bələd  idi.    Təsadüfi 
deyil ki, hətta Həmdulla Sübhi bəy kimi Türkiyə ədiblərini 
də tanıyırdı. İkincisi, Ə.Cavad yaradıcılığının ilk illərindən 
türkçülük ruhunda şeirlər yazmışdı. O, şeir yaradıcılığında 
ən  çox  özündən  23  yaş  böyük  M.Ə.Yurdaqulu  örnək 
almışdı.  Yurdaqulun  dili  isə  İ.Qaspıralının  təbliğ  etdiyi, 
bütün  türk  xalqlarının  anlaya  biləcəyi  ortaq  türkcə  idi. 
Odur  ki,  İ.Qaspıralı  1899-cu  ildə  M.Ə.Yurdaqula  yazdığı 
məktubunda  onun  «Türkcə  şeirlər»  kitabını  çox  yüksək 
qiymətləndirirdi  (77,  154).  Yəni  Ə.Cavadın  Yurdaqul 
şeirlərindən  təsirlənməsi,  onun  dolayısı  ilə,  həm  də  «türk 
padişahı» İ.Qaspıralıdan təsirlənməsi demək idi. Üçüncüsü 
isə, buradan o da anlaşılır ki, Ə.Cavad İ.Qaspıralının şəxsi 
həyat  və  fəaliyyətindən  də  nümunə  götürmüşdür.  Yəni, 
Kirit  adasında  üsyan  qalxarkən  İ.Qaspıralı  könüllü  zabit 
kimi  İstanbula  yardıma  getdiyi  kimi,  Ə.Cavad  da  Balkan 
və  Birinci  Cahan  savaşı  illərində  Türkiyə  vətəndaşlarına 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə